Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-162/2025 09.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair Cavabdeh üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “polkovnik-leytenant” rütbəli ehtiyatda olan zabitidir. 1994-1998-ci illər ərzində Bakı Ali Hərbi Dənizçilik Məktəbində “maliyyə-iqtisadiyyat” ixtisası üzrə ali təhsil almış, 1998-2006-cı illər ərzində Müdafiə Nazirliyinin 216, 050, 774, N və N nömrəli hərbi hissələrində xidmət etmişdir. 2008-ci ildə xidməti zərurətlə əlaqədar olaraq xidmətini davam etdirmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə keçirilmiş və həmin Nazirlikdə 2022-ci ilədək xidmət etmişdir. 16 noyabr 2022-ci ilin tarixində “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusuna görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ümumilikdə təqvim hesabı ilə 28 (iyirmi səkkiz) il 3 (üç) ay ərzində qüsursuz həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuşdur. Mövcud qanunvericiliyə əsasən dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Cavabdehnə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciətlər etmişdir. Cavabdeh müraciətini baxılması üçün Müdafiə Nazirliyinə göndərmişdir. Bu barədə Müdafiə nazirinin katibliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla məlumatlandırılmışdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6663 saylı cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən Müdafiə Nazirliyi strukturunda 20 təqvim ili və daha çox qüsursuz həqiqi hərbi xidmətdə olmuş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.1994xx.xx.2006, 12 il 3 ay 11 gün) Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanı sizə şamil edilmir. Belə ki, Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qullquçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Buna görə də Sizin mənzil təminatı ilə bağlı qeydiyyatda olduğunuz rayon icra hakimiyyətinə və ərazi üzrə bələdiyyə orqanına müraciət etməyiniz məqsdəuyğundur.” Bundan sonra, ikinci müraciətinə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 3-23/2-c-1280- 25-883/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu almışdır. Həmin məktubda yenə də göstərilmişdir: “ Azərbaycan Ordusu sıralarında xidmət iliniz 12 (on iki) il olduğuna görə Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın əhatə dairəsinə düşmür. Ona verilmiş imtinanı və cavabdehin mövqeyini əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2- 1(122)-695/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-46/2024 nömrəli qərardadı ilə təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadı birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilməsi, iddiaya cavab verməli olan inzibati orqan müəyyən edildikdən sonra iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməsi üçün ləğv edilərək inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan sonra məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq sorğular verilmiş, sorğuların cavablarına uyğun olaraq iddiaçıya 28 oktyabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq iddia tələbinin və cavabdeh orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 09 yanvar 2025-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən hüquqi yardım məktubundan xəbərdar olduğunu, Cavabdehnə qarşı Silahlı Qüvvələrdə 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək mənzillə (dövlət hesabına) təmin edilməyinə dair iddia qaldırdığını, həmin cavabdehə qarşı inzibati işə baxılıb müvafiq qərar verilməsini məhkəmədən xahiş edərək bu barədə yazdığı 09 yanvar 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi dəqiq və düzgün ifadə olunmamış, həmçinin iddia tələbi ona cavab verməli olmayan inzibati orqana qarşı yönəlmişdir. Hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə verilmiş məhkəmənin sorğularına cavab olaraq göndərilmiş: - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 16 sentyabr 2024-cü il tarixli, 3-23/2- 5680/2024 nömrəli məktubundan məlum olur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilir ki, sözügedən Fərman qüvvəyə mindiyi tarixdən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyanın katibliyinə Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahıları təqdim edildikdən sonra Komissiyanın iclasında mənzil növbəsinə qəbul edilərək həmin hərbi qulluqçuların mənzil təminatı növbəlilik prinsipi əsasında mərhələli şəkildə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi təsbit olunduğu və sözügedən hərbi qulluqçunun Azərbaycan Ordusu sıralarında xidmət ili 1994-2006-cı illəri əhatə etdiyindən (12 il) mənzil təminatının Fərmanın əhatə dairəsinə düşmədiyi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq məktubları ilə İddiaçı məlumat verilmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 oktyabr 2024-cü il tarixli, 3-23/2- 7237/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2012-ci il 11 yanvar tarixli protokoluna əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanaraq Komissiyaya təqdim olunması Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Qeyd olunan Fərmanda sözügedən Komissiyanın əsasnaməsinin təsdiq edilməsi barədə tapşırıq olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 oktyabr 2024-cü il tarixli, 3-25- 22/2-856-23/24 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına dəyişiklik edilənədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin edilmələri üçün müvafiq siyahılar Müdafiə Nazirliyi tərəfindən tərtib edilmişdir. Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi, bununla bağlı müvafiq işlərin görülərək məlumatların əldə edilməsi və siyahıların hazırlanması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilir. Hazırlanmış siyahılar müvafiq qərar (hərbi qulluqçuların növbəyə götürülməsi, mənzillə təmin olunması və s.) qəbul edilməsi üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyaya təqdim olunur. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərman imzalamış və Fərmanda göstərilmişdir ki,
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılmışdır: Komissiyanın sədri: Azərbaycan Respublikasının Maliyyə Naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini
3. Komissiyaya tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Cavabdehnə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. (...)
4. Cavabdeh Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin. Məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş məktublardan bir daha aydın olur ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi, bununla bağlı müvafiq işlərin görülərək məlumatların əldə edilməsi və siyahıların hazırlanması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilir. Belə ki, Cavabdeh tərəfindən də məhkəməyə daxil olmuş 29 oktyabr 2024-cü il tarixli, 3-25-22/2-856-23/24 nömrəli məktubda qeyd olunur ki, komissiyanın 2012-ci il 11 yanvar tarixli protokoluna əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanaraq Komissiyaya təqdim olunması Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Hazırlanmış siyahılar sonradan müvafiq qərar (hərbi qulluqçuların növbəyə götürülməsi, mənzillə təmin olunması və s.) qəbul edilməsi üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyaya təqdim olunur. Beləliklə bu fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək komissiyanın üzvlərindən biri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Sonradan daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Cavabdehnə göndərilməsi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 6663 nömrəli məktubundan da aydın olur ki, Cavabdeh iddiaçının müraciətini baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinə göndərmiş və Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə baxılaraq qeyd edilmişdir ki, Azərbaycan ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil edilmir. Belə ki, Azərbaycan ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh qismində göstərilmiş Cavabdeh tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. İnzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla üzərinə vəzifə qoyulan və bu baxımdan cavabdehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. Həmçinin məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərarının, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Odur ki, hazırkı iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehliyi yaranmır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən bilavasitə və yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı ona göstərilmiş hüquqi yardımdan imtina etmiş və məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində qeyd etdiyi cavabdehə (Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı inzibati iş baxılıb qərar verilməsini bildirmişdir. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh olunan hallara əsaslanaraq iddiaçıya izah edilir ki, göstərilən hallar aradan qaldırılaraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tural Əliyev