Məhkəmə qərarları › İş №2-1(122)-152/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-152/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-152/2022 09.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı və cavabdeh ünvan 2 nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah evinə qarşı "23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyinin cavabdeh ünvan 2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, Mircəfər Mirişli küçəsində yerləşən 38 nömrəli fərdi yaşayış evi X2 mülkiyyətindədir. O, 20 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan yaşayış evi miras qalmışdır. Onun həyat yoldaşı Məmmədova (Əliyeva) Güləbəyim Heydər qızı 01 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsində adı Güllər kimi yazılmışdır. 23 yanvar 1963-cü il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 saylı qeydə alınan nikah haqqında şəhadətnamədə soyadı Əliyeva, adı Güləbəyim, ata adı Heydər yazılmışdır. Onun adının ölüm haqqında şəhadətnamədə Güllər kimi yazılmasına görə iddiaçı mirasa olan hüquqlarını həyata keçirə bilmir. Bununla bağlı Naxçıvan şəhər 2 saylı Nikah evinə müraciət etmişdir. ünvan 2 18 aprel 2022-ci il tarixli, 05/Q-l 52/15 saylı məktubu ilə müraciətin icrasından imtina olunmuşdur. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyinin cavabdeh ünvan 2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah evinə göndərilmişdir. Cavabdeh ünvan 1 ünvanlanan 20 iyun 2022-ci il tarixli, 05/Q-293/13 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Nümayəndə nənəsi X4 ölüm haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı şöbəyə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib olunan 162 saylı, 23 aprel 2015-ci il tarixli ölüm haqqında akt qeydinə əsasən vətəndaşın soyadı Məmmədova, adı Güllər, ata adı Heydər, ölüm tarixi 01 aprel 2015-ci il yazılmışdır. Vətəndaşa nənəsinin adının digər sənədlərdə "Güləbəyim" yazılmasının səbəbinin onlara məlum olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən "Güləbəyim" adı ilə düzəliş olunaraq ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 18 avqust 2022ci il tarixli, 2-1(122)-152/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 09 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və cavabdeh ünvan 2 ünvanlarına məhkəmə bildirişləri göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmalarına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən İddiaçı və cavabdeh ünvan 2 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyinin cavabdeh ünvan 2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - ünvan 3 ünvanında yaşayan Nümayəndə ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 05/Q-152/15 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib olunan 162 saylı, 23 aprel 2015-ci il tarixli ölüm haqqında akt qeydinə əsasən vətəndaşın soyadı Məmmədova, adı Güllər, ata adı Heydər, ölüm tarixi 01 aprel 2015-ci il yazılmışdır. Vətəndaşa nənəsinin adının digər sənədlərdə "Güləbəyim" yazılmasının səbəbinin onlara məlum olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən "Güləbəyim" adı ilə düzəliş olunaraq ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir. Vətəndaşa ölüm haqqında akt qeydində düzəliş olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2012-ci il tarixli, AZ-İ seriyalı, 756493 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X6 ilə X8 arasında 23 yanvar 1963-cü il tarixdə Tovuz rayonunda nikah bağlanmışdır. Bu barədə 23 yanvar 1963-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 aprel 2015-ci il tarixli, AZ- İ seriyalı, 554922 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 01 aprel 2015-ci ildə Naxçıvan şəhərində beyinə qansızma nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 aprel 2015-ci ildə 162 nömrə ilə qeyd edilmişdir. - 21 noyabr 1963-cü il tarixli, AЗ seriyalı, 551255 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1963-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında X6, ana adı qrafasında X5 göstərilmişdir. Bu barədə 21 noyabr 1963-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 982 nömrə ilə qeyd edilmişdir. - 23 may 1973-cü il tarixli, İ-ЖГ seriyalı, 439860 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X3 13 may 1973-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında X6, ana adı qrafasında X5 göstərilmişdir. Bu barədə 23 may 1973-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 314 nömrə ilə qeyd edilmişdir. - 16 avqust 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 357005 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, Nümayəndə xx xxxx 1991-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda doğulmuşdur. Bu barədə Bakı şəhər Xətai rayonu VVAQ şöbəsi tərəfindən 16 avqust 1991-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 2684 nömrə ilə qeyd edilmişdir. - AA seriyalı, 698332 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 15 sentyabr 1941-ci il tarixdə Şahbuz rayonunda doğulmuşdur. - 25 fevral 2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P3487778 nömrəli Azərbaycan Respublikası pasportunun təsdiq olunmuş surətindən görünür ki, X9 05 iyun 1941-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 707 nömrəli arayışdan məlum olur ki, İddiaçı M.Mirişli, ev 38 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis Şöbəsi tərəfindən 17 yanvar 2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx xxxxxxxx 1963-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş Məmmədov X7 şəhəri, M.C.Mirişli, ev 38 ünvanında pasport qeydiyyatındadır. Hazırki iş üzrə iddiaçı məhkəmədən 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyinin cavabdeh ünvan 2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində X1 ad qrafasında yanlışlıqla “Güləbəyim” əvəzinə “Güllər” yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 və 1.7-ci bəndlərinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 5-ci bəndinin İİ hissəsinə əsasən ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində dəyişiklik edilməsinə qanuni heç bir maneə yoxdur. Belə ki, inzibati orqan ölüm haqqında akt qeydində düzəliş edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas arqument vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydindəki yanlışlıq aradan qaldırılmalı və həmin akt qeydində “Güllər” adı “Güləbəyim” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah evinə qarşı "23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. 23 aprel 2015-ci il tarixli, 162 saylı ölüm haqqında akt qeydində Güllər adının Güləbəyim kimi düzəliş olunması öhdəliyi cavabdeh ünvan 2 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar