Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-14/2023 21.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X14 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 24 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əmək pensiyasının təyin edilməsindən imtinaya dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 55 yaşının tamam olduğu 25 dekabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Orucova (İmaməliyeva) Gülşən İmamxan qızı xx.xx.1982-ci il tarixli, 98 №-li əmrlə "Əlincə” qoyunçuluq sovxozunda fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 62 №-li əmrlə həmin vəzifədən azad edilmişdir. Orucova (İmaməliyeva) Gülşən İmamxan qızı xx.xx.1989-cu il tarixli, 133 №-li əmrlə Şurud kənd klubunda müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli, 111 №-li əmrlə həmin vəzifədən azad edilmişdir. Qeyd edilən əmək fəaliyyəti dövrlərindən göründüyü kimi, ərizəçi Orucova (İmaməliyeva) Gülşən İmamxan qızının 28 ildən yuxarı əmək stajı mövcuddur. İddiaçı xx.xx.1989-cu il tarixdə doğulmuş uşağı (əlilliyi müəyyən edilmiş) X11 onun himayəsində saxlanılmış, yaşamışdır. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarı ilə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh əmək pensiyasının təyin edilməsindən imtinasını İddiaçı "Əlincə” qoyunçuluq sovxozunda işlədiyi zaman 2 il 9 ay əmək haqqı aldığını, Culfa rayon Şurud kənd klubunda işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək isə əmək haqqı almağı barədə arxiv arayışında məlumatın göstərilmədiyi, dolayısı ilə iddiaçının əmək haqqı alması göstərilməyən illərin iş stajı hesab edilmədiyi, buna görə də iddiaçının 25 il əmək stajının mövcud olmadığı qənaətinə gəlməsi ilə əsaslandırmışdır. Cavabdeh İddiaçı əmək kitabçası və arxiv arayışları əsasında təsdiq olunan 28 il, 2 ay, 23 gün əmək stajının olmasını təsdiq edir, mübahisələndirmir. İddiaçı yuxarıda göstərilənlərə əsasən İddiaçı əmək pensiyasının təyin edilməsindən imtinaya dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 55 yaşının tamam olduğu 25 dekabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 08 dekabr 2022-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək hazırkı iddia tələbinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 24 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək, bu barədə yazılmış 08 dekabr 2022-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmənin 08 dekabr 2022-ci il tarixli, 2-1(122)-243/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 17 oktyabr 2022-ci il tarixli, 06/360 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Fondun Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarı ilə İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən Fondun Culfa rayon şöbəsinə təqdim edilmiş 18 fevral 1989-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (6 il 4 ay 12 gün) Culfa rayon “Əlincə” qoyunçuluq sovxozunda fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixədək (21 il 11 ay 10 gün) Culfa rayon Şurud kənd klubunda müdir vəzifəsində işləmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən, vətəndaşın ümumilikdə 28 il 3 ay 22 gün ümumi iş stajı vardır. Lakin, onun əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Culfa rayon “Əlincə” qoyunçuluq sovxozunda fəhlə işlədiyi göstərilsə də, Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli, 06 nömrəli arayışda həmin sovxozda işlədiyi aylar üzrə əmək haqqı alması yalnız 1986-cı il tarixədək göstərilmişdir. Əlavə olaraq, Culfa rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 03 avqust 2022-ci il tarixli, 5 nömrəli arayışda Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Mədəniyyət şöbəsinin sənədlərində vətəndaşın xx.xx.1989cu il tarixdə 133 nömrəli əmrlə Şurud kənd klubuna müdir təyin edilməsi və xx.xx.2011-ci il tarixdə 111 nömrəli əmrlə işdən azad edilməsi barədə qeydlər olmasına baxmayaraq, onun əmək haqqı alması barədə məlumat olmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona pensiya təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 fevral 2023-cü il tarixə təyin olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarından məlum olur ki, vətəndaş İddiaçı 25 il əmək stajı arxiv arayışı ilə təsdiqini tapmadığı üçün ona əmək pensiyası təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. 18 fevral 1989-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində olan məlumatlara əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Culfa rayon “Əlincə” qoyunçuluq sovxozunda fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa rayon Şurud kənd klubunda müdir vəzifəsində işləmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli, 5 nömrəli arxiv arayışında Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Mədəniyyət şöbəsinin sənədlərində X1 xx.xx.1989-cu ildə 133 №-li əmrlə Şurud kənd klubuna müdir təyin edilməsi, xx.xx.2011-ci ildə 111 №-li əmrlə azad edildiyi göstərilmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Culfa rayon şöbəsinin Pensiyaların təyinatı sektorunun baş mütəxəssisi X4 və Culfa rayon Dövlət Arxivinin müdiri X5 tərəfindən tərtib edilmiş 04 iyul 2022-ci il tarixli aktdan məlum olur ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon “Əlincə” qoyunçuluq sovxozunun əmr kitablarına baxıldıqda İddiaçı xx.xx.1982-ci il tarixli, 98 №-li əmrlə işə girməsi, xx.xx.1989cu il tarixli, 62 №-li əmrlə işdən azad olunması, xx.xx.1989-cu ildə 133 №-li əmrlə Şurud kənd klubuna işə girməsinin göstərildiyi, 1989-2000-ci illər ərzində əmək haqqı alması Şurud kənd İcra Nümayəndəliyinin sənədləri Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün müəyyən edilməmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının 07 aprel 2022-ci il tarixli qərarından aydın olur ki, X9 müddətsiz olaraq üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Culfa tibbi sosial ekspert komissiyası tərəfindən verilmiş TSEK müayinə aktından çıxarışın surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə müayinədən keçməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24.04.94-cü il tarixli qərarı ilə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən tibbi göstərişlərin əsas meyarlarının 2.2. bəndinin 4.1. yarımbəndinə uyğundur. Culfa Rayon İcra Hakimiyyətinin Şurud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 52 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonunun Şurud kəndində yaşayır və həmin kənddə qeydiyyatdır. 12 iyul 1989-cu il tarixli, XİV-ЖГ seriyalı, 283451 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X11 03 iyul 1989-cu il tarixdə Culfa rayonunun Şurud kəndində doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında X13, ana adı qrafasında İddiaçı göstərilmişdir. Bu barədə 12 iyul 1989-cu il tarixdə doğum haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir. 17 yanvar 1987-ci il tarixli, İİİ- ЖГ seriyalı, 486571 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X13 ilə X3 17 yanvar 1987-ci il tarixdə evlənmişdirlər. Bu barədə 17 yanvar 1987-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. Culfa Rayon Polis Şöbəsi tərəfindən 30 mart 2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Kafan rayonunda doğulmuş İddiaçı Culfa rayonu, Şurud kəndində pasport qeydiyyatındadır. Culfa Rayon Dövlət Arxivi tərəfindən 04 noyabr 2022-ci il tarixli, 7 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş arxiv arayışında İddiaçı 1982-1989-cu illər Culfa rayon “Əlincə” kənd qoyunçuluq Sovxozunda, 2001-2005-ci illər Şurud kənd Mədəniyyət evində işlədiyi, 1989-2000-ci illər Şurud kənd İcra Nümayəndəliyinin əməkhaqqı və əmr kitabları Culfa rayon dövlət arxivinə təhvil verilmədiyindən əmək haqqının müəyyən edilmədiyi, İddiaçı 1982-1986, 2001-2005-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Məktuba həmçinin arayışın verilməsinə əsas olmuş əmrlərdən çıxarışlar əlavə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 yanvar 2023-cü il tarixli, 3/03 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1989-2011-ci illərdə Şurud kənd klubunda müdir vəzifəsində işləmişdir. 1989-2000-ci illərdə çalışdığı müddətdə əməkhaqqısını Şurud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən, 2001-ci ildən isə Culfa Rayon Mədəniyyət Şöbəsindən almışdır. 2001-2011-ci illər üzrə müvafiq sənədlər arxivə təhvil verilmişdir. Culfa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 fevral 2023-cü il tarixli, 87 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.1989-cu il tarixdə 133 nömrəli əmrlə Şurud kənd klubuna müdir təyin edilmiş, xx.xx.2011-ci il tarixdə isə 111 nömrəli əmrlə işdən azad edilmişdir. Əlavə olaraq bildirilir ki, 1989-2000-ci illərdə Şurud kənd klubunun əmək haqqı cədvəlləri Culfa rayon Arxiv İdarəsinə təhvil verilmədiyindən əmək haqqı ilə bağlı heç bir məlumat müəyyən edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hərkəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görəvə qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci iltarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verənşərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görədə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Beləki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaç subyektiv hüquqa malik olmuşdur. Hazırki iş üzrə iddiaçının əmək kitabçasına əsasən 28 il 3 ay 22 gün iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında Culfa rayon “Əlincə” qoyunçuluq sovxozunda fəhlə və Şurud kənd klubunda müdir vəzifəsində işləməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq, həmin təşkilatların sənədlərinin dövlət arxivinə təhvil verilməməsi və ya iddiaçı tərəfindən aylar üzrə aldığı əmək haqqı məbləğini əks etdirən arxiv arayışlarının təqdim edilməməsi əsas gətirilərək həmin illərin iddiaçıya sığorta stajı kimi hesablanmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olan qanunvericiliyin normalarına görə iş illərinin pensiya təyin etmək hüququ verən əmək stajı kimi nəzərə alınmasında həmin iş illərinin qeydə alındığı əmək kitabçası əsas sənəd kimi kifayət hesab edilir və əmək kitabçasında olan məlumatların digər sənədlərlə, o cümlədən arxiv sənədləri ilə təsdiq olunması bir qayda olaraq tələb olunmur. Əmək kitabçasında olan məlumatların mötəbərliyi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməsini tələb edir. Həmin qanunun tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübut təqdim etməmişdir. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Bundan əlavə, iş illərinə dair əmək haqqı məbləğini əks etdirən müvafiq sənədlərin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin sərəncamına verilmiş cavabında inzibati orqan X7 18 yaşından sonra əlil olmasına istinad etsə də, işdə olan TSEK müayinə aktından X7 xx.xx.2003-cü il tarixdən, yəni 14 yaşından əlil olması görünür. Beləliklə də inzibati orqan bu və ya digər halları təhlil etmədən, inzibati fəaliyyət istiqaməti ilə bağlı hərtərəfli araşdırma aparmadan nəticəyə gəlmişdir. Həmçinin vətəndaşın 2006-2011-ci il tarixlər üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduğuna görə, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (29 iyun 2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən) yuxarıda qeyd edilən 22-1.2.1-ci maddəsinə görə avtomatlaşdırılmış qaydada əmək pensiyası hüququ yaranmışdır ki, həmin hal da cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 24 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 43 nömrəli qərarı ləğv edilsin. İddiaçı 24 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları ərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-14/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-14/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver