Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1393/2023 13.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı X3 və Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X3 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon Nehrəm kəndində yerləşən məişət evində 21 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayon Nehrəm kəndində yerləşən məişət evində 21 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 13 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 qəsəbəsində yerləşən məişət evində 21 2 m sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən Nehrəm qəsəbəsindən Çeşməbasar kəndinə gedən yolun üstündə parnikin yan tərəfində 800 kv.metr torpaq sahəsi verildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 13 noyabr 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə prosesində Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçı X3 izahatını dinləyərək, ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon Nehrəm kəndində yerləşən məişət evində 21 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə iddiaçı X3 13 noyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X3 13 noyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı X3 cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon Nehrəm kəndində yerləşən məişət evində 21 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1393/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1393/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver