Məhkəmə qərarları › İş №2-1(122)-1499/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1499/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1499/2023 05.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı məxsus Culfa şəhəri, Şəhriyar küçəsində yerləşmiş 14.94 kv.m ərzaq mağazasının Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda və vurulmuş ziyan olmaqla cəmi 122000 (bir yüz iyirmi iki min) manat pulun İddiaçı ödənilməsi və ya digər formada kompensasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ona məxsus Culfa şəhəri, Şəhriyar küçəsində yerləşmiş 14.94 kv.m ərzaq mağazasının Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda və vurulmuş ziyan olmaqla cəmi 122000 (bir yüz iyirmi iki min) manat pulun İddiaçı ödənilməsi və ya digər formada kompensasiya olunması öhdəliyinin cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 05 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 05 dekabr 2023-cü il tarixli ərizəsini təqdim edərək cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı məxsus Culfa şəhəri, Şəhriyar küçəsində yerləşmiş 14.94 kv.m ərzaq mağazasının Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda və vurulmuş ziyan olmaqla cəmi 122000 (bir yüz iyirmi iki min) manat pulun İddiaçı ödənilməsi və ya digər formada kompensasiya olunması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etdiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı məxsus Culfa şəhəri, Şəhriyar küçəsində yerləşmiş 14.94 kv.m ərzaq mağazasının Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda və vurulmuş ziyan olmaqla cəmi 122000 (bir yüz iyirmi iki min) manat pulun İddiaçı ödənilməsi və ya digər formada kompensasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı məxsus Culfa şəhəri, Şəhriyar küçəsində yerləşmiş 14.94 kv.m ərzaq mağazasının Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda və vurulmuş ziyan olmaqla cəmi 122000 (bir yüz iyirmi iki min) manat pulun İddiaçı ödənilməsi və ya digər formada kompensasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar