Məhkəmə qərarları › İş №2-1(122)-137/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-137/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-137/2021 15.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinə qarşı “İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı İddiaçı 2015-ci il tarixdən fərdi sahibkar kimi vergi və sığorta ödəyicisidir. Belə ki, həyat yoldaşı Naxçıvan şəhərində fəaliyyət göstərən “Buta” adlı qadın gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin iyun ayında həyat yoldaşına hamiləlik və doğuma görə xəstəlik vərəqəsinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsi tərəfindən 468.64 manat müavinət poçt vasitəsi ilə ödənilmişdir. Daha sonra cərrahi doğuş səbəbindən əmək qabiliyyətinin olmamasına görə 14 günlük müddətinə verilmiş xəstəlik vərəqəsinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən 57.96 manat müavinət və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövr üçün isə uşağa qulluğa görə 505.30 manat müavinət övladlarının adına Kapital bankda olan hesaba köçürülmüşdür. 21 may 2020-ci il tarixdə həyat yoldaşı İddiaçı ikinci doğuşu ilə əlaqədar olaraq yenidən müavinətlərin alınması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinə müraciət etmişlər. Lakin qeyd edilən orqandan bildirilmişdir ki, həyat yoldaşına müavinət ödənilməsi qanunvericiliyə ziddir və əvvəllər ödənilmiş olan müavinət pulları işçilərin səhvi səbəbindən ödənildiyindən, ödənilmiş ümumilikdə 1031.30 manat pul geri qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi məsələ ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldıraraq 1031.30 manat pulun geri qaytarılması öhdəliyinin həyat yoldaşı İddiaçı üzərinə qoyulması barədə qərar verilməsini istəmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(078)-60/2021 nömrəli qərardadı ilə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan iddiaçının şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında baxılmış və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 15.03.2021-ci il tarixli, 2(108)-77/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin 29.01.2021-ci il tarixli, 2(078)-60/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasına qərar verilmişdir. Bütün bunlardan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi 31.03.2021-ci il tarixdə, həyat yoldaşına qarşı pul tələbinin icraya yönəldilməsi haqqında 01 nömrəli qərar qəbul etmişdir. Qəbul olunmuş bu qərarın heç bir hüquqi əsası olmadığına görə bu qərarla razı deyil və həmin qərarın ləğv olunmasını istəyir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Buradan da aydın olur ki, məcburi dövlət sosial sığortasına yalnız əmək müqaviləsi ilə işləyənlər deyil, həmçinin qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də cəlb oluna bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi sayıla biləcək hallar göstərilmişdir. Həmin hallar aşağıdakılardır: pensiya yaşına çatmaq; əlilliyin müəyyən edilməsi; ailə başçısını itirmək; əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericilikdə müəyyən olunmuş dövr üçün); hamiləlik və doğum; uşağın anadan olması; uşağa qulluq; ölüm; sanatoriya-kurort müalicəsi zərurəti. Həmin Qanunun 12-ci maddəsində məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərdən bəhs edilir. Vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə“nin təsdiq edilməsi barədə Qərarında qeyd olunan şəxslərin də sosial müavinət almaq hüququ öz təsdiqini tapır və həmin Qərarda bu tənzimlənir. Həmin Əsasnamənin 28-ci bəndində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmək qabiliyyətinin itirilməsi halında müavinət ödənilib-ödənilməməsi məsələsinə də aydınlıq gətirilmişdir. Həmin bənddə qeyd edilir ki, sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqının fərqli qaydada (ölkə üzrə müyyən edilmiş minimum aylıq əmək haqqına, gəlirlərinə (əmək haqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən, qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əmək haqqı, qonorar və s.) əsas götürülür. Buradan da aydın olur ki, iş vaxtının uçota alınması mümkün olmayan şəxslərin siyahısına məhz fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər də aiddir və sosial müavinət almaq hüququ olan şəxslərin siyahısına daxildirlər. Həmin Əsasnamənin 67-ci bəndində (3-cü bölmə hamiləliyə və doğuma görə müavinət) qeyd olunur ki, hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Buradan da aydın olur ki, müvafiq Əsasnamə ilə tələb olunan sənədlər siyahısında əsas sənəd kimi məhz xəstəlik vərəqəsi götürülür və digər sənədlərin müavinətin ödənilməsi üçün əsas olmadığı qeyd edilir. Müvafiq Əsasnamə ilə tələb olunan sənədlər konkret olaraq qeyd edilsə, əmək müqaviləsi ilə işləyən şəxslərə münasibətdə və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə tələb olunan sənədlərə fərqliliklər müəyyən oluna bilər. Ümumi olaraq əsas sənəd xəstəlik vəsiqəsidir və həyat yoldaşı İddiaçı da müvafiq əsas sənədi inzibati orqana təqdim etmişdir. İddiaçının nümayəndəsi yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 31.03.2021-ci il tarixli, nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkkünlüyünün yoxlanılması məsələsinə baxılmışdır. 29 iyul 2021-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünü yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbində texniki səhv olaraq qərarın nömrəsinin qeyd edilmədiyini bildirərək, iddia tələbində qərarın nömrəsinin “01 nömrəli” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin 29 iyul 2021-ci il tarixli protokol qərarına əsasən iddiaçının nümayəndəsinin vəsatəti təmin edilmişdir. Məhkəmənin 29 iyul 2021-ci il tarixli, 2-1(122)-137/2021 nömrəli qərardadı ilə hazırki tələb üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 29 iyul 2021-ci il tarixli, 2-1(122)-137/2021 nömrəli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 11 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 09 avqust 2021-ci il tarixli, 02/872 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən İddiaçı 16 may 2017-ci il tarixli, 213431 nömrəli xəstəlik vərəqəsi üzrə 14 iyun 2017-ci il tarixdə 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, 14 avqust 2017-ci il tarixli, 611775 nömrəli xəstəlik vərəqəsi üzrə 15 sentyabr 2017-ci il tarixdə 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat pul vəsaiti artıq ödənilmişdir. Bundan əlavə 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək uşağa qulluğa görə 505,30 (beş yüz beş manat otuz qəpik) manat, ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti artıq ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən vətəndaş İddiaçı 02/747 nömrəli, 02 sentyabr 2020-ci il tarixli məktubla artıq ödənilmiş pul vəsaitlərinin könüllü olaraq geri qaytarılması bildirilməsinə baxmayaraq, sonuncu pul vəsaitinin ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarının 116-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən vətəndaş İddiaçı artıq ödənilmiş 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaitinin geri qaytarılması öhdəliyinin onun üzərinə qoyulması barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 29 yanvar 2021-ci il tarixli, 2(078)-60/2021 saylı qərardadı ilə icraata xitam verilmiş və əsas olaraq göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi İddiaçı artıq ödənilmiş pul vəsaitini məhkəmə qaydasında yox, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq geri qaytarmalıdır. İnzibati orqan həmin qərardaddan narazı qalaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(108)-77/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-60/2021 qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bir sıra qanunvericilik normalarına və müvafiq məhkəmələrin qərarlarına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq İddiaçı artıq ödənilmiş 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaitinin geri qaytarılması barədə 01 nömrəli, 31 mart 2021-ci il tarixli qərar qəbul edilmiş və vətəndaşın ünvanına göndərilmişdir. 16 aprel 2021-ci il tarixdə inzibati orqan tərəfindən vətəndaş İddiaçı yazılı Xəbərdarlıq göndərilmiş və artıq ödənilmiş 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pulun 10 gün müddətində könüllü olaraq ödənilmədiyi halda Fondun şəhər şöbəsi tərəfindən 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarın məcburi qaydada icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı nümayəndəsi Əbilov X4 Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 01 nömrəli, 31 mart 2021-ci il tarixli qərarına və 16 aprel 2021-ci il tarixli xəbərdarlığına cavab verməmiş və məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən artıq ödənilmiş 1031.30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti vətəndaş İddiaçı tərəfindən könüllü qaydada ödənilmədiyindən tərtib edilmiş 01 nömrəli, 31 mart 2021-ci il tarixli qərar məcburi qaydada icra olunması üçün 26 aprel 2021-ci il tarixli, 02/462 saylı məktubla Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İnzibati orqan tərəfindən vətəndaş İddiaçı barəsində 01 nömrəli, 31 mart 2021-ci il tarixli qərar Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 03 may 2021-ci il tarixdə baxılaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən 03 may 2021-ci il tarixli, 105759/2021-58-5-004 nömrəli məktubla tərəflər məlumatlandırılmışdır. Bundan sonra, iddiaçının nümayəndəsi 18 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, həyat yoldaşı İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə bildirilir ki, Naxçıvan şəhər, A.Tarverdiyev, ev-2 ünvanında yaşayan İddiaçı 16 sentyabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu qeydiyyatından keçmiş və ona ********** (VÖEN) nömrəli şəhadətnamə verilmişdir. İnzibati orqan tərəfindən ödənilən müavinətlər araşdırılarkən bəzi çatışmazlıqlar müəyyən edilmişdir. Belə ki, İddiaçı 2017-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin verdiyi SN 00005 seriyalı, 213431 nömrəli, 16 may 2017-ci il tarixli əmək qabiliyyyətinin olmaması vərəqəsi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə müraciət etmişdir. İddiaçı xəstəlik vərəqəsində göstərilən tarix üçün yəni, 16 may 2017-ci il tarixdən 18 sentyabr 2017-ci il tarixədək 126 (yüz iyirmi altı) gün müddətinə hamiləlik və doğuma görə xəstəlik vərəqəsinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat pul vəsaiti 15 iyun 2017-ci il tarixdə poçt vasitəsi ilə ödənilmişdir. Daha sonra cərrahi doğuşla əlaqədar olaraq SN 00005 seriyalı, 611775 nömrəli, 14 avqust 2017-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi ilə inzibati orqana müraciət edilmiş, hamiləlik və doğuma görə 19 sentyabr 2017-ci il tarixdən 02 oktyabr 2017-ci il tarixədək 14 (on dörd) gün müddətinə xəstəlik vərəqəsinə əsasən 57.96 (əlli yeddi manat doxsan altı qəpik) manat pul vəsaiti 15 sentyabr 2017-ci il tarixdə poçt vasitəsi ilə ödənilmişdir. Yəni İddiaçı hamiləlik və doğuma görə 2 əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə cəmi 526,60 (beş yüz iyirmi altı manat altmış qəpik) manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə İddiaçı inzibati orqana təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinə, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin sürətinə, X3 adına verilmiş AZ-ꞁꞁꞁ 959299 nömrəli doğum haqqında şəhadətnamənin surətinə, AZ-ꞁ 782134 nömrəli nikah haqqında şəhadətnamənin surətinə, yaşayış yerindən arayışa, **********842194101 nömrəli hesabın kağız daşıyıcısının surətinə əsasən ona 610795 nömrəli şəxsi hesab açılmış və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək uşağa qulluğa görə 505,30 (beş yüz beş manat otuz qəpik) manat pul vəsaiti qanunvericiliyə zidd olaraq Kapital Bank ASC-dəki müvafiq hesabına köçürülmüşdür. Yuxarıda sadalanan müavinətlərdən əlavə olaraq İddiaçı 01 may 2020-ci il tarixdə 512585 nömrəli xəstəlik vərəqəsi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə 01 may 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək 126 (yüz iyirmi altı) gün müddətinə hamiləlik və doğuma görə xəstəlik vərəqəsinə əsasən müavinətin verilməsi üçün müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Əbilova X7 şəhərində yerləşən “İzzət” gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərir. İddiaçı işlədiyi gözəllik salonunda Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən ********** (VÖEN) nömrəli şəhadətnamə ilə fərdi sahibkar kimi fəaliyyət göstərdiyindən Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən heç bir əmək münasibəti yaranmır. Belə ki, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Digər hüquqi fakt əmək münasibətlərinin yaranmasını şərtləndirmir. Bundan əlavə olaraq araşdırma zamanı İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən 2017-ci il ərzində hamiləlik və doğuma görə verilmiş 468,64 (dörd yüz altmış səkkiz manat altmiş dörd qəpik) manat, hamiləlik və doğuma görə 14 (on dörd) gün müddətinə xəstəlik vərəqəsinə əsasən 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək uşağa qulluğa görə 505,30 (beş yüz beş manat otuz qəpik) manat pul vəsaiti həmin zaman Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsində məsul işçilərin səhvliyi nəticəsində verilmişdir. Bildirilir ki, yuxarıda sadalanan vəsaitlər köçürülərkən qanunvericiliyin tələblərinə əməl olunmadığından həmin dövrdə işləyən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin məsul işçiləri yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad edilmişlər. İnzbati orqan tərəfindən hamiləlik və doğuma görə verilmiş 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, hamiləlik və doğuma görə 14 (on dörd) gün müddətinə xəstəlik vərəqəsinə əsasən 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək uşağa qulluğa görə ümumi olaraq 505,30 (beç yüz beş manat otuz qəpik) manat, ümumilikdə isə cəmi 1031,30 ( bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə geri qaytarılmalıdır. Əmək Məcəlləsinin müvafiq maddələrindən aydın olur ki, əmək müqaviləsi əsasında işləyənlər məzuniyyət, o cümlədən sosial məzuniyyət hüququna malikdirlər. Hazırda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarında müvafiq təşkilatdan VÖEN alıb fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə məzuniyyət hüququnun verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunan müvafiq Əsasnamənin adından görünür ki, bu müavinət almaq hüququ ancaq işçilərə məxsusdur. İddiaçı inzibati orqana müraciət edərkən qanunvericiliklə tələb olunan sənədlər təqdim edilmədiyindən sənədlərin tamlığı pozulmuş və köçürülən vəsaitin qanunazidd olduğu müəyyən olunmuşdur. İddiaçı sənədlərindən görünür ki, əmək müqaviləsi ilə işləmir və sərbəst vergi ödəyicisidir. Yəni İddiaçı sığortaedənin və ya sığortaçı təşkilatın sığorta elədiyi sığortaolunan (işçi) deyil, özözünü sığortaedəndir. Belə olan halda isə vətəndaşa hamiləliyə və doğuma görə müavinət və həmçinin uşağın üç yaşına çatanadək ona qulluq edilməsinə görə ödənilmiş müavinət qanunaziddir. İnzibati orqan hesab edir ki, İddiaçı artıq ödənilmiş ümumilikdə 1031,30 (bir min otuz bir manat otuz qəpik) pul vəsaitindən əsassız olaraq faydalanmışdır və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 449-cu maddələrinə əsasən İddiaçı artıq ödənilmiş 1031,30 (bir min otuz bir manat otuz qəpik) pul vəsaitini 02 sentyabr 2020-ci il tarixdən bugünədək könüllü qaydada ödəmədiyi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsi artıq ödənilmiş pul vəsaitinin hər gününə görə iddiaçıdan 0,1% dəbbə pulunun ödənilməsini tələb edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli iddianın rədd edilməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. 19 oktyabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 19 oktyabr 2021-ci il tarixli yazılı izahatdan görünür ki, ilk dəfə 2017-ci ilin iyun ayında müvafiq inzibati orqana təqdim etdikləri sənədlər əsasında hamiləlik və doğuma görə (xəstəlik vərəqəsinə əsasən) 468.64 AZN pul poçt vasitəsilə onlara göndərilmişdir. Daha sonra cərrahi doğuşla əlaqədar SN00055 seriyalı, 611775 nömrəli, 14 avqust 2017-ci il tarixli əmək qabiliyyətinin olmaması ilə əlaqədar müvafiq orqana müraciət edilmiş, hamiləlik və doğuma görə 14 gün müddətinə xəstəlik vərəqəsinə əsasən müvafiq inzibati orqan tərəfindən 57.96 AZN pul vəsaiti 15 sentyabr 2017-ci il tarixdə ödənilmişdir. Bundan başqa qanunvericiliklə tələb olunan sənədlər əsasında 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək uşağa qulluğa görə 505.30 AZN "xxxx" ASC-dəki müvafiq hesaba köçürülmüşdür. Sonuncu dəfə 21 may 2020-ci il tarixdə müvafiq sənədlərə əsasən müvafiq inzibati orqana ikinci doğuşla əlaqədar müraciət etmişlər. Lakin müvafiq inzibati orqan bu dəfə iddiaçıya müavinətin ödənilməsinin qanunvericiliyə zidd olduğunu və nümayəndəsi olduğu iddiaçının belə bir hüququnun olmadığını, həmçinin əvvəllər ödənilmiş olan müavinət pulunun müvafiq inzibati orqanın məsul işçilərinin səhvliyi nəticəsində ödənildiyini və artıq ödənilmiş pulun geri qaytarılmalı olduğunu onlara bildirmişlər. İddiaçının nümayəndəsi Nümayəndə bir sıra qanunvericilik normalarına istinad edərək, həmin qanunvericilik normalarının şərhini verərək, cavabdeh inzibati orqanın məhkəməyə ünvanlandığı məktubda qeyd olunanlarla razılaşmadığını bildirmişdir. İddiaçının nümayəndəsi yekunda nümayəndəsi olduğu İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 noyabr 2021ci il tarixli, 2-1(122)-137/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 15 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Hazırki iş üzrə İddiaçı şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan şifahi məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini, məhkəməyə təqdim etdikləri etirazda artıq ödənilmiş pul vəsaitinin hər gününə görə iddiaçıdan 0,1% dəbbə pulunun ödənilməsini tələb etdiklərini bildirsələr də, hazırda belə bir tələblərinin olmadığını bildirib, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına qərarı, nikah və doğum haqqında şəhadətnamələrin surətlərini, şəxsiyyət vəsiqələrinin və sahibkarlıq uçotu haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini, qeydiyyatla bağlı arayışları, qərardadların surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli pul tələbinin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının (icra sənədinin) icraya yönəldilməsi qərara alınmışdır. - AZ-İ 782134 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1990-cı ildə doğulmuş Nümayəndə ilə 18 avqust 1990-cı ildə doğulmuş X8 26 sentyabr 2014-cü ildə nikahlarını bağlamışlar. - AZ-İİİ 959299 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 23 iyul 2017-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 18 avqust 1990-cı ildə ünvan 2 ünvanında yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə xx xxxx 1990-cı ildə doğulmuşdur. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 01/2346 nömrəli arayışdan görünür ki, Əbilova X7 şəhəri, A.Tarverdiyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 01/2347 nömrəli arayışdan görünür ki, Əbilov X4 şəhəri, A.Tarverdiyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-60/2021 nömrəli qərardadından görünür ki, iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(108)-77/2021 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin müdiri (nümayəndəsi) Anar Eynalovun şikayəti təmin edilməyərək, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-60/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli pul vəsaitinin geri qaytarılması barədə qərarından görünür ki, 1990-cı ildə doğulmuş, Naxçıvan şəhər A.Tarverdiyev ev 2-də qeydiyyatda olan İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən qanunsuz olaraq ödənilmiş 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti geri alınması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinin 05 avqust 2021-ci il tarixli, 02 nömrəli Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsi tərəfindən 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərarından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsi tərəfindən qəbul edilmiş 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının mətnində aşağıdakı dəyişikliklər edilmişdir: 1. Qərarın giriş hissəsində “Pul tələbinin icraya yönəldilməsi haqqında” sözü “Pul vəsaitinin geri qaytarılması barədə” sözü kimi oxunsun. 2. Qərarın nəticə hissəsində “10” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin, “(on)” sözü “(otuz)” sözü kimi oxunsun. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan 22 oktyabr 2021-ci il tarixli, **********741100 nömrəli məktubdan görünür ki, “Buta” qadın gözəllik salonu adlı hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. - İddiaçı barəsində tərtib edilmiş şəxsi hesabdan çıxarışdan və ona əlavə edilmiş aylar üzrə ödənilən müavinətləri nəzərdə tutan cədvəldən, həmçinin birdəfəlik müavinətin ödənilməsi barədə poçt göndərişlərindən görünür ki, 03.10.17-01.10.18-ci il aralığında hər ay üçün 40 manat, 01.03.18-01.10.18-ci il aralığında isə hər ay üçün 44 manat olmaqla 1 illik uşağa qulluğa görə müavinətlər ödənilmişdir. İşin hallarından və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin 01 mart 2021-ci il tarixli, 01 nömrəli pul vəsaitinin geri qaytarılması barədə qərarını mübahisələndirərək, həmin qərarın qanunvericiliyin tələblərinin pozularaq qəbul edildiyini, həmin qərarla iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu hesab edir və buna görə də həmin qərarın ləğv edilməsini istəyir. Cavabdeh tərəfin etirazından və məhkəmədə verilən izahatlardan görünür ki, İddiaçı 2017-ci il tarixdə müavinət ödənilərkən yanlışlığa yol verilmiş, iddiaçıya qanunvericiliyə əsasən ödənilməli olmayan müavinətlərin ödənilmiş, yol verilmiş yalnışlığın aradan qaldırılması məqsədilə mübahisələndirilən qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin imtinasına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər-bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 6.2-ci maddəsinə əsasən "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. - 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Həmin maddənin 7-ci abzasına əsasən hamiləlik və doğum sosial sığorta hadisəsi hesab olunur. - 6-cı maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən hamiləliyə və doğuma görə müavinət və uşağın anadan olmasına görə birdəfəlik müavinət sosial sığorta hadisəsi baş verdikdə verilən sığorta ödəmələrinə aiddir. - 8-ci maddəsinə əsasən sığortaçı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər-Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar- xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. - 12-ci maddəsinə əsasən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin: - 1-ci maddəsinə əsasən bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. - 1.1-ci maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. - 65-ci maddəsinə əsasən hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. - 67-ci maddəsinə əsasən hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. - 78-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. - 79-cu maddəsinə əsasən həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir. - 80-ci maddəsinə əsasən uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. - 96-cı maddəsinə əsasən müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. - 99-cu maddəsinə əsasən öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Fondun yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Fondun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. - 113-cü maddəsinə əsasən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 oktyabr 2020-ci il tarixli, 42-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.14-cü bəndinə əsasən əmək pensiyalarının, sosial müavinətlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. İşin hallarından məlum olur ki, İddiaçı 2015-ci ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, müvafiq dövlət orqanından qeydiyyatdan keçməklə vergi ödəyicisidir və məcburi dövlət sosial sığortasına cəlb edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı öz-özünü sığortaedəndir. Belə ki qanunvericiliyin tələblərindən aydın olur ki, özünü və ya başqasını sosial sığorta edən şəxslər sığortaedən hesab olunur. Bu hal işin mübahisələndirilməyən tərəflərinə aiddir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, mübahisələndirilən qərara əsasən iddiaçıdan artıq ödənilmiş 1031.30 manat (min otuz bir manat otuz qəpik) pulun tutulması və dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. Artıq ödənildiyi nəzərdə tutulan pul məbləği 3 əsasa görə ödənilmişdir:

1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət-57.96 manat (əlli yeddi manat doxsan altı qəpik);

2. Hamiləliyə və doğuma görə müavinət-468.64 manat (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik);

3. Uşağin üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət-505.30 manat (beş yüz beş manat otuz qəpik). Mübahisə yaradan bu məsələnin aydınlaşdırılması üçün məhkəmə yuxarıda sadalanan hər 3 hala görə ödənilən pul müavinətinə ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Mübahisə doğuran 1-ci əsasa münasibətdə qeyd edilməlidir ki, 14 təqvim günü üçün müavinət əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilir. Yuxarıda qeyd edildiyi kimi hazırki tələb üzrə İddiaçı sığortaolunan deyil, sığortaedəndir. İddiaçı sığortaedən hesab olunduğundan ona Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yuxarıda göstərilən müavinətin ödənilməsi mümkün deyildir. Belə ki, iddiaçı ilə hər hansı sığortaedən arasında əmək münasibətləri mövcud olmadığından cavabdeh inzibati orqan artıq ödənilmiş 57.96 manat (əlli yeddi manat doxsan altı qəpik) məbləğində pulun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Mübahisə doğuran digər əsas isə hamiləliyə və doğuma görə ödənilmiş 468.64 manat (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) müavinətdən ibarətdir. Qanunvericilikdə birmənalı olaraq nəzərdə tutulmuşdur ki, hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. İddiaçı tərəfin istinad etdiyi əsas qanunvericilik norması olan qeyd olunan maddənin tələbi xəstəlik vərəqəsini müavinətin verilməsi üçün əsas şərt hesab edir. Lakin burada xəstəlik vərəqəsi işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yarandığı konkret şəxslərə şamil edilir. Qanunvericiliyin mənası baxımından qeyd edilməlidir ki, xəstəlik vərəqəsi müəssisənin müdiriyyətinə təqdim edilməli və müdriyyət tərəfindən müvafiq qeydlər edilməklə müavinətin təyin olunması üçün komissiyaya təqdim edilməlidir. Hazırki mübahisədə iddiaçı öz-özünü sığortaedən olduğundan hər hansı bir müdiriyyət tərəfindən lazımi hərəkətlərin edilməsi mümkün deyil və ona qeyd olunan qanunvericilik normaları tətbiq edilmədiyindən hamiləliyə və doğuma görə müavinət verilə bilməz. Buna görədə cavabdeh inzibati orqan İddiaçı artıq ödənilmiş 468.64 manat (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) məbləğində pulun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Sonuncu mübahisəli məsələ isə iddiaçıya uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə ödənilmiş 505.30 manat (beş yüz beş manat otuz qəpik) müavinət ilə bağlıdır. Qanunvericilikdə qeyd olunan məzuniyyətin yalnız işləyən qadınlara şamil edildiyi birmənalı olaraq göstərilmişdir. Həmçinin bu müavinətin təyin edilməsi üçün müdiriyyət tərəfindən müavinət təyin edən komissiyasının iclas protokolunda müvafiq qeydlər edilməklə qərar qəbul edilir. Bundan sonra onlar qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya münasibətdə bu halın tətbiq edilməsi mümkün olmadığından o, bu hüquqa malik deyildir. Cavabdeh inzibati orqanın yanlışlığı səbəbindən ona artıq ödənilmiş 505.30 manat (beş yüz beş manat otuz qəpik) məbləğində müavinət geri qaytarılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə, ilk növbədə, ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. Məhz bu sosial hüquqların həyata keçirilməsi dövlətin müstəsna səlahiyyətlərinə aid edilsə də, hər hansı şəxs və ya şəxslər qrupu tərəfindən belə sosial hüquqların həyata keçirilməsi prosesində sui-istifadələrə yol verməsi, dövlətin sosial funksiyasının həyata keçirilməsinə böyük zərbə və sosial balansın pozulmasına yönəlik addım kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı şəxsə əsassız olaraq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ, bu hüququn həyata keçirilməsi prosesində ödənişlərin məhz həmin cavabdeh tərəfindən həyata keçirilməsi nəzərə alınmaqla, onun özü tərəfindən də həll edilməlidir. Elə bu səbəbdəndir ki, cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur. Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində sosial müavinətlərin ödənilməsinin fərqli qaydası nəzərdə tutulduğundan iddiaçıya inzibati orqan tərəfindən səhvən əmək münasibətlərinin mövcud olduğu işçilər üçün sosial müavinətin ödənilməsi qaydası tətbiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan və nümayəndənin məhkəmə iclaslarında verdiyi izahatlardan da aydın olur ki, qeyd olunan səhvliyə yol vermiş cavabdeh inzibati orqan əməkdaşları cəzalandırılmışdır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına və bununla bağlı sahəvi qanunvericilik aktlarının tələblərinə əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (31.03.2021-ci il tarixli, 01 nömrəli qərar) qəbul olunarkən inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması halı baş verməmiş, qəbul olunmuş inzibati akt işin faktiki hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 68.2-ci maddəsi). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinə qarşı “İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfə izah edilir ki, qanunvericilikdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə ödənilən sosial müavinət qaydasını tətbiq etməklə ona yenidən hesablanmaqla müavinətin ödənilməsi üçün müvafiq inzibati orqana müraciət edə bilər. İPM-in 110.3-cü maddəsinin tələbinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 12, 58, 68-69, 75, 78, 85 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Naxçıvan Şəhər Şöbəsinə qarşı “İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Naxçıvan şəhər şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiası rədd edilir. İddia tələbi təmin olunmadığından prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar