Məhkəmə qərarları › İş №2-1(122)-1450/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1450/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1450/2024 17.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum atası X1 mülkiyyətində olan Culfa rayon Yaycı kəndində yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) söküntüsü ilə bağlı vurulmuş zərərin 30.000 (otuz min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı mərhum atası X1 mülkiyyətində olan Culfa rayon Yaycı kəndində yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) söküntüsü ilə bağlı vurulmuş zərərin 30.000 (otuz min) manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 17 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 19 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Cavabdehnə qarşı mülkiyyətində olan Culfa rayonu, Yaycı kəndində yerləşən ümumi sahəsi 40 kvadrat metr olan satış mağazası binası üçün ayrılmış torpaq sahəsinin özünə qaytarılması və ya həmin mağazanın qanunsuz sökülməsi və torpaq sahəsinin qanunsuz olaraq əlindən alınması əvəzində ona dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mərhum atası X1 mülkiyyətində olan Culfa rayon Yaycı kəndində yerləşən ümumi sahəsi 40 kv.m olan qeyriyaşayış sahəsinin (mağazanın) söküntüsü ilə bağlı vurulmuş zərərin 30.000 (otuz min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “mərhum atası X1 mülkiyyətində olan Culfa rayon Yaycı kəndində yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) söküntüsü ilə bağlı vurulmuş zərərin 30.000 (otuz min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar