Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-153/2025 13.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və pensiyasının yarandığı gündən təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixində Culfa rayonu, Xoşkeşin kəndində anadan olmuş və hazırda orada yaşayır. Əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək PMK-52-də İİ dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. 1981-1983-cu il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək PMK 3 təmir tikinti idarəsində qaynaqçı vəzifəsində işləmişdir. 1985-ci il tarixdən 2012-ci il tarixədək müxtəlif idarələrdə qaynaqçı vəzifəsində işləmişdir. 2012-ci il tarixdək işləməyi əmək kitabçasında göstərilmişdir. Ümumilikdə 33 ildən çox ümumi əmək stajı vardır. Göründüyü kimi həqiqətən də arxiv arayışından və əmək kitabçasından aydın olur ki, 1985-ci il tarixdən 2012-ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir və bu səbəbdən də ona pensiya verilməlidir. Lakin ona pensiya təyin edilməmişdir. Pensiya təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 14 nömrəli qərarında göstərilmişdir ki, 25 il ümumi, 12 il 6 ay xüsusi stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. O, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun bu qərarı ilə razı deyil. Onun 03 avqust 2020-ci il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun imtinası qanunsuz və əsassızdır. Çünki onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və pensiyasının yarandığı gündən təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 07 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 07 mart 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 07 mart 2024-cü il tarixli, 2-1(122)-659/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 29 aprel 2024-cü il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, 03 avqust 1963-cü il tarixdə Culfa rayon, Xoşkeşin kəndində anadan olmuş, Culfa rayon Əlincə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 57 yaşının tamam olduğu 03 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi barədə 04 dekabr 2023cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi arxiv arayışı ilə əmək kitabçasında uyğunsuzluğun olması və bu səbəbdən də iddiaçının ümumi iş stajının 25 ildən az (15 il 4 ay) təşkil etdiyi göstərilmişdir. Bununla razılaşmayan İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və pensiyasının yarandığı gündən təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 33 ildən çoxdur. xx.xx.1979-cu ildən (X4) PMK-52-də qaynaqçı olaraq işə başlamış və 2012-ci ilədək müxtəlif idarələrdə qaynaqçı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxildir və bu səbəbdən ona güzəştli şərtlərlə əmək pensiyası verilməlidir. İddiaçı təqdim etdiyi ИT-l seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 2012-ci il tarixədək fasilələrlə müxtəlif müəssisələrdə çalışmışdır. İddiaçının hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla 32 il 11 ay 21 gün ümumi iş stajı olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının Naxçıvan 9 saylı X2 işləyərkən 1994-1996-cı və 2000-2006-cı illərdə əməkhaqqı almaması və 1997-1998-ci illərə dair əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi ilə bağlıdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 2023-cü il tarixli, 13/2117 nömrəli arayışında İddiaçı Naxçıvan Muxtar Respublikası Su Təchizat İdarəsində işlədiyi 1994-1996-cı illərin əməkhaqqı cədvəllərində adının olduğu, lakin əmək haqqı alması barədə qeydlərin olmadığı, 1997-1998-ci illərə dair əməkhaqqı cədvəllərinin Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi, 2000-2006-cı illə dair əməkhaqqı cədvəllərində yenə də iddiaçının adına rast gəlinmədiyi qeyd edilmişdir. Həmçinin iddiaçının Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinə təqdim etdiyi əmək kitabçasında qeyd edilən əmək fəaliyyətləri barədə məlumatlar araşdırılmış və məlum olmuşdur ki, iddiaçı 15 noyabr 1985-ci il tarixində 100 nömrəli əmrlə 9 saylı X1ynaqçı vəzifəsinə təyin olmuş, lakin 30 dekabr 2012-ci il tarixində hansı əmrlə işdən azad olunması göstərilməmişdir. İddiaçının 15 noyabr 1985-ci il tarixdən 30 dekabr 2012-ci il tarixədək Naxçıvan 9 saylı X2 işlədiyi barədə əmək kitabçasında qeyd olunmuş məlumatların düzgünlüyünü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından, həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ona görə də, tələb olunan azı 25 il sığorta stajına qarşı iddiaçının ümumi iş stajı 15 il 4 ay təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Bundan başqa, iddiaçının qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci maddəsinin ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçılarının güzəştli şərtlərlə əmək pensiyası almaq hüquqları olduğu göstərilmişdir. Lakin iddiaçının əmək kitabçasında qaynaqçı vəzifələrində işlədiyi müddətlərdə əl ilə və qazla qaynaq işləri aparılıbaparılmaması ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Təlmeyxa oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və pensiyasının yarandığı gündən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbin”nın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza həmçinin araşdırma materialları əlavə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarından məlum olur ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 il ümumi, 12 il 6 ay xüsusi stajı olmaması və bununla yanaşı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının minimum pensiya təminatına imkan verməməsi səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. -- Culfa Rayon Polis Şöbəsi tərəfindən 30 avqust 2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, 03 avqust 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Xoşkeşin kəndində doğulmuş İddiaçı Culfa rayonu, Əlincə kəndində pasport qeydiyyatındadır. - Culfa Rayon İcra Hakimiyyətinin Əlincə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli, 03 nömrəli arayışdan görünür ki, İddiaçı haliyədə ünvan 1ində yaşayır və Culfa rayon Əlincə kəndi ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 13/1605 nömrəli arayışdan aydın olur ki, İddiaçı 3 №-li PMK-a xx.xx.1984-cü il tarixli, 191 №-li əmrlə İİ dərəcəli fəhlə olaraq işə qəbul edilməsi, xx.xx.1984-cü il tarixli, 232 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Naxçıvan 9 №-İİ MSDə xx.xx.1985-ci il tarixli, 100 №-İİ əmrlə İV dərəcəli qaynaqçı qəbul edilməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 13/1605 nömrəli digər arayışda İddiaçı Naxçıvan MR Su Təchizat İdarəsində işləməsi faktı və 1992-1999-cu illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə 2-ci dərəcəli qaynaqçı kimi qəbul olunmuş, xx.xx.1981-ci ildə Sovet Ordu sıralarına getməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1984-cü ildə qaynaqçı kimi işə qəbul olunmuş, xx.xx.1984-cü ildə öz istəyilə işdən azad edilmiş, xx.xx.1984-cü ildə çilingər qaynaqçı təyin edilmiş, xx.xx.1985-ci ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, xx.xx.1985-ci ildə 2-ci (ikinci) dərəcəli fəhlə kimi işə götürülmüş, xx.xx.1985ci ildə Təsərrüfatlararası Tikinti İdarəsində işəmuzd əmək haqqı ilə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı keçirilmiş, xx.xx.1985-ci ildə öz istəyi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1985-ci ildə Culfa-Ordubad hərbi dairəsinə atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci ildə Az SSR Əmək Məcəlləsinin 37-ci maddəsi ilə (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1985-ci ildə PMK-9 AZ kənd təsərrüfatı su təchizatı tikinti" idarəsinə 4-cü dərəcəli elektrik qaynaqçı təyin edilmiş, xx.xx.2012-ci ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. - 25 iyul 1979-cu il tarixdə verilmiş 148 nömrəli attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Babək rayon 145 №-li kənd texniki peşə məktəbini xx.xx.1979-cu ildə elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 aprel 2024-cü il tarixli, 13/633 nömrəli arxiv arayışından məlum olur ki, Culfa Təsərrüfatlararası Tikinti İdarəsinin 1985-ci ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işə qəbul edilməsi haqqında məlumat mövcud deyil. Lakin, 1985-ci ilə dair əməkhaqqı kitablarında aprel, may, iyul, avqust aylarında əməkhaqqı alması qeyd olunmuşdur. Arayışın qeyd hissəsində Culfa Təsərrüfatlararası Tikinti İdarəsinin 1985-ci ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işə qəbul edilməsi haqqında məlumatın mövcud olmadığı, lakin, 1985-ci ilə dair əməkhaqqı kitablarında aprel, may, iyul, avqust aylarında əməkhaqqı almasının qeyd olunduğu göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 aprel 2024-cü il tarixli, 13/633 nömrəli digər arayışda İddiaçı Culfa Təsərrüfatlararası Tikinti idarəsində “fəhlə” vəzifəsində faktı və 1985-ci ildə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1985-ci ilin əməkhaqqı cədvəllərində iyul ayında adının Nəsirov Aqil olaraq qeyd olunduğu göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa Rayon Dövlət Arxivinin 16 aprel 2024-cü il tarixli, 48 nömrəli arxiv arayışından məlum olur ki, Culfa rayon 52 №-li Tikinti Quraşdırma idarəsinə İddiaçı xx.xx.1979-cu ildə 38 №-li əmrlə işə girmiş, xx.xx.1981-ci ildə 38 №-li əmrlə azad edilmişdir. Arayışın qeyd hissəsində 1979-1981-ci illər Culfa rayon 52 №-li Tikinti Quraşdırma İdarəsinin əməkhaqqı cədvəllərinin Culfa Rayon Dövlət Arxivinə verilmədiyindən əməkhaqqının müəyyən edilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 aprel 2024-cü il tarixli, 02/358 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Culfa Təsərrüfatlararası Tikinti İdarəsinin sənəd materiallarında idarənin fəaliyyətini tənzimləyən sənədlər (təsis sənədləri, nizamnamə və s.) haqqında hər hansı bir məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 29 may 2024-cü il tarixli, 02/451 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 fevral 1998-ci il tarixli, 31 nömrəli, 24 aprel 1998-ci il tarixli, 73 nömrəli, 01 iyul 2014-cü il tarixli, 60 nömrəli qərarları və əlavələrinin, həmçinin İddiaçı X10 Tikinti İdarəsinə işə qəbul edilməsi haqqında 15 noyabr 1985-ci il tarixli, 100k nömrəli, işdən azad olunması haqqında 30 dekabr 2012-ci il tarixli, 03 nömrəli əmrlərin təsdiq edilmiş surətlərini, həmin idarədə işləməsi və 1985-1993,1999-cu illərdə əməkhaqqı alması barədə xx.xx.2024-cü il tarixli, 13/762 nömrəli arxiv arayışları məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 21 may 2024-cü il tarixli, 13/762 nömrəli arxiv arayışından aydın olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Su Tikinti İdarəsinə xx.xx.1985-ci il tarixli, 100/ k №-li əmrlə işə İV dərəcəli “Elektrik qaynaqçı” qəbul edilməsi, xx.xx.1986-cı il tarixli, 177/k №-li əmrlə işçilərin adlı siyahısında adının olması və adının təsdiq edilməsi, xx.xx.1987-ci il tarixli, 120/k №-li əmrlə işçilərin adlı siyahısında adının olması və adının təsdiq edilməsi, xx.xx.1988-ci il tarixli, 131/k№-li əmrlə İİ dərəcəli “Elektrik qaynaqçısı” keçirilməsi, xx.xx.1989-cu il tarixli, 40/k №-li əmrlə xx.xx.1989-cu il tarixədək təhsil məzuniyyətinə buraxılması, xx.xx.1990-cı il tarixli, 55/k №-li əmrlə işçilərin adlı siyahısında adının olması, xx.xx.1990-cı il tarixli, 55/k №-li əmrlə işçilərin adlı siyahısında adımn olması, həmçinin eyni əmrlə 1991-ci ildə işçilərin adlı siyahısında adımn olması, xx.xx.2012-ci il tarixli, 03 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində 2006-2012-ci illərə dair əmr kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. Həmin tarixli digər arayışda İddiaçı 1985-1993 və 1999-cu illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1994-1996-cı illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmiş, lakin əməkhaqqı almasının göstərilmədiyi, 1997, 2000-2012-ci illərin əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 1998-ci ilin əməkhaqqı cədvəllərinin isə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 17 sentyabr 2024-cü il tarixli, 02/881 nömrəli məktubla İddiaçı işə qəbul edilməsi haqqında xx.xx.1985-ci il tarixli, 100-K, işdən azad edilməsi haqqında xx.xx.2012ci il tarixli, 03 nömrəli əmrlərin, həmçinin İddiaçı və digər işçilərin vəzifələrin qeyd olunduğu, xx.xx.1985-ci il tarixli, 117- K, xx.xx.1986-cı il tarixli, 177-K, xx.xx.1987-ci il tarixli, 120-K, xx.xx.1988-ci il tarixli, 13-K, xx.xx.1989-cu il tarixli, 40-K, xx.xx.1990-cı il tarixli, 55-K nömrəli əmrlərin və 1985-ci ilə aid vəzifəsinin göstərildiyi əməkhaqqı cədvəlini (digər əməkhaqqı cədvəllərində vəzifəsi göstərilməmişdir) təsdiq edilmiş surətlərini və əməkhaqqı alması barədə xx.xx.2024-cü il tarixli, 13/1347 nömrəli arxiv arayışı məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası X8 Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 oktyabr 2024-cü il tarixli, 978 nömrəli məktubdan məlum olur ki, Agentliyin mütəxəssisləri tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 1985-2012-ci illərdə elektrik qaynaqçıları tərəfindən qaynaq əl üsulu ilə aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. .. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ... 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu 3 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasıdan ibarətdir. Hazırkı işdə iddiaçının təhsil dövrü, hərbi xidmət dövrü, əmək kitabçasında və iş stajını sübut edən arxiv arayışında aparılmış qeydlər üzrə qazanılmış əmək pensiyası hüquqları nəzərə alındıqda ümumi iş stajının tələb olunan 25 ildən artıq olması müəyyən edilir. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci ildən sonra (Qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Məhkəmə iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərara uyğun olaraq ən azı 12 il 06 ay fəaliyyətinin mövcud olub-olmadığını yoxlamalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuş, həmin tarixə ümumilikdə 32 ildən çox ümumi stajı vardır. Məhkəmə inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinanın qanuniliyini yoxlayarkən belə nəticəyə gəlir ki, cavabdeh qurumun güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etdiyi xx.xx.2023-cü il tarixə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci ümumi peşələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi üzrə azı 12 il 06 ay işlədiyi nəzərə alınmalıdır. Belə ki, iddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlərdə qaynaqçı peşəsi üzrə faəliyyət göstərmişdir. Cavabdeh imtinasında həmin dövrlərin 1994- 1996-cı il, 1997-1998-ci il və 2000-2006-cı illərdə əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi, əmək haqqı kitablarında adına rast gəlinmədiyi dəlillərini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün həmin güzəştli şərtlərlə iş şəraitində bilavasitə işlədiyi dövr nəzərə alınmalıdır və qanunvericilikdə məhz həmin dövrlərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinin və ya işçinin adının əmək haqqı kitablarında olmamasının iddiaçının məsuliyyətinə aid olmasına dair hər hansı birbaşa tələb yoxdur. Qeyd edilən qənaətə gələrkən məhkəmə nəzərə alır ki, iddiaçının mübahisələndirilməyən ən azı ümumi 32 ildən artıq, xüsusi 12 il 6 aydan artıq əmək stajı var. Belə ki, məhkəmənin sorğusuna Dövlət Arxiv İdarəsindən daxil olmuş məktublardan müəyyənləşdirilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa Rayon 52 nömrəli Tikinti Quraşdırma idarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.2012-ci il tarixədək X10 tikinti idarəsində qaynaqçı vəzifəsində işləmişdir. Həmin vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə üzrə müəyyən edilməsi və iddiaçının 32 ildən artıq ümumi iş stajının böyük qismində, təxminən 28 ildən artıq qaynaqçı vəzifəsində işləməsi cavabdeh orqan tərəfindən iddiaçının xüsusi iş stajının olmaması səbəb ilə imtina verilməsi halını təkzib edir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının ümumi iş stajına malik olmaması barədə cavabdehin dəlilləri ilə məhkəmə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, belə xarakterli işlərdə əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi, əmək kitabçasında müvafiq qeydlərin qeyri-dəqiq aparılması və s. iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci maddəsinin ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçılarının güzəştli şərtlərlə əmək pensiyası almaq hüquqları olduğu göstərilmişdir. Cavabdehin etirazında göstərdiyi iddiaçının əmək kitabçasında qaynaqçı vəzifələrində işlədiyi müddətlərdə əl ilə və qazla qaynaq işləri aparılıb-aparılmaması ilə bağlı hər hansı məlumat qeyd olunmaması ilə bağlı arqumenti də məhkəmə əsassız hesab edir. Belə ki, Naxçıvan Muxtar Respublikası X9 Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 oktyabr 2024-cü il tarixli, 978 nömrəli məktubunda agentliyin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı 1985- 2012-ci illərdə elektrik qaynaqçıları tərəfindən qaynağın əl üsulu ilə aparıldığı tam aydın şəkildə göstərilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarı ləğv edilsin və İddiaçı hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev