Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1642/2023 29.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı Mirhüseynqulu oğlunun iştirakı ilə, İddiaçı Mirhüseynqulu oğlunun cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin 374 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə atasının adına verilən Naxçıvan şəhərinin 35-ci məhəlləsinin Ə.Əliyev küçəsində yerləşən 20 kv.m sahəni əhatə edən mağazalarının geri qaytarılması və ya qanunsuz olaraq mağazalarının əllərindən alınmasına görə dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mirhüseynqulu oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin 374 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə atasının adına verilən Naxçıvan şəhərinin 35-ci məhəlləsinin Ə.Əliyev küçəsində yerləşən 20 kv.m sahəni əhatə edən mağazalarının geri qaytarılması və ya qanunsuz olaraq mağazalarının əllərindən alınmasına görə dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 29 dekabr 2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Seyidov X1 Şəhər İcra Hakimiyyətinin 374 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə atasının adına verilən Naxçıvan şəhərinin 35-ci məhəlləsinin Ə.Əliyev küçəsində yerləşən 20 kv.m sahəni əhatə edən mağazalarının geri qaytarılması və ya qanunsuz olaraq mağazalarının əllərindən alınmasına görə dəymiş zərərə görə kompensasiya ödənilməsi barədə iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 29 dekabr 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Mirhüseynqulu oğlunun Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin 374 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə atasının adına verilən Naxçıvan şəhərinin 35-ci məhəlləsinin Ə.Əliyev küçəsində yerləşən 20 kv.m sahəni əhatə edən mağazalarının geri qaytarılması və ya qanunsuz olaraq mağazalarının əllərindən alınmasına görə dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı Mirhüseynqulu oğlunun 29 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Mirhüseynqulu oğlunun 29 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı Mirhüseynqulu oğlunun cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin 374 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə atasının adına verilən Naxçıvan şəhərinin 35-ci məhəlləsinin Ə.Əliyev küçəsində yerləşən 20 kv.m sahəni əhatə edən mağazalarının geri qaytarılması və ya qanunsuz olaraq mağazalarının əllərindən alınmasına görə dəymiş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1642/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1642/2023
29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver