Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-147/2022 08.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonu, Zeynəddin kəndində X1 Babək Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 045 nömrəli qərarı əsasında 3066 kv.m. torpaq sahəsinə verilmiş JN-087A, kod 10308038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən etibarsız hesab olunması, həmin sahədən 0.17 hektarın mərhum X2 adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Zeynəddin kəndində X1 Babək Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 045 nömrəli qərarı əsasında 3066 kv.m. torpaq sahəsinə verilmiş JN-087A, kod 10308038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən etibarsız hesab olunması, həmin sahədən 0.17 hektarın mərhum X2 adına qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 08 sentyabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 22 iyun 2022-ci il tarixli və 18 avqust 2022-ci il tarixli, 2-1(122)-147/2022 nömrəli yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiq və hərtərəfli ifadə olunmadığı bildirilmiş, həmçinin iddiaçının diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməli olduğu halda, qanunvericiliyin göstərilən tələbinə riayət olunmamış, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 21 oktyabr 2020-ci il tarixli, 471 nömrəli imtina cavabı iddiaçıya deyil, X3 ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 10 may 2022-ci il tarixədək iddia tələbi ilə bağlı inzibati orqana müraciətinin və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. Məhkəmənin 22 iyun 2022-ci il tarixli yardım məktubu 30 iyun 2022-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, həmçinin 22 iyun 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında yuxarıda sadalanan hallar iddiaçının diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən nəzərdə tutulan hallarla bağlı bugünədək heç bir tədbir görülməmiş, iddia tələbi ilə bağlı inzibati orqana müraciəti və orqan tərəfindən müraciətə verilmiş cavab məktubu məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının ünvanına məktub göndərilmiş, lakin həmin məktub “xəstəxanadadır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmasından əvvəl eyni tələblə inzibati orqana müraciət etməsindən ibarətdir. Lakin İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə əvvəlcədən müraciət etməsini təsdiq edən sənədi və cavabdeh inzibati orqan tərəfindən ona verilmiş imtina cavabını iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia tələbi dəqiq və hərtərəfli ifadə olunmamış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməli olduğu halda, qanunvericiliyin göstərilən tələbinə riayət olunmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əsasən yardım etmək vəzifəsi həm məhkəmə iclasında yerinə yetirilmiş, həm də iddiaçının ünvanına yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonu, Zeynəddin kəndində X1 Babək Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 045 nömrəli qərarı əsasında 3066 kv.m. torpaq sahəsinə verilmiş JN-087A, kod 10308038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən etibarsız hesab olunması, həmin sahədən 0.17 hektarın mərhum X2 adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh edilən hallara əsaslanaraq iddiaçıya izah edilir ki, o, yuxarıda göstərilən halları aradan qaldıraraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Babək rayonu, Zeynəddin kəndində X1 Babək Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 045 nömrəli qərarı əsasında 3066 kv.m. torpaq sahəsinə verilmiş JN-087A, kod 10308038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən etibarsız hesab olunması, həmin sahədən 0.17 hektarın mərhum X2 adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-147/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-147/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver