Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-149/2024 05.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 14 oktyabr 2002-ci il tarixli, 576 nömrəli sərəncamı, X1 000136 nömrəli, 09 oktyabr 2002-ci il tarixli texniki pasportu və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli reyestr kitabının 09-cu səhifəsində 69 nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Naxçıvan MR Babək qəsəbəsində yerləşən ümumi sahəsi 228.6 kv.m olan mağaza binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 14 oktyabr 2002-ci il tarixli, 576 nömrəli sərəncamı, X1 000136 nömrəli, 09 oktyabr 2002-ci il tarixli texniki pasportu və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli reyestr kitabının 09-cu səhifəsində 69 nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Naxçıvan MR Babək qəsəbəsində yerləşən ümumi sahəsi 228.6 kv.m olan mağaza binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 21 avqust 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 21 avqust 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi göndərərək cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 14 oktyabr 2002-ci il tarixli, 576 nömrəli sərəncamı, X1 000136 nömrəli, 09 oktyabr 2002-ci il tarixli texniki pasportu və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli reyestr kitabının 09-cu səhifəsində 69 nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Naxçıvan MR Babək qəsəbəsində yerləşən ümumi sahəsi 228.6 kv.m olan mağaza binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Babək Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı iclası 05 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırdığını bildirib, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 14 oktyabr 2002-ci il tarixli, 576 nömrəli sərəncamı, X1 000136 nömrəli, 09 oktyabr 2002-ci il tarixli texniki pasportu və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli reyestr kitabının 09-cu səhifəsində 69 nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Naxçıvan MR Babək qəsəbəsində yerləşən ümumi sahəsi 228.6 kv.m olan mağaza binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 14 oktyabr 2002-ci il tarixli, 576 nömrəli sərəncamı, X1 000136 nömrəli, 09 oktyabr 2002-ci il tarixli texniki pasportu və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli reyestr kitabının 09-cu səhifəsində 69 nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan Naxçıvan MR Babək qəsəbəsində yerləşən ümumi sahəsi 228.6 kv.m olan mağaza binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-149/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-149/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver