Məhkəmə qərarları › İş №2-1(122)-1602/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1602/2023

26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1602/2023 26.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlu, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş, Naxçıvan şəhər Çənlibel məhəlləsində yerləşən 4.0 x 6.0 ölçüdə olan ümumi sahəsi 24 m2 qaraj binasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbi”nə dair İddiaçı nümayəndəsi X1 25 dekabr 2023-cü il tarixli ərizəsini Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olmuş, Naxçıvan şəhər Çənlibel məhəlləsində yerləşən 4.0 x 6.0 ölçüdə olan ümumi sahəsi 24 m2 qaraj binasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə 25 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək onun mülkiyyətində olmuş, Naxçıvan şəhər Çənlibel məhəlləsində yerləşən 4.0 x 6.0 ölçüdə olan ümumi sahəsi 24 m2 qaraj binasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş, Naxçıvan şəhər Çənlibel məhəlləsində yerləşən 4.0 x 6.0 ölçüdə olan ümumi sahəsi 24 m2 qaraj binasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı nümayəndəsi X1 25 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi X1 25 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş, Naxçıvan şəhər Çənlibel məhəlləsində yerləşən 4.0 x 6.0 ölçüdə olan ümumi sahəsi 24 m2 qaraj binasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar