Məhkəmə qərarları › İş №2-1(122)-146/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-146/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-146/2023 22.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından başlayaraq bütün ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə tapşırılması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından başlayaraq bütün ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1954-cü ildə Culfa Rayon Xanəgah kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 01 sentyabr 1981-ci ildə başlamışdır. 2018-ci ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarı ilə əmək pensiyasına hesablanan 82.81 manat məbləğ dayandırılmış, artıq ödənilmiş 2760.79 manat məbləğində pul vəsaiti qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması qərara alınmışdır. 03 dekabr 1994-cu il tarixdən 12 iyun 2006-cı il tarixədək olan müddətdə o, hər hansı bir özəl sektorda deyil, Culfa rayon İcra Hakimiyyəti başçısına Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə icra nümayəndəsinin əmri əsasında işə qəbul olmuşdur. Bununla əlaqədar onun əmək kitabçası Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsində olduğundan bu səbəbdən əmək kitabçasının təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmir. Culfa Rayon İcra Hakimiyyətinin başçısının Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə icra nümayəndəliyinin işçisi olaraq o, işlədiyi dövr üçün əmək haqqı almış, bununla əlaqədar əmək haqqı cədvəllərinə imza etmişdir. Ona aid sənədlərin dövlət arxivinin təhvil verilməməsi onun günahı deyildir. O, bu işlərə nəzarət etmək imkanında deyil ki, yoxlayıb görsün ki, ona aid sənədlər dövlət arxivinə təhvil verilib, ya yox. Onda olan sənəd əmək kitabçasıdır. Orada da işə girmə və işdən çıxma əmrləri qeyd olunmaqla möhürlə təsdiqlənib. Hesab edir ki, bu səbəbdən qərarın birinci bəndi qanunsuzdur və ləğv olunmalıdır. Onunla əmək pensiyasına əlavənin tutulması ilə bağlı heç bir məsləhətləşmə, danışıq aparılmamış özbaşına qərar qəbul edərək qanunsuz olaraq tutulma aparılmışdır. Bu səbəbdən də qərarın 2-ci bəndi də qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 7.0.1 və 70.3-cü maddələrinə əsasən məhkəmədən İddiaçı əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından başlayaraq bütün ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 24 yanvar 2023-cü il tarixli, 2-1(122)-146/2023 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya qarşı 08 fevral 2023-cü il tarixli, 06/46 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1954-ci il tarixdə Culfa rayonu, Xanəgah kəndində anadan olmuş, Culfa rayonu, Xanəgah kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 27 aprel 2018-ci il tarixli, 274 nömrəli qərarına əsasən 10 aprel 2018-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 168,34 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli, 235 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək (2 il 5 ay) Culfa rayon Xanəgah sovxozunda işləmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” istehsalat birliyi “Etilen- Polietilen” zavodu tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 171 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (1 il 20 gün) “Üzvi Sintez” zavodunda 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Culfa rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 82 nömrəli arayışına əsasən iddiaçı 13 noyabr 1973-cü il tarixdən 27 noyabr 1975-ci il tarixədək (2 il 14 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 01 sentyabr 1981-ci il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində olunmuş məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (5 il) Təmir-Tikinti emalatxanasında müdir, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa rayon D.Cabbarov adına üzümçülük sovxozunun təmir emalatxanasında müdir, xx.xx.1981-ci il tarixdən xx.xx.1983ci il tarixədək (1 il 5 ay 10 gün) Əlincə qoyunçuluq sovxozunda motorist, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 10 ay 16 gün) anbar müdiri, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (3 ay) V.İ.Lenin adına sovxozda mexanik, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (9 ay) 10 nömrəli Tikinti Quraşdırma İdarəsində briqadir, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Culfa istehsalat kombinatında anbarçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək (4 il 3 ay 26 gün) Ceyran quşçuluq fabrikində sədr, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 1 ay 25 gün) Naxçıvan Su Tikinti idarəsində briqadir, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (11 il 1 ay) Culfa rayon Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə X17 Assosiasiyasında müdir vəzifələrində işləmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək isə iddiaçı Abşeron telekommunikasiya qovşağının avtomobil sahəsi üzrə mühəndis vəzifəsində işləmişdir. Lakin iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Culfa rayon Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə X17 Assosiasiyasında işlədiyinə dair əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Buna baxmayaraq vətəndaşın əmək pensiyası xx.xx.2018-ci il tarixdən 82,81 manat artırılmış və xx.xx.2022-ci il tarixə ümumilikdə 2760.79 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 17 aprel 2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq icraatı iclasında şahid qismində X13 ifadə verərək, icra strukturu formalaşmağa başladığı vaxtdan Əlincə, Xoşkeşin və Xanəgah kəndlərinin icra nümayəndəsi vəzifəsində işlədiyini, həmin vəzifədə 24 il işlədiyini, onun icra nümayəndəsi işlədiyi dövrdə qeyd etdiyi kəndlər üzrə X17 Assosiasiyası yaradıldığını və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdiyini, heç kimin həmin assosiasiyanın rəhbəri işləmək istəmədiyini, kənddə öz bacarığı və qabiliyyəti ilə seçilən İddiaçı həmin kəndlərdəki su problemlərinin həll edilməsini öz öhdəsinə götürdüyünə görə 1994-cü ildə əmr verərək onu möhür və ştampı İddiaçı təhvil verdiyini, İddiaçı 7 km məsafədən Əlincə, Xoşkeşin və Xanəgah kəndlərinə su çəkdiyini və hər bir evi su ilə təmin etdiyini, kəndlərdəki su arxlarının təmizlənməsinin də İddiaçı rəhbərlik etdiyi assosiasiyanın həyata keçirdiyini, İddiaçı işlədiyi dövrdə öz fəaliyyəti ilə kənd sakinlərinin rəğbətini qazandığını, kənd sakinləri ilə heç bir su problemi ilə üzləşmədiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 25 may 2023-cü il tarixli, 2-1(122)-146/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 22 iyun 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından başlayaraq bütün ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X9 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarın surətini, əmək kitabçasının surətini, qeydiyyatla bağlı arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı əmək pensiyasına hesablanan 82.81 manat dayandırılması, artıq ödənilmiş 2760.79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması və qərarın surətinin İddiaçı göndərilməsi qərara alınmışdır. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05 may 1989-cu ildən 31 avqust 1993-cü ilədək Ceyran quşçuluq kooperativində sədr vəzifəsində, 06 oktyabr 1993-cü il tarixdə Naxçıvan Su tikinti Quraşdırma İdarəsində Yardımçı təsərrüfatda briqadir vəzifəsində, 01 dekabr 1994-cü ildən köçürmə yolu ilə 3 nömrəli İMSD-nin sərəncamına göndərilmiş, 03 dekabr 1994-cü ildən 12 iyun 2006-cı ilədək Culfa rayon Xanağa, Xoşkeşin və Əlincə kəndləri üzrə X17 assosiasıyasının müdiri vəzifəsində işləmişdir. - Culfa Rayon İcra Hakimiyyəti başçısının Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 07/15 nömrəli arayışından görünür ki, İddiaçı Culfa rayonu, Xanəgah kəndində yaşayır və orada qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1954-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: -Culfa Rayon Vergi Şöbəsinin 30 yanvar 2023-cü il tarixli, **********800600 nömrəli məktubunun surətindən görünür ki, “Culfa X17 Assosiasiya” adında müəssisə xx.xx.1994cü il tarixdən xx.xx.2006 - cı il tarixədək Culfa Rayon Vergi Şöbəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. - Culfa rayon Dövlət arxivinin 08 fevral 2023-cü il tarixli, 3 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı əmək kitabçasında qeyd olunan Əlincə, Xoşkeşin, Xanəgah kəndləri üzrə “X17 Assosiasiyasında” işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək həmin qurumun fəaliyyəti haqqında Culfa rayon Dövlət arxivində heç bir məlumata rast gəlinmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanladığı 21 fevral 2023-cü il tarixli, **********854900 nömrəli məktubunun surətindən görünür ki, X6 X7 Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 aprel 2000-ci il tarixdə 160-2000/K nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və vergi uçotuna alınmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etmədiyi səbəbindən məlumat təqdim edilməsinin imkan xaricində olduğu bildirilmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Xanəgah İnzibati Ərazi Dairəsi üzrə X3 Respublikası Culfa rayon Sosial Müdafiəyə Fonduna ünvanladığı 23 fevral 2023-cü il tarixli, 07/06 nömrəli məktubunun surətindən görünür ki, Xanəgah kəndi üzrə “X17 Assosiasiyası”nın (xx.xx.1994 - xx.xx.2006) fəaliyyətdə olması haqqında heç bir məlumatın olmadığı bildirilmişdir. - Culfa Rayon Statistika İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanladığı 28 fevral 2023-cü il tarixli, 05 nömrəli məktubunun surətindən görünür ki, Culfa rayonunda Əlincə, Xoşkeşin, Xanəgah kəndləri üzrə “X17 Assosiasiyası”nın 1992-2006-cı illərdə fəaliyyəti barədə məlumatın olmadığı bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanladığı 02 mart 2023-cü il tarixli, 364 nömrəli məktubunun surətindən görünür ki, Culfa rayonunda 1992- 2006-cı illərdə Əlincə, Xoşkeşin, Xanəgah kəndləri üzrə “X17 Assosiasiyası”nın dövlət qeydiyyatının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində aparılmadığı bildirilmişdir. - Culfa rayon X11 Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanladığı 27 mart 2023-cü il tarixli, 11 nömrəli məktubunun surətindən görünür ki, Culfa rayon X4 Culfa rayon İcra Hakimiyyətinin Başçısının 1994-cü il sərəncam kitabında Culfa rayon İcra Hakimiyyətinin Başçısının Culfa rayonunda Əlincə, Xoşkeşin, Xanəgah kəndləri üzrə “X17 Assosiasiyası”nın yaradılmasına dair sərəncamına rast gəlinmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 27 aprel 2023-cü il tarixli, **********806500 nömrəli məktubundan görünür ki, Əlincə, Xoşkeşin və Xanəgah kəndləri üzrə Sudan İstifadə X7 Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 aprel 2000-ci il tarixdə 160-2000/K nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və vergi uçotuna alınmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etmədiyi üçün məlumatların təqdim edilməsinin imkan xaricində olduğu bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı 01 may 2023-cü il tarixli, 706 nömrəli məktubundan görünür ki, Culfa rayonunda 1992-2006-cı illərdə Əlincə, Xoşkeşın və Xanəgah kəndləri üzrə “X17 Assosiasıyası”nın dövlət qeydiyyatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində aparılmamışdır. Lakin fəaliyyət ərazisi Culfa rayon Xanəgah, Xoşkeşın və Əlincə kəndlərini əhatə edən “Göydağ" X17 Birliyinin qeydiyyatı 01.10 2007-ci ıl tarixdə aparılmışdır. - Culfa Rayon Vergilər Şöbəsinin məhkəməyə ünvanladığı 28 aprel 2023-cü il tarixli, **********162400 nömrəli məktubundan görünür ki, Culfa Rayon Vergilər Şöbəsində 1992- 2006-cı illərdə “X17 Assosiasiyası” qeydiyyatdan keçməmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 03 may 2023-cü il tarixli, 5-23/2-244/2023 nömrəli məktubundan görünür ki, “İddiaçı əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760.79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması” barədə işin araşdırılmasının təmin etmək məqsədi ilə Culfa Rayon Dövlət Arxivinin məktubunu nəzərə alaraq qeyd edir ki, Culfa Rayon İcra Hakimiyyətinin və Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin 1992-2006-cı illərə dair sərəncam və əmr kitablarına baxdıqda Əlincə, Xoşkeşin və Xanəgah kəndləri üzrə “X17 Assosiasiyası”nın yaradılmasına dair sənəd əldə edilmədiyi bildirilmişdir. - Culfa Rayon Dövlət Arxivinin Culfa Rayon İcra Hakimiyyətinə ünvanladığı 27 aprel 2023-cü il tarixli, 15 nömrəli məktubun surətindən görünür ki, Culfa rayon X4 Culfa rayon İcra Hakimiyyətinin və Culfa Rayon Suvarma Sistemləri İdarəsinin 1992-2006-cı illərə dair sərəncam və əmr kitablarına baxdıqda Əlincə, Xoşkeşin, Xanəgah kəndləri üzrə “X17 Assosiasiyası”nın yaradılması haqqında sənədin müəyyən edilmədiyi bildirilmişdir. Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 aprel 2018-ci il tarixli, 274 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə aprel 2018-ci il tarixdən müddətsiz hər ay 168.34 manat olmaqla pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan ərizəsindən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02 dekabr 1975-ci ildən 01 dekabr 1980-ci ilədək Təsərrüfat hesablı təmir-Tikinti sahəsində emalatxana müdiri vəzifəsində, 15 dekabr 1980-ci ildən 01 sentyabr 1981-ci ilədək Üzümçülük sovxozunda təmir emalatxana müdiri vəzifəsində, 01 sentyabr 1981-ci ildən 25 iyul 1986-cı ilədək Əlincə qoyunçuluq sovxozunda müxtəlif vəzifələrdə, 31 avqust 1986-cı ildən 01 dekabr 1986-cı ilədək Lenin adına üzümçülük sovxozunda mexanik vəzifəsində, 02 dekabr 1986-cı ildən 10 sentyabr 1987-ci ilədək 10 nömrəli Tikinti Quraşdırma İdarəsində altıncı dərəcəli briqadir vəzifəsində, 20 avqust 1987-ci ildən 03 may 1989-cu ilədək Culfa İstehsalat Kombinatında anbardar vəzifəsində, 05 may 1989-cu ildən 31 avqust 1993-cü ilədək Ceyran quşçuluq kooperativində sədr vəzifəsində, 06 oktyabr 1993cü il tarixdə Naxçıvan Su tikinti Quraşdırma İdarəsində Yardımçı təsərrüfatda briqadir vəzifəsində, 01 dekabr 1994-cü ildən köçürmə yolu ilə 3 nömrəli İMSD-nin sərəncamına göndərilmiş, 03 dekabr 1994-cü ildən 12 iyun 2006-cı ilədək Culfa rayon Xanağa, Xoşkeşin və Əlincə kəndləri üzrə X17 assosiasıyasının müdiri vəzifəsində, 24 iyul 2006-cı ildən 30 noyabr 2015-ci ilədək X1 avtomobil sahəsi üzrə 11-ci dərəcəli mühəndis vəzifəsində işləmişdir. - 05 may 2018-ci il tarixli, 13/540 nömrəli arxiv arayışının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası X4 X2 (MSD-№3) sənədlərinə baxılarkən, İddiaçı xx.xx.1993-cü il tarixli, 2 №-li əmrlə ezamiyyətdən qayıdıb işdə hesab edilməsi, xx.xx.1995-ci il tarixli, 44 “k” №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Lakin işə qəbul olunması haqqında məlumat yoxdur. - 08 iyun 2018-ci il tarixli, 13/540 nömrəli arxiv arayışının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası X4 Naxçıvan Muxtar Respublikası Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsinin sənədlərinə baxdıqda müəyyən olundu ki, İddiaçı 14 fevral 1985-ci il tarixli, 65 nömrəli əmrlə 1983-1984-cü illər məzuniyyətə getməsi və məzuniyyətdən qayıtması göstərilmişdir. Lakin işə qəbul və işdən azad olunması haqqında məlumat yoxdur. - aprel 2018-ci il tarixli, 235 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı Culfa rayonu, Xanəgah kənd sovxozunda 1968-ci ildə 5 ay, 1969-cu ildə 4 ay, 1970-ci ildə 5 ay, 1971-ci ildə 7 ay, 1972-ci ildə 3 ay işləyərək əmək haqqı almışdır. - 08 iyun 2018-ci il tarixli, 13/540 nömrəli arxiv arayışının təsdiq olunmuş surətindən görünür ki, Hacıyev X10 Muxtar Respublikası Təsərrüfathesablı Avtonəqliyyat müəssisəsində 1983-cü ildə 2 ay, 1984-cü ildə 11 ay, 1985-ci ildə 2 ay işləmiş və əmək haqqı almışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun 19 dekabr 2019-cu il tarixli, 171 nömrəli arxiv arayışının təsdiq olunmuş surətindən görünür ki, SOCAR “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” Zavodunun 4-cü arxiv fondunda yerləşən keçmiş “Üzvü-sintez” zavodunun sənədlərinə əsasən xx xxxxxxx 1954-cü il təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıda qeyd olunduğu kimi göstərilir: xx.xx.1972-ci il tarixli, 161/К nömrəli əmrlə 83 nömrəli sexdə 2-ci dərəcəli silesaryağlayıcı vəzifəsində xx.xx.1972- ci ilədək. xx.xx.1973-cü il tarixli 149/К nömrəli əmrlə işdən azad olunaraq Sovet Ordusunda xidmətdə xx.xx.1979-cu ilədək. - “Etilen-Polietilen” Zavodunun izahedici arayışının təsdiq olunmuş surətindən görünür ki, 1.1964 -1971-ci illər SSRİ Kimya Sənayesi Nazirliyi Sumqayıt Kimya Kombinatı kimi fəaliyyət göstərmişdir. 2. Sumqayıt Kimya Kombinatı - SSRİ Kimya Sənayesi Nazirliyinin xx.xx.1971-ci il tarixli, 745 saylı əmrinə əsasən Oktyabr İnqilabının 50 illiyi adına Kimya Sənayesi Birliyinin "Üzvi məhsullar zavodu” kimi fəaliyyət göstərmişdir. 3. SSRİ Kimya Sənayesi Nazirliyinin xx.xx.1979-cu il tarixli, 213 saylı əmrinə əsasən Oktyabr İnqilabının 50 illiyi adına Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyinin "Üzvi məhsullar" zavodu Oktyabr İnqilabının 50 illiyi adına Sumqayıt "Üzvi-sintez" İstehsalat Birliyi kimi fəaliyyət göstərmişdir. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü i! tarixli 313 saylı sərəncamına əsasən Oktyabr İnqilabının 50 illiyi adına Sumqayıt "Üzvi-sintez" İstehsalat Birliyi "Azərikimya” Dövlət Şirkətinin tərkibində xx.xx.2010-cu il tarixinədək Sumqayıt "Üzvi-sintez" zavodu kimi fəaliyyət göstərmişdir. 5. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 829 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. 6. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 258 nömrəli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" İstehsalat Birliyi kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil edilmişdir. 7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010cu il tarixli, 58 saylı əmrinə əsasən "xxxx" Dövlət Şirkətinin "Üzvi-sintez" zavodunun bazasında Azərikimya" İstehsalat Birliyinin tərkibində xx.xx.2010-cu il tarixindən "Üzvisintez" zavodu kimi fəaliyyət göstərmişdir. 8. ARDNŞ-nin xx.xx.2013-cü il tarixli 153 saylı və buna müvafiq olaraq "xxxx" İstehsalat Birliyinin xx.xx.2013-cü il tarixli, 114 saylı əmrlərinə əsasən "Üzvi sintez" zavodu ləğv edilmişdir. 9. "xxxx" İB-nin 01/İN-416/XB nömrəli xx.xx.2014-cü il tarixli məktubuna əsasən ləğv olunmuş "Üzvü-sintez" zavoduna məxsus arxiv materialları "xxxx" İB-nin "Etilen-Polietilen" zavoduna köçürülmüş və vətəndaşların sorğu və müraciətləri əsasında arxiv arayışlarının verilməsi bu müəssisəyə həvalə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli, 82 nömrəli arayışdan görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək ordu sıralarında xidmət etmişdir. - Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat vərəqələrinin surətindən görünür ki, İddiaçı 2006-cı ildən 2015-ci ilədək sığorta haqqını ödəmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun əmək pensiyasına hesablanan 82.81 manatın dayandırılmasına əsas olmuş 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən 1994- 2006-cı il tarixlərdə X17 Assosiasiyasında işləməyi və əmək haqqı almağının arxiv sənədlərində öz təsdiqini tapmadığının onun günahı olmadığını bildirərək, əmək pensiyasına hesablanan 82.81 manatın bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006cı il tarixədək Culfa rayon Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə X17 Assosiasiyasında işlədiyinə dair əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması arxiv sənədləri ilə öz təsdiqini tapmamış və həmin illərin sosial sığorta stajından çıxıldığından tələb olunan staj ödənilməmiş, buna görə iddiaçının əmək pensiyasına hesablanmış 82.81 manatın dayandırılması ilə bağlı 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmi maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 12-ci maddəsinə əsasən kişilər - 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar - 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdir. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1954-cü ildə anadan olmuş, 1973-1975-ci illərdə hərbi xidmət keçmiş, 1981-ci ildən başlayaraq əmək fəaliyyətinə başlamışdır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu”nun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 aprel 2018-ci il tarixdə 274 nömrəli qərarı əsasında iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 168.34 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası 01 sentyabr 2018-ci il tarixdən 82.81 manat artırılaraq 251.15 manat olmuşdur. Sonradan cavabdeh inzibati orqan tərəfindən 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərar qəbul edilərək iddiaçının əmək pensiyasına hesablanan 82.81 manat dayandırılmış və 2760.79 manat məbləğində pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. Qərarın qəbul edilməsinə səbəb iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X17 Assosiasiyasında işlədiyinə dair iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənmədiyi üçün ümumi iş stajının aşağı düşdüyü göstərilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. Əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının ləğv edilməsi;

2. Təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından bütün ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə tapşırılması. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı onun əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarın ləğv edilməsidir. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X17 Assosiasiyasında işlədiyinə dair iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənmədiyi mübahisələndirildiyindən yuxarıda sadalanan 1-ci elementin mövcudluğunun araşdırılması zəruridir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, pensiya hüququ yaranadək 25 ildən artıq sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X17 Assosiasiyası”nda işləməsinin arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək həmin ayların ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının iş stajının azadılmasına və əmək pensiyasına hesablanan 82.81 manatın dayandırılmasına səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X17 Assosiasiyası”nda işləməsinin arxiv arayışları ilə təsdiqlənməməsidir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Culfa rayon Xanağa, Xoşkeşin, Əlincə kəndləri üzrə X17 Assosiasiyasında işlədiyi illərdə müəyyən aylarda əməkhaqqı alması barədə arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Belə ki, iddiaçının 1994-2006-cı illərdəki əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların edilmədiyinə dair cavabdehin dəlili ilə əlaqədar olaraq isə aşağıdakılar nəzərə alınmalıdır. Alınan əmək haqqından məcburi sosial sığorta haqları üzrə ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci- yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunvericilik fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1994-2002-ci illərdəki işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Digər tərəfdən 2002-2006-cı illərə münasibətdə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanın uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 2002-2006-cı illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının əmək pensiyasına hesablanan 82.81 manatın dayandırılmasına əsas olmuş mübahisələndirilən stajı onun bu hüququ qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.1994cü il tarixdən xx.xx.2006-cı il tarixədək müddətin əmək pensiyanın artırılaraq hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq məhkəmə yuxarıda sadalanan 2-ci elementə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının işlədiyi vəzifələr əmək kitabçası ilə öz təsdiqini tapmış və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Həmçinin mübahisələndirilən qərarda artıq ödənilmiş 2760,79 manat məbləğində pul pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılmasına səbəb olan 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarın ləğv edilməsi iddiaçının əmək pensiyasına hesablanan 82,81 manatın bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 27 aprel 2018-ci il tarixli, 274 nömrəli qərar əsasında təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən bütün ödənişlərlə ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı təyin edilmiş əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarı ləğv edilməli, təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından başlayaraq bütün ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş əmək pensiyasına hesablanan 82,81 manatın dayandırılması və artıq ödənilmiş 2760,79 manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 yanvar 2022-ci il tarixli, 36 nömrəli qərarı ləğv edilir. Təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından başlayaraq bütün ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar