Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-15/2022 10.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 23.07.2021-ci il tarixli raportunun, 31.07.2021-ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətlərinin) qanunsuz hesab olunması, onun 23.07.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 23.07.2021-ci il tarixli raportunun, 31.07.2021ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətlərinin) qanunsuz hesab olunması, onun 23.07.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, həmin Məcəllənin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23.07.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 10 yanvar 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, 10 yanvar 2022-ci il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 23.07.2021-ci il tarixli raportunun, 31.07.2021-ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətlərinin) qanunsuz hesab olunması, onun 23.07.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası üzrə İddiaçı 10 yanvar 2022-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 23.07.2021-ci il tarixli raportunun, 31.07.2021-ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətlərinin) qanunsuz hesab olunması, onun 23.07.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-15/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-15/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver