Məhkəmə qərarları › İş №2-1(122)-1460/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1460/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1460/2023 22.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı "Naxçıvan MR Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-6/S nömrəli sərəncamı ləğv olunmaqla Naxçıvan Muxtar Respublikası X5 qərarı əsasında yaradılmış MMC ləğv olunması “X8 Müalicəxanası”nda sahibkarlıq fəaliyyətinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR X7 02 avqust 2023-cü il tarixli, 347-6/S nömrəli sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası X2 tabeliyinə "X8 Müalicəxanası" verilmiş, Naxçıvan Muxtar Respublikası X2 qərarı əsasında MMC yaradılmışdır. Naxçıvan Muxtar Respublikası X2 qərarı əsasında yaradılmış MMC ləğv olunmaqla "X8 Müalicəxanası"nda sahibkarlıq fəaliyyətinin bərpa olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikası X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR-da mövcud olan Darıdağ müalicə kompleksi 1999-cu ildən Araz elmi təcrübə institun balansına verilmişdir. İddiaçı 1990-cı ildən Araz elmi təcrübə institunun balansına verilmiş X8 müalicəxanasında işləmişdir. 31 avqust 1993-cü ildə Culfa şəhər xalq deputatlar sovetinin 250 №-li qərarı ilə Darıdağ turist firmasını yaratmışdır. 05 avqust 1993-cü ildə Culfa xalq icraiyyə komitəsinin 57 saylı qərarı ilə Culfa rayon ərazisində Darıdağ massivində isti suyu mənbəyi yaxınlığında turizm və müalicə binaları və stasianal otaqları tikintisi məqsədi ilə 0,3 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçı 57 saylı qərara əsasən isti su mənbəyi yaxınlığında 1994-cü ildə 102.29.kv metr həcmində vanna otaqları öz vəsaiti hesabına inşa etmişdir. 1998-ci ildə həmin ərazidə xəstə və turistlərə xidmət göstərmək məqsədi ilə çayxana-bufet binası öz vəsaiti hesabına inşa etmiş və ticarət iaşə obyekti kimi fəaliyətə başlamışdır. O, 2001-ci ildə yeni standartlara uyğun olan iki 177,22 kv.metr sahəsi olan vanna otaqları korpusu öz vəsaiti hesabına inşa etmişdir. 1999-cu ildə xəstə və turislərin istrahəti üçün 78.05 kv metr sahəsi olan istrahət otaqlarını öz vəsaiti hesabına inşa etmişdir. Darıdağ sağlamlıq turist firması 16 oktyabr 2017-ci il tarixə qədər fəaliyyət göstərmiş və vergilərini vaxtında ödəmişdir. Naxçıvan MR X6 16 oktyabr 2017 ci il tarixli, 185-05 nömrəli sərəncamına əsasən Naxcivan MR Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Darıdağ Arsenalı su müalicəxanası publik hüquqi şəxsi yaradıldı və Darıdağ sağlamlıq turist firmasının balansında olan bütün tikililəri qanunsuz olaraq zəbt etmişdir. Naxçıvan MR X5 məktubu cavablandırılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023cü il tarixli, 347-06/S nömrəli sərəncamı əsasında “X8 Müalicəxanası” PHŞ ləğv edilərək əmlakın Naxçıvan MR X3 verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 22 dekabr 2023cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin müəyyən olunması təklif olunmuşdur. İddiaçı və iddaçının vəkili Vəkil məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Naxçıvan MR Ali Məclisinin 02 avqust 2023cü il tarixli, 347-6/S nömrəli sərəncamı ləğv olunmaqla Naxçıvan Muxtar Respublikası X5 qərarı əsasında yaradılmış MMC ləğv olunması “X8 Müalicəxanası”nda sahibkarlıq fəaliyyətinin bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar bir daha iddiaçı tərəfin diqqətinə bilavasitə çatdırılmış, həmin halların aradan qaldırılması onlara təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddaçının vəkili Vəkil cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı irəli sürülmüş tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazdıqları xx.xx.2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. - 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 2-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci və 3.2-ci bəndlərinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1-ci maddəsinə əsasən bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İlkin olaraq qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı dövlət orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər dövlət orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. Həmçinin inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqana qarşı konkret tələb irəli sürülə bilər. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh qismində Naxçıvan Muxtar Respublikası X4 göstərmişdir. İddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş Naxçıvan Muxtar Respublikası X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı, hazırkı mübahisə ilə bağlı cavabdehin iddiaçıya ünvanlanan və ya iddiaçının hüquqlarını pozan hər hansı qərarı mövcud deyildir. İş materiallarından aydın olur ki, mübahisə predmetini təşkil edən X8 Müalicəxanası Naxçıvan MR X7 02 avqust 2023-cü il tarixli, 347-6/S nömrəli sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası X2 tabeliyinə verilmiş, Naxçıvan Muxtar Respublikası X2 qərarı əsasında MMC yaradılmışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi konkret və aydın ifadə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində Naxçıvan MR Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347- 6/S nömrəli sərəncamının ləğv olunması tələbi üzrə cavabdeh düzgün müəyyən edilməmişdir. Hazırkı halda iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya hüquqi yardımın göstərilməsi iddianın mümkünlük şərtinin aradan qaldırılması kimi hüquqi nəticə yaratmır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraati qaydasında baxılmalı olub-olmaması (İPM 2.2-ci maddə), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı "Naxçıvan MR Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-6/S nömrəli sərəncamı ləğv olunmaqla Naxçıvan Muxtar Respublikası X5 qərarı əsasında yaradılmış MMC ləğv olunması “X8 Müalicəxanası”nda sahibkarlıq fəaliyyətinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı "Naxçıvan MR Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-6/S nömrəli sərəncamı ləğv olunmaqla Naxçıvan Muxtar Respublikası X5 qərarı əsasında yaradılmış MMC ləğv olunması “X8 Müalicəxanası”nda sahibkarlıq fəaliyyətinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar