Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1373/2024 18.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X3 Heydər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və cavabdeh Ordubad rayon Mədəniyyət İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ordubad rayon Mədəniyyət İdarəsinə qarşı "onun barəsində olan ədalətsiz, Ordubad rayon Mədəniyyət İdarəsinin 28 mart 2022-ci il tarixli 27 nömrəli məktubunu, Ordubad rayon Mədəniyyət İdarəsinin 29 mart 2022-ci il tarixli 52 nömrəli əmrini və Ordubad rayon Vənənd kənd Uşaq musiqi məktəbinin 29 mart 2022-ci il tarixli 43 nömrəli əmrini əsassız, qanunsuz hesab edib qanunlara əsaslanaraq ləğv edilməsi və ona dəymiş ziyanın ödənilməsini qanunvericiliyə uyğun olaraq təmin edib ədalətli qətnamə qəbul edilməsi, (kəsilən saatlarının dərəcəsinə görə 2023-cü il yanvarın birinə qədər akladı 528 manat, 2023-cü il yanvar ayında əmək haqların artması nəticəsində bir akladı 607 manat olmuşdur) Müharibə veteranı olduğuna görə əmək haqqının hesablanmasında ona güzəşt olunur (400 manata qədərindən gəlir vergisi tutulmur, birdə vergilər məcəlləsinə əsasən də 200 manata qədər olan hissəsindən də) onun bir vətəndaş, "Müharibə veteran və bir müəllim kimi hüquqları tapdalanıb, Ordubad rayon Mədəniyyət idarəsi və Ordubad rayon Vənənd kənd Uşaq musiqi məktəbi tərəfindən tələbi”nə dair inzibati işin mümkünlük məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan ədalətsiz, Ordubad rayon Mədəniyyət İdarəsinin 28 mart 2022-ci il tarixli 27 nömrəli məktubunu, Ordubad rayon Mədəniyyət İdarəsinin 29 mart 2022-ci il tarixli 52 nömrəli əmrini və Ordubad rayon Vənənd kənd Uşaq musiqi məktəbinin 29 mart 2022-ci il tarixli 43 nömrəli əmrini əsassız, qanunsuz hesab edib qanunlara əsaslanaraq ləğv edilməsi və ona dəymiş ziyanın ödənilməsini qanunvericiliyə uyğun olaraq təmin edib ədalətli qətnamə qəbul edilməsi, (kəsilən saatlarının dərəcəsinə görə 2023-cü il yanvarın birinə qədər akladı 528 manat, 2023-cü il yanvar ayında əmək haqların artması nəticəsində bir akladı 607 manat olmuşdur) Müharibə veteranı olduğuna görə əmək haqqının hesablanmasında ona güzəşt olunur (400 manata qədərindən gəlir vergisi tutulmur, birdə vergilər məcəlləsinə əsasən də 200 manata qədər olan hissəsindən də) onun bir vətəndaş,"Müharibə veteran və bir müəllim kimi hüquqları tapdalanıb, Ordubad rayon Mədəniyyət idarəsi və Ordubad rayon Vənənd kənd Uşaq musiqi məktəbi tərəfindən barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 18 oktyabr 2024cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 27 sentyabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq iddia tələbinin dəqiq və aydın ifadə olunmadığı və irəli sürülən tələbin ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi hüquq münasibətlərinə aid olduğundan işə mülki mühakimə icraatı qaydasında baxılmasının məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Məhkəmə tərəfindən həmçinin yuxarıda sadalanan hallar İddiaçı diqqətinə məhkəmə iclasında bilavasitə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə təqdim edilmiş tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ordubad rayon Mədəniyyət İdarəsinin nümayəndəsi X2 iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Bu aşağıdakı əsaslardan irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda, məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunu aydın aydın ifadə edilməsə də, ərizədə qeyd olunan məsələlər təhsil müəssisələrinin direktorlarının və onların tabe olduğu yuxarı orqanların səlahiyyətlərinə aid edilmişdir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçının tələbləri hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan əmək mübahisələrinin dairəsi isə İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsi ilə müəyyən olunmuşdur. Belə ki, həmin maddənin məzmununa görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Başqa sözlə, hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsinin təsir dairəsinə düşmür. Bu səbəbdən də iddiaçı ilə təhsil müəssisəsi (idarəsi) arasındakı münasibətlər və həmin münasibətlərdən irəli gələn mübahisələrə inzibati qaydada baxılması üçün inzibati prosessual əsaslar olmadığından hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmə İddiaçı cavabdeh Ordubad rayon Mədəniyyət İdarəsinə qarşı "onun barəsində olan ədalətsiz, Ordubad rayon Mədəniyyət İdarəsinin 28 mart 2022-ci il tarixli 27 nömrəli məktubunu, Ordubad rayon Mədəniyyət İdarəsinin 29 mart 2022-ci il tarixli 52 nömrəli əmrini və Ordubad rayon Vənənd kənd Uşaq musiqi məktəbinin 29 mart 2022-ci il tarixli 43 nömrəli əmrini əsassız, qanunsuz hesab edib qanunlara əsaslanaraq ləğv edilməsi və ona dəymiş ziyanın ödənilməsini qanunvericiliyə uyğun olaraq təmin edib ədalətli qətnamə qəbul edilməsi, (kəsilən saatlarının dərəcəsinə görə 2023-cü il yanvarın birinə qədər akladı 528 manat, 2023-cü il yanvar ayında əmək haqların artması nəticəsində bir akladı 607 manat olmuşdur) Müharibə veteranı olduğuna görə əmək haqqının hesablanmasında ona güzəşt olunur (400 manata qədərindən gəlir vergisi tutulmur, birdə vergilər məcəlləsinə əsasən də 200 manata qədər olan hissəsindən də) onun bir vətəndaş, "Müharibə veteran və bir müəllim kimi hüquqları tapdalanıb, Ordubad rayon Mədəniyyət idarəsi və Ordubad rayon Vənənd kənd Uşaq musiqi məktəbi tərəfindən tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1373/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1373/2024
18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver