Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-148/2021 26.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının X1 İdarəsinə qarşı “ona məxsus ** FM *** dövlət nömrə nişanlı avtomobilin Naxçıvan MR-da qeydiyyatda olduğunu nəzərə alıb Azərbaycan Respublikası qanunlarına uyğun olaraq onun avtomobilinin cərimə meydançasından buraxılması və Naxçıvan MR ərazisində idarə etməyinə və qeydiyyatda olduğu rayonun kodu ilə nömrə nişanı verilməsi” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ** FM *** dövlət nömrə nişanlı avtomobilin Naxçıvan MR-da qeydiyyatda olduğunu nəzərə alıb Azərbaycan Respublikası qanunlarına uyğun olaraq onun avtomobilinin cərimə meydançasından buraxılması və Naxçıvan MR ərazisində idarə etməyinə və qeydiyyatda olduğu rayonun kodu ilə nömrə nişanı verilməsinə köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 26 iyul 2021-ci il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Naxçıvan Muxtar Respublikasının X1 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 23 iyul 2021-ci il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikasının X1 İdarəsinə qarşı ona məxsus ** FM *** dövlət nömrə nişanlı avtomobilin Naxçıvan MR-da qeydiyyatda olduğunu nəzərə alıb Azərbaycan Respublikası qanunlarına uyğun olaraq onun avtomobilinin cərimə meydançasından buraxılması və Naxçıvan MR ərazisində idarə etməyinə və qeydiyyatda olduğu rayonun kodu ilə nömrə nişanı verilməsi barədə iddia qaldırdığını, həmin iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ünvanladığı 23 iyul 2021-ci il tarixli ərizəni müdafiə edərək, iddiadan imtina etdiyini bildirib işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və onun 23 iyul 2021-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının X1 İdarəsinə qarşı “ona məxsus ** FM *** dövlət nömrə nişanlı avtomobilin Naxçıvan MR-da qeydiyyatda olduğunu nəzərə alıb Azərbaycan Respublikası qanunlarına uyğun olaraq onun avtomobilinin cərimə meydançasından buraxılması və Naxçıvan MR ərazisində idarə etməyinə və qeydiyyatda olduğu rayonun kodu ilə nömrə nişanı verilməsi” tələbinə dair iddiası üzrə İddiaçı 23 iyul 2021-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80, 83 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının X1 İdarəsinə qarşı “ona məxsus ** FM *** dövlət nömrə nişanlı avtomobilin Naxçıvan MR-da qeydiyyatda olduğunu nəzərə alıb Azərbaycan Respublikası qanunlarına uyğun olaraq onun avtomobilinin cərimə meydançasından buraxılması və Naxçıvan MR ərazisində idarə etməyinə və qeydiyyatda olduğu rayonun kodu ilə nömrə nişanı verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-148/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-148/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver