Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1648/2023 29.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlu, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Azadlıq prospekti 38 ünvanında yerləşmiş, İddiaçı mülkiyyətində olmuş 23 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında başqa bir qeyri-yaşayış sahəsinin ona verilməsi, bu mümkün olmadıqda Naxçıvan şəhəri, Azadlıq prospekti 38 (hazırki H.Əliyev prospekti 38) ünvanında yerləşən 23 kv.m. qeyri-yaşayış sahəsinə görə ona dəymiş maddi ziyan üzrə 50000 manat, 2011-2023-cü illər ərzində əldən çıxmış qazanca görə 90000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla ümumilikdə 150000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair İddiaçı nümayəndəsi Nümayəndə 28 noyabr 2023-cü il tarixli ərizəsini Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Azadlıq prospekti 38 ünvanında yerləşmiş, İddiaçı mülkiyyətində olmuş 23 kv.m. qeyriyaşayış sahəsinin əvəzinə Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında başqa bir qeyri-yaşayış sahəsinin ona verilməsi, bu mümkün olmadıqda Naxçıvan şəhəri, Azadlıq prospekti 38 (hazırki H.Əliyev prospekti 38) ünvanında yerləşən 23 kv.m. qeyri-yaşayış sahəsinə görə ona dəymiş maddi ziyan üzrə 50000 manat, 2011-2023-cü illər ərzində əldən çıxmış qazanca görə 90000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla ümumilikdə 150000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə 28 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Naxçıvan şəhəri, Azadlıq prospekti 38 ünvanında yerləşmiş, İddiaçı mülkiyyətində olmuş 23 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında başqa bir qeyri-yaşayış sahəsinin ona verilməsi, bu mümkün olmadıqda Naxçıvan şəhəri, Azadlıq prospekti 38 (hazırki H.Əliyev prospekti 38) ünvanında yerləşən 23 kv.m. qeyri-yaşayış sahəsinə görə ona dəymiş maddi ziyan üzrə 50000 manat, 2011-2023-cü illər ərzində əldən çıxmış qazanca görə 90000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla ümumilikdə 150000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Azadlıq prospekti 38 ünvanında yerləşmiş, İddiaçı mülkiyyətində olmuş 23 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında başqa bir qeyriyaşayış sahəsinin ona verilməsi, bu mümkün olmadıqda Naxçıvan şəhəri, Azadlıq prospekti 38 (hazırki H.Əliyev prospekti 38) ünvanında yerləşən 23 kv.m. qeyri-yaşayış sahəsinə görə ona dəymiş maddi ziyan üzrə 50000 manat, 2011-2023-cü illər ərzində əldən çıxmış qazanca görə 90000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla ümumilikdə 150000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı nümayəndəsi Nümayəndə 28 noyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə 28 noyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Azadlıq prospekti 38 ünvanında yerləşmiş, İddiaçı mülkiyyətində olmuş 23 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında başqa bir qeyri-yaşayış sahəsinin ona verilməsi, bu mümkün olmadıqda Naxçıvan şəhəri, Azadlıq prospekti 38 (hazırki H.Əliyev prospekti 38) ünvanında yerləşən 23 kv.m. qeyri-yaşayış sahəsinə görə ona dəymiş maddi ziyan üzrə 50000 manat, 2011-2023-cü illər ərzində əldən çıxmış qazanca görə 90000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla ümumilikdə 150000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1648/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1648/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver