Məhkəmə qərarları › İş №2-1(122)-156/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-156/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-156/2021 24.08.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 X1 Şəhər Şöbəsinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X2 X1 Şəhər Şöbəsinə qarşı “onun həyati durumunun, xəstəliyinin nəzərə alınmaqla formal bağlanmış aktın və əlavə olunmuş 5423.57 manatın ləğv olunmaqla keçən dövr ərzində ondan tutulmuş məbləğin 2978 manatın geri ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X2 X1 Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun həyati durumunun, xəstəliyinin nəzərə alınmaqla formal bağlanmış aktın və əlavə olunmuş 5423.57 manatın ləğv olunmaqla keçən dövr ərzində ondan tutulmuş məbləğin 2978 manatın geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 24 avqust 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X2 X1 Şəhər Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 X1 Şəhər Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə 24 avqust 2021-ci il tarixli ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin qaytarılması ilə bağlı hər hansı qaydanı müəyyən etmədiyindən məhkəmə hazırki vəziyyətdə məsələnin nizama salınması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarının tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254-cü, 255-ci, 261.0.1-ci, 261.0.3-cü və 261.0.6-cı, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X2 X1 Şəhər Şöbəsinə qarşı “onun həyati durumunun, xəstəliyinin nəzərə alınmaqla formal bağlanmış aktın və əlavə olunmuş 5423.57 manatın ləğv olunmaqla keçən dövr ərzində ondan tutulmuş məbləğin 2978 manatın geri ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 81, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X2 X1 Şəhər Şöbəsinə qarşı “onun həyati durumunun, xəstəliyinin nəzərə alınmaqla formal bağlanmış aktın və əlavə olunmuş 5423.57 manatın ləğv olunmaqla keçən dövr ərzində ondan tutulmuş məbləğin 2978 manatın geri ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar