Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-146/2021 27.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonunun, Cəhri kəndində faktiki olaraq yaşadığı evin torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə, həmçinin X1, X4, X8, X11, X2, X5, X6 və X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə düzəliş olunması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonunun, Cəhri kəndində faktiki olaraq yaşadığı evin torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə, həmçinin X1, X4, X8, X11, X2, X5, X6 və X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə düzəliş olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 05 avqust 2021-ci il tarixli, 2-1(122)-146/2021 nömrəli qərardadı ilə X7, X12, X16, X18, X9, X13, X14 və X10 üçüncü şəxs qismində hazırki iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İşin hazırlıq icraatı davam etdirilərək 27dekabr 2021-ci il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və üçüncü şəxslər X7, X12, X16, X18, X9, X13, X14 və X10 məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və üçünü şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahələrinin mülkiyyət şəhadətnamələrinə düzəliş olunması tələbindən imtina etdiyini, imtinanın nəticələrinin ona məlum olduğunu bildirərək, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu barədə yazdığı 27 dekabr 2021-ci il tarixli ərizəsini məhkəmyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X23 iddiaçının vəkil və nümayəndəsi Vəkil vəsatətinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil 27 dekabr 2021-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının vəkili və nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonunun, Cəhri kəndində faktiki olaraq yaşadığı evin torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə, həmçinin X1, X4, X8, X11, X2, X5, X6 və X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə düzəliş olunması” tələbinə dair iddiası üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil 27 dekabr 2021-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80, 83 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonunun, Cəhri kəndində faktiki olaraq yaşadığı evin torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə, həmçinin X1, X4, X8, X11, X2, X5, X6 və X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyət şəhadətnaməsinə düzəliş olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İş üzrə icraata xitam verildiyindən prosessual xərclər iddiaçıya aid edilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-146/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-146/2021
27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver