Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-165/2023 05.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şərur şəhəri, X2 küçəsi, dalan 5-də istifadədə olan 0.0542 ha torpaq sahəsində yerləşən 7 №-li binanın girişinin 1-ci və 2-ci mərtəbəsində 300.92 kv.metr ümumi, 300.9 kv.metr əsas, — kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin Şərur Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahəsinin ayrılması və ya həmin tikililərin sökülməsi müqabilində ona dəymiş 360 min (üç yüz altmış min) manat ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı onun mülkiyyətində olan Şərur şəhəri, X2 küçəsi, dalan 5-də istifadədə olan 0.0542 ha torpaq sahəsində yerləşən 7 №-li binanın girişinin 1-ci və 2-ci mərtəbəsində 300.92 kv.metr ümumi, 300.9 kv.metr əsas, — kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin Şərur Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahəsinin ayrılması və ya həmin tikililərin sökülməsi müqabilində ona dəymiş 360 min (üç yüz altmış min) manat ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 05 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 08 avqust 2023-cü il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində onun mülkiyyətində olan Şərur şəhəri, X2 küçəsi, dalan 5-də istifadədə olan 0.0542 ha torpaq sahəsində yerləşən 7 №-li binanın girişinin 1ci və 2-ci mərtəbəsində 300.92 kv.metr ümumi, 300.9 kv.metr əsas, — kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin Şərur Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahəsinin ayrılması və ya həmin tikililərin sökülməsi müqabilində ona dəymiş 360 min (üç yüz altmış min) manat ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə həmçinin iddia tələbindən imtina barədə 08 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə də göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkili Vəkil və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə göndərdiyi iddiadan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verib, ərizənin qəbul olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şərur şəhəri, X2 küçəsi, dalan 5-də istifadədə olan 0.0542 ha torpaq sahəsində yerləşən 7 №-li binanın girişinin 1-ci və 2-ci mərtəbəsində 300.92 kv.metr ümumi, 300.9 kv.metr əsas, — kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin Şərur Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahəsinin ayrılması və ya həmin tikililərin sökülməsi müqabilində ona dəymiş 360 min (üç yüz altmış min) manat ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şərur şəhəri, X2 küçəsi, dalan 5-də istifadədə olan 0.0542 ha torpaq sahəsində yerləşən 7 №-li binanın girişinin 1-ci və 2-ci mərtəbəsində 300.92 kv.metr ümumi, 300.9 kv.metr əsas, — kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin Şərur Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyündən əvəzləşdirilərək onun qarşılığında qeyri-yaşayış binalarının inşa olunması üçün torpaq sahəsinin ayrılması və ya həmin tikililərin sökülməsi müqabilində ona dəymiş 360 min (üç yüz altmış min) manat ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-165/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-165/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver