Məhkəmə qərarları › İş №2-1(122)-1621/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1621/2023

25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1621/2023 25.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşı X1 miras qalmış Naxçıvan şəhəri-qonaq evinin qarşısında (keçmiş Respublika Onkoloji Dispanser xəstəxanasının qərb hissəsi-Naxçıvan şəhəri Xətai kəndi) yerləşən 36 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 miras qalmış Naxçıvan şəhəri-qonaq evinin qarşısında (keçmiş Respublika Onkoloji Dispanser xəstəxanasının qərb hissəsi-Naxçıvan şəhəri Xətai kəndi) yerləşən 36 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 25 dekabr 2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 15 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək mərhum həyat yoldaşı X1 miras qalmış Naxçıvan şəhəri-qonaq evinin qarşısında (keçmiş Respublika Onkoloji Dispanser xəstəxanasının qərb hissəsi-Naxçıvan şəhəri Xətai kəndi) yerləşən 36 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşı X1 miras qalmış Naxçıvan şəhəri-qonaq evinin qarşısında (keçmiş Respublika Onkoloji Dispanser xəstəxanasının qərb hissəsi-Naxçıvan şəhəri Xətai kəndi) yerləşən 36 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı 15 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 15 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mərhum həyat yoldaşı X1 miras qalmış Naxçıvan şəhəri-qonaq evinin qarşısında (keçmiş Respublika Onkoloji Dispanser xəstəxanasının qərb hissəsi-Naxçıvan şəhəri Xətai kəndi) yerləşən 36 kv.m torpaq sahəsinin ona qaytarılması, bu mümkün olmadıqda isə eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması, mağazanın dəyəri olan 50.000 (əlli min) AZN pulun, eyni zamanda 23 il ərzində əldən çıxmış faydanın (gəlirin), yəni 552.000 (beş yüz əlli iki min) manatın, ümumilikdə isə 602.000 (altı yüz iki min) AZN pulun kompensasiya olaraq ona ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar