Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1450/2023 21.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "işlədiyi dövrdə haqsızlığa uğramış Azərbaycan Respublikasının vətəndaşı olaraq, 3-cü qrup əlil olan gənc bir dövlət qulluqçusu olaraq əmək hüquqlarının pozulması, razılığı olmadan məcbur edilərək aşağı kateqoriya dövlət qulluğu vəzifəsinə keçirilməyi, bu müddət ərzində əmək haqqında olan kəsirin ödənilməsi və əvvəlki işinə bərpa olunmağı tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi dövrdə haqsızlığa uğramış Azərbaycan Respublikasının vətəndaşı olaraq, 3-cü qrup əlil olan gənc bir dövlət qulluqçusu olaraq əmək hüquqlarının pozulması, razılığı olmadan məcbur edilərək aşağı kateqoriya dövlət qulluğu vəzifəsinə keçirilməyi, bu müddət ərzində əmək haqqında olan kəsirin ödənilməsi və əvvəlki işinə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 noyabr 2017-ci il tarixdə dövlət qulluğu imtahanının müsabiqə və müsahibə mərhələsindən uğurla keçdiyi üçün 01 may 2018-ci ildə Naxçıvan MR Nəqliyyat Nazirliyində aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 31 iyul 2018-ci il tarixli Ali Məclisin sədrinin fərmanı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək yerində Dövlət Nəqliyyat Xidməti yaradılmış və ştat cədvəlində azalma olduğu üçün ixtisara düşmüşdür. 01 avqust 2018-ci il tarixdə Dövlət Qulluğu komisiyyasına ərizə ilə müraciət edərək uyğun işlə təmin olunmağını xahiş etmişdir. 31 avqust 2018-ci il tarixdə Dövlət Qulluğu komisiyyasında vəzifəli şəxs onu qəbul edərək Naxçıvan Şəhər İcra Hakimiyyətində vakant yer olduğunu, sənədlərinin İcra hakimiyyətinə göndərildiyini bildirmiş və təklif olunan vəzifə ilə razı olub-olmadığını soruşmuşdur. O isə tutduğu vəzifənin ixtisar olduğunu və 1 ay işsiz qaldığını nəzərə alaraq təklif olunan vəzifəyə razı olduğunu bildirmişdir. 31 avqust 2018-ci il tarixdə gənc bir dövlət qulluqçusu kimi icra başçısı onu qəbul etmiş, 03 sentyabr 2018-ci ildə ictimai siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə təyin etmiş, idarə daxilində yerdəyişmə üçün icra başçısı tərəfinən qəbul edilərək məsləhət görülən vəzifəyə keçirilməyi ilə bağlı razılığını alaraq 24 yanvar 2022-ci il tarixdə icra başçısının daxili əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunmuş, icra hakimiyyətində işlədiyi 5 il müddətində hər zaman verilən tapşırığın ağırlığına və çətinliyinə məhəl qoymadan vaxtında, dəqiq və vicdanla yerinə yetirmişdir. Bu dövrdə heç bir intizam tənbehi (izahat, töhmət və həmçinin xəbərdarlıq) belə almamışdır. 05 sentyabr 2023-cü il tarixdə heç bir əsas göstərilmədən rəhbərlikdən gələn adlı siyahı ilə tutduğu vəzifədən azad olunaraq Əliabad qəsəbə İƏD üzrə nümayəndə müavini təyin olunmuş və bunun üçün razılıq ərizəsi yazmağa məcbur edilmişdir. O, himayəsində 5 nəfər olmaqla məktəbə gedən iki azyaşlı oğlu, baxmağa borclu olduğu bir ailəsi olmasını, banklar tərəfindən öhdəliyi olduğunu və digər həmkarlarının heç bir səbəb olmadan əmək müqavilələrinə xitam verilərək işdən azad edildiyini gördüyü üçun məcbur edilərək ərizədə qeyd etməklə təklif olunan vəzifəni qəbul etməli olmuşdur. Bu haqsızılığı görəndən sonra rəhbər şəxsin qəbulunda olmuş, aşağı vəzifəyə təyin olunmağına heç bir əsas gətirə bilməyərək rəhbərlik tərəfindən belə məsləhət görüldüyü bildirilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq işlədiyi dövrdə haqsızlığa uğramış Azərbaycan Respublikasının vətəndaşı olaraq, 3-cü qrup əlil olan gənc bir dövlət qulluqçusu olaraq əmək hüquqlarının pozulması, razılığı olmadan məcbur edilərək aşağı kateqoriya dövlət qulluğu vəzifəsinə keçirilməyi, bu müddət ərzində əmək haqqında olan kəsirin ödənilməsi və əvvəlki işinə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 21 noyabr 2023cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 24 oktyabr 2023-cü il tarixli, 2-1(122)-1450/2023 nömrəli yardım məktubu ünvanlanaraq, iddia tələbinin dəqiqləşdirilməsi və məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi 18 oktyabr 2023-cü il tarixədək cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə hazırki tələb üzrə edilmiş müraciətinin və orqan tərəfindən müraciətinə verilmiş cavab məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya bilavasitə təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göstərilmiş hüquqi yardımdan imtina etdiyini bildirib, hazırki iddia tələbi üzrə icraatın davam etdirilməsini xahiş edərək bu barədə yazdığı xx.xx.2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-ci bəndinə əsasən ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir . 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İlk öncə qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi aydın ifadə olunmamışdır. Belə olan halda məhkəmə tərəfindən iddianın növünü, iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Bundan başqa iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmadan əvvəl cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə hazırki iddia tələbinə dair edilmiş müraciət və cavabdeh orqan tərəfindən həmin müraciətə verilmiş cavab məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı reallaşdırılmasını tələb etdiyi hər hansı inzibati hüquqla bağlı əvvəlcə cavabdeh orqana müraciət etməli, müsbət cavabın alınmadığı təqdirdə məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının əsas hüquqi marağı əvvəlki işinə bərpa olunmasıdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2023-cü il tarixli, 142 nömrəli sərəncamından aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi İddiaçı 05 sentyabr 2023-cü il tarixli ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmiş və həmin tarixdən öz razılığı ilə əmək müqaviləsi bağlanmaqla Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndə müavini vəzifəsinə təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Beləliklə, iddiaçının işdən azad edilməsi və digər vəzifəyə təyin edilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2023-cü il tarixli, 142 nömrəli sərəncamı qüvvədə olduğu müddətdə iddiaçının əvvəlki işinə bərpa olunmağını tələb etməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Məhkəmə hesab edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2023-cü il tarixli, 142 nömrəli sərəncamı qüvvədə olduğu halda iddiaçının hazırki iddiası əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Yardım etmək vəzifəsi çərçivəsində İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı nəzərə alınaraq, onun çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növündən istifadə etməsi üçün məhkəmə tərəfindən iddiaçıya bilavasitə məhkəmə iclasında hüquqi yardım edilsə də, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilərək münasib iddianın təqdim olunmasından imtina olunmuşdur. Məhkəmə əvvəlki işinə bərpa olunması tələbindən asılı olan iddianın digər hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əsas iddia tələbi üçün mümkünlük şərti ödənilmədiyindən asılı iddia tələbinin də mümkünlüyü istisna olunur. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "işlədiyi dövrdə haqsızlığa uğramış Azərbaycan Respublikasının vətəndaşı olaraq, 3-cü qrup əlil olan gənc bir dövlət qulluqçusu olaraq əmək hüquqlarının pozulması, razılığı olmadan məcbur edilərək aşağı kateqoriya dövlət qulluğu vəzifəsinə keçirilməyi, bu müddət ərzində əmək haqqında olan kəsirin ödənilməsi və əvvəlki işinə bərpa olunmağı tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "işlədiyi dövrdə haqsızlığa uğramış Azərbaycan Respublikasının vətəndaşı olaraq, 3-cü qrup əlil olan gənc bir dövlət qulluqçusu olaraq əmək hüquqlarının pozulması, razılığı olmadan məcbur edilərək aşağı kateqoriya dövlət qulluğu vəzifəsinə keçirilməyi, bu müddət ərzində əmək haqqında olan kəsirin ödənilməsi və əvvəlki işinə bərpa olunmağı tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1450/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1450/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver