Məhkəmə qərarları › İş №2-1(122)-15/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-15/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-15/2021 09.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx xxxxxx 2019-cu il tarixdə doğulmuş Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 vəkil və nümayəndə vasitəsilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş oğlu Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmasının Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qasımova (Əhmədova) Sevinc İlham qızı ilə xx xxxxxx 2001-ci il tarixdə Şahbuz rayon VVAQ Şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurmuş, onlara 66 nömrə ilə qeydə alınmış nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Həmin nikahdan onların 3 övladı doğulmuşdur: 1. X6xx.xx.2002-ci il təvəllüdlü; 2. X7-xx.xx.2005-ci il təvəllüdlü; 3. X8-xx.xx.2019-cu il təvəllüdlü. İddiaçı qeyd edir ki, birinci övladı Nurlana və ikinci övladı Nurşənə verilmiş soyadlar mərhum atası X3 adı ilə bağlıdır. Onlara verilmiş doğum haqqında şəhadətnamələrdə soyadları Qafarlı kimi yazılmışdır. Lakin üçüncü övladı Rəvana verilmiş soyad onlardan fərqli olaraq onun və arvadı Sevincin soyadına uyğun olaraq doğum haqqında şəhadətnamədə Əhmədov kimi yazılmışdır. Buna görə də o, Cavabdehnə müraciət edərək xx xxxxxxxx 2019-cu il tarixli, 133 nömrə ilə qeydə alınmış oğlu Rəvanın soyadının dəyişdirilərək Qafarlı soyadına düzəliş olunmasını xahiş etsə də, bundan imtina edilərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Övladlarının soyadlarının fərqli-fərqli yazılması gələcəkdə onların düşüncəsində müəyyən fikirlər yarada bilər. Bu səbəbdən də o, övladlarının soyadlarının fərqli yazılmasını istəmir. İddiaçı yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 26, Azərbaycan Respublikası Mülki Məclləsinin 26.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158, 189, 192-ci maddələrinə və digər qanunvericilik normalarına istinad edərək, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş oğlu Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmasının Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx xxxxxx 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı iclasında iddiaçı Əhmədov İddiaçı1 Sevinc İlham qızı tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli ərizə təqdim edərək, İddiaçı2 Rəvanın anası kimi iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı2 ərizədə bildirmişdir ki, əri İddiaçı1 vəkil və nümayəndəsi Vəkil vasitəsilə Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi tələbi” barədə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. O, İddiaçı1 ilə xx xxxxxx 2001-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Onların həmin nikahdan 3 övladları doğulmuşdur. Həmin nikahdan doğulmuş birinci övladı Nurlanın və ikinci övladı Nurşənin soyadları mərhum qayınatası X3 adı ilə bağlı olaraq yazılıb, onlara doğum haqqında şəhadətnamə verilmişdir. Lakin üçüncü övladı Rəvanın soyadı əri İddiaçı1 da qeyd etdiyi kimi onların soyadlarına əsasən Əhmədov kimi yazılaraq doğum haqqımda şəhadətnamə verilmişdir. O, qeyd etmişdir ki, övladlarının fərqli-fərqli soyadlarda olmasını istəmir. İddiaçı2 Rəvanın anası kimi onun da iddiaçı qismində işə cəlb edilib, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş oğlu Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmasının Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. Hazırlıq icraatı iclasında məhkəmə yerində müşavirə edərək iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı2 ərizəsini təmin edərək, onun iş üzrə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsini qərara almışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı1 birinci övladı X6 artıq 18 yaşlı tam fəaliyyət qabiliyyətli şəxsdir, onun doğum haqqında şəhadətnaməsində Qafarlı soyadı yazılmış və babasının adına uyğun olaraq həmin soyadı daşıyır. Həmçinin iddiaçıların ikinci övladı X2 da doğum haqqında şəhadətnaməsində soyadı Qafarlı olaraq göstərilmişdir. İddiaçı1 ailənin ilk iki övladının Qafarlı soyadını daşıdığına görə üçüncü övladı Rəvanın da eyni soyadı daşımasını istəyir. Buna görə də iddiaçının vəkili və nümayəndəsi Vəkil xx xxxxxx 2019-cu il tarixdə doğulmuş Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınmasının Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, o cümlədən Cavabdeh nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında şəhadətnamələrin, şəxsi vəsiqənin, nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini, qeydiyyatla bağlı arayışları, ölüm akt qeydindən çıxarışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh İddiaçı1 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 190 nömrəli məktubundan görünür ki, İddiaçı1 xx xxxxxx 2020-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 133 nömrəli doğum akt qeydi tərtib olunarkən Rəvanın soyadının Əhmədov olaraq qeyd edildiyini, lakin həmin soyadın dəyişdirilərək Qafarlı soyadına düzəliş olunmasını xahiş etmişdir. Göstərilən xüsusatlar Qeydiyyat Şöbəsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, 2019-cu ildə tərtib olunan doğum akt qeydində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq uşağın soyadı atanın soyadı ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011-ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəlar”a və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinə düzəliş olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən doğum haqqında akt qeydinə Qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidd olduğundan mümkün deyil. İddiaçı1 izah olunmuşdur ki, doğum haqqında akt qeydinin ləğv olunması üçün aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət edə bilər. - xx xxxxxxxx 2019-cu il tarixli, AZ-İV 168530 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 2019-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. - xx xxxx 2002-ci il tarixli, AZ-İ 179179 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxx 2002-ci il tarixdə Şahbuz rayonunun, Şahbuz qəsəbəsində doğulmuşdur. - xx xxxx 2006-cı il tarixli, AZ-İ 791026 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2005-ci il tarixdə Şahbuz rayonu, Qarababa kəndində doğulmuşdur. - xx xxxxxxxx 2007-ci il tarixli, AD ******* nömrəli şəxsi vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, müddətdən artıq xidmət edən İddiaçı1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - xx xxx 2018-ci il tarixli, AZ-İİ 067350 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1975-ci ildə Şahbuz rayonu, Qarababa kəndində doğulmuş İddiaçı1 ilə xx xxxxxx 1981-ci ildə Şahbuz rayonu, Yenikənd kəndində doğulmuş X9 xx xxxxxx 2001-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin avqust ayının 06 günündə 66 nömrə ilə qeyd edilmişdir. - Şahbuz rayon İcra Hakimiyyətinin Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən X5 verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/1206 nömrəli arayışdan görünür ki, X1 şəhəri, H.Əliyev prospekti, ev 146 ünvanında pasport qeydiyyatında dayanır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: ata- İddiaçı1-1975, ana- İddiaçı2- 1981, oğlu-X6-2002, qızı-X7-2005. - Şahbuz rayon İcra Hakimiyyətinin Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən İddiaçı1 verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/1268 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 2 ünvanında pasport qeydiyyatında dayanır. - Şahbuz rayon İcra Hakimiyyətinin Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən X5 verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/1207 nömrəli arayışdan görünür ki, X1 şəhəri, H.Əliyev prospekti, ev 146 ünvanında pasport qeydiyyatında dayanır. - Şahbuz rayon İcra Hakimiyyətinin Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən İddiaçı2 verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/1290 nömrəli arayışdan görünür ki, İddiaçı2 ünvan 2 ünvanında pasport qeydiyyatında dayanır. - xx xxxxxx 2020-ci il tarixli ölüm akt qeydindən çıxarışdan görünür ki, X10 xx xxxxxxx 1984-cü il tarixdə Şahbuz rayonu, Qarababa kəndində ölmüşdür. Bu barədə xx.xx.1984-cü il tarixli ölüm kitabının 15-ci səhifəsində qeydiyyat aparılmışdır. Ölüm səbəbi kimi “avariya” göstərilmişdir. - AZE seriyalı, 15388562 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1981-ci il tarixdə Şahbuz rayonu, Yenikənd kəndində doğulmuş və ünvan 4 ünvanında yaşayır. Cavabdeh tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 32 nömrəli məktubla məhkəməyə ünvanlanan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Beləliklə, məhkəmə iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin Vİ hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. - 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. - 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş iş materiallarından da görünür ki, iddiaçıların digər uşaqlarına “Qafarlı” soyadı verilmişdir. Ailə Məcəlləsinin yuxarıda qeyd olunan 53.3-cü maddəsindən də aydın olur ki, uşaqların soyadları bir qayda olaraq valideyinlərin soyadları ilə müəyyən edilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. Belə ki, uşağın hüquqlarının təmin olunması rəhbər tutularaq valideyinləri tərəfindən ona fərqli soyadın verilməsi qanunla qadağan olunmamışdır. Buna görə də uşaqların valideynlərdən fərqli soyad daşıması qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, ailənin ilk uşaqlarının soyadı “Qafarlı” kimi qeyd edildiyi üçün, xx xxxxxx 2019-cu il təvəllüdlü X4 da soyadı “Qafarlı” kimi qeyd edilməlidir. Uşağın soyadının “Qafarlı” olaraq yazılması və ailənin digər övladları ilə eyni soyadı daşıması onun mənafelərinin təmin olunmasına xidmət edir. Buna görə də xx xxxxxx 2019-cu il tarixdə doğulmuş Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınması tələbindən Cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçıların iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbi təmin edilməli və xx xxxxxx 2019-cu il tarixdə doğulmuş Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınması Cavabdehnə həvalə edilməlidir. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. xx xxxxxx 2019-cu il tarixdə doğulmuş Rəvanın soyadının Əhmədovdan Qafarlıya dəyişdirilərək vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınması Cavabdehnə həvalə edilir. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar