Məhkəmə qərarları › İş №2-1(122)-154/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-154/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-154/2025 06.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsində (köhnə M.Ə.Rəsulzadə) yerləşən indiki Heydər Əliyev adına hərbi liseyin hasarının cənub- Şərq tərəfində yerləşən, ümumi sahəsi 138.04 kv.m qeyri-yaşayış sahəsi olan mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 100000 (yüz min) manat olmaqla, cəmi 500000 (beş yüz min) manat pulun ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsində (köhnə M.Ə.Rəsulzadə) yerləşən indiki Heydər Əliyev adına hərbi liseyin hasarının cənub-Şərq tərəfində yerləşən, ümumi sahəsi 138.04 kv.m qeyri-yaşayış sahəsi olan mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 100000 (yüz min) manat olmaqla, cəmi 500000 (beş yüz min) manat pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclasları 19 dekabr 2024-cü il və 06 mart 2025-ci il tarixlərə təyin olunmuş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə, həmçinin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmanın prosessual nəticələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdirlər. Həmçinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa məhkəmə iclaslarının vaxtı barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil telefon nömrəsinə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemi vasitəsilə ilə “SMS xəbərdarlıq”lar göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsində (köhnə M.Ə.Rəsulzadə) yerləşən indiki Heydər Əliyev adına hərbi liseyin hasarının cənub-Şərq tərəfində yerləşən, ümumi sahəsi 138.04 kv.m qeyri-yaşayış sahəsi olan mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 100000 (yüz min) manat olmaqla, cəmi 500000 (beş yüz min) manat pulun ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsində (köhnə M.Ə.Rəsulzadə) yerləşən indiki Heydər Əliyev adına hərbi liseyin hasarının cənub- Şərq tərəfində yerləşən, ümumi sahəsi 138.04 kv.m qeyri-yaşayış sahəsi olan mağazasının sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 200000 (iki yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 100000 (yüz min) manat olmaqla, cəmi 500000 (beş yüz min) manat pulun ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar