Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-168/2024 05.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin MK-nın 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın qismən təmin edilməsi, mərhum X3 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evi və 0,0275 ha torpaq sahəsindən ibarət miras əmlakda X4 payının 9/10 (onda doqquz) hissə müəyyən olunması qət edilmişdir. Sözügedən qətnamə ilə məhkəmə miras almağa çağırıla biləcək 5 nəfər qanun üzrə vərəsələrin olmasını, vərəsələrdən yalnız iddiaçı S.Əliyevin və cavabdeh İddiaçı mirası qəbul etmələrini, cavabdeh İddiaçı mirasda məcburi payının olmasını və bu payın qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etməsini, yəni cavabdeh İddiaçı məcburi payının ümumi miras kütləsinin 1/10 (onda bir) hissəsi (1/5:2=1/10) olmasını nəzərə aldıqda iddiaçı S.Əliyevin vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras əmlakdakı payı 9/10 (onda doqquz) (1-1/10=9/10) hissəsinin təşkil etməsi müəyyən olunmuşdur. Bundan sonra X1 Muxtar Respublikası Ali Məhkəməsinin MK-nın 12 noyabr 2020-ci il tarixli qətnaməsi əsasında ünvan 2 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 9/10 hissəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Yuxarıda da qeyd edildiyi kimi ünvan 2 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin iddiaçıya məxsus olması müəyyən edilmişdir.İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Onun müraciətinə verilmiş cavab məktubu ilə müraciəti təmin edilməmişdir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, yuxarıda qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 04 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 04 sentyabr 2023-cü il tarixli, 04/559 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyənləşdirilmiş əsaslardan biri təqdim olunmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə hüquqların qeydiyyatı ilə bağlı Xidmətə müraciət etsə də, əsasverici sənəd kimi təqdim etdiyi qətnamədə yalnız qardaşı X4 payının müəyyən olunması barədə qeyd aparılmışdır. İddiaçı payının müəyyən edilməsinə dair müvafiq əsasverici sənədi təqdim etmədiyi üçün hüquqların qeydiyyatının aparılması qanunvericiliyə uyğun hesab edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 fevral 2024cü il tarixli, 2-1(122)-168/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 05 aprel 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat vermiş və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iş materiallarına Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərardadının və qətnaməsinin, Naxçıvan Şəhər Məhkəməsinin qərardadının və qətnaməsinin, ölüm haqqında akt qeydindən çıxarışın və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 2(078)-140/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı, X10, X11 və Əliyeva (Murtuzayeva) Sona Səfəralı qızına qarşı miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən olunması tələbinə dair iddiası rədd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(108)-161/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 və onun vəkili X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 2(078)-140/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddia qismən təmin edilmiş və mərhum X3 miras qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasən ünvan 1 ünvanında yerləşən 21.1 kv.m olan fərdi yaşayış evi və 0.0275 ha torpaq sahsindən ibarət miras əmlakda X4 payı 9/10 (onda doqquz) hissə müəyyən olunmuşdur. - Naxçıvan Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(078)-1139/2021 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X4 İddiaçı qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraatın iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2(108)-41/2022 nömrəli qərardadından görünür ki, iddiaçı X4 vəsatəti təmin edilmiş, iddiaçı X4 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, aydınlaşdırılıb rəy verilməsi üçün ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 hektar, ümumi sahəsi 21.1 kvadrat metr olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılması mümkündürmü?
2. Əgər ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 hektar, ümumi sahəsi 21.1 kvadrat metr olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılması mümkündürsə, hansı formada mümkündür?
3. Əgər ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 hektar, ümumi sahəsi 21.1 kvadrat metr olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılması mümkündürsə, hansı formada mümkün deyildirsə, hansı əsasa görə mümkün deyil? - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(108)-41/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - AZ-İ seriyalı, 699729 nömrəli ölüm haqqında akt qeydindən çıxarışın surətindən görünür ki, X12 27 oktyabr 2018-ci ildə, Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm kitabının 08 yanvar 2019-cu il tarixdə, 5 nömrəli səhifədə qeydiyyat aparılmışdır. - AZE seriyalı 14515932 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 oktyabr 1977-ci il tarixdə, Naxçıvan şəhərində doğulmuşdur. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə İddiaçı əsasverici sənəd kimi təqdim etdiyi qətnamədə yalnız qardaşı X4 payının müəyyən olunması barədə qeydin olduğunu buna görə də hüquqların qeydiyyatının aparılmasının qanunvericiliyə uyğun hesab edilmədiyi bildirilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; - 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; - 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; - 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(108)- 161/2020 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 21.1 kv.m olan fərdi yaşayış evi və 0.0275 ha torpaq sahəsindən ibarət miras əmlakda X4 9/10 (onda doqquz) hissə payının müəyyən olunması, İddiaçı payının göstərilməməsi ilə bağlıdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Əliyev X7 şəhəri, Səməd Vurğun küçəsi, ev 21 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh isə ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmasından imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, mərhum X3 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evi və 0,0275 ha torpaq sahəsindən ibarət miras əmlakda X4 payının 9/10 (onda doqquz) hissə müəyyən olunması qət edilmişdir. Sözügedən qətnamə ilə məhkəmə miras almağa çağırıla biləcək 5 nəfər qanun üzrə vərəsələrin olmasını, vərəsələrdən yalnız iddiaçı S.Əliyevin və cavabdeh İddiaçı mirası qəbul etmələrini, cavabdeh İddiaçı mirasda məcburi payının olmasını və bu payın qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etməsini, yəni cavabdeh İddiaçı məcburi payının ümumi miras kütləsinin 1/10 (onda bir) hissəsi (1/5:2=1/10) olmasını nəzərə aldıqda iddiaçı S.Əliyevin vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras əmlakdakı payı 9/10 (onda doqquz) (1-1/10=9/10) hissəsinin təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasi İnzibati-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli və ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. ünvan 1 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0,0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV