Məhkəmə qərarları › İş №2-1(122)-141/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-141/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-141/2021 14.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı “iş stajına daxil olan illərin toplanaraq onun əmək stajının üzərinə əlavə edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş stajına daxil olan illərin toplanaraq onun əmək stajının üzərinə əlavə edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 14 iyul 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 12 iyul 2021-ci il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı iş stajına daxil olan illərin toplanaraq onun əmək stajının üzərinə əlavə edilməsi və əmək pensiyasının təyin olunması barədə iddia qaldırdığını, həmin iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ünvanladığı 12 iyul 2021-ci il tarixli ərizəsini müdafiə edərək, tələbinin inzibati orqan tərəfindən təmin olunduğunu, hazırda heç bir tələbinin olmadığını, iddiadan imtina etdiyini bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndələri X3 və X4 həqiqətəndə iddiaçının tələbinin orqan tərəfindən təmin olunduğunu bildirərək, iddiaçının icraata xitam vermək barədə ərizəsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, İddiaçı 12 iyul 2021-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı “iş stajına daxil olan illərin toplanaraq onun əmək stajının üzərinə əlavə edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə İddiaçı 12 iyul 2021-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 83 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı “iş stajına daxil olan illərin toplanaraq onun əmək stajının üzərinə əlavə edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar