Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-145/2022 01.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakimi Muradov Hicran Xasay oğlunun sədrliyi Məmmədov Kamal Cahangir oğlunun katibliyi İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20.12.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20.12.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-6891/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. 13 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuş inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və şifahi icraat qaydasında mümkünlük iclası 01 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı eyni vaxtda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində və Bakı İnzibati Məhkəməsində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20.12.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi barədə iddia qaldırdığını, Bakı İnzibati Məhkəməsində qaldırdığı inzibati mübahisəyə dair işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərildiyini bildirərək, hazırda məhkəmənin icraatında eyni tələblə bağlı işlər olduğundan hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və bu barədə yazdığı 01 iyun 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X2 iddiaçının vəsatətinə və hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin baxılmamış saxlanılması əsasları nəzərdə tutulmadığından analogiya tətbiq edilərək mülki prosessual qanunvericiliyin normaları hazırki işin hallarına tətbiq edilir. Bununla belə, iddiaçı eyni tələblə, yəni “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20.12.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi” tələbi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsinə müraciət etmiş və 2-1(122)-91/2022 nömrəli iş 09 mart 2022-ci il tarixdən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatındadır. Qanunvericiliyin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisənin eyni zamanda digər və ya həmin məhkəmənin icraatında olması mümkün deyil. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və sonradan məhkəmənin icraatına daxil olmuş hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20.12.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 01 iyun 2022-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20.12.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-145/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-145/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver