Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1688/2023 08.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlu, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinə qarşı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan- Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin üzərinə qoyulması tələbi”nə dair iddiaçının vəkili və nümayəndəsi Vəkil 08 dekabr 2023-cü il tarixli ərizəsini Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan-Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə daxil olmuş 08 dekabr 2023-cü il tarixli ərizəsindən aydın olur ki, o, müharibə əlillərinə təyin edilən Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdeh orqan- Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin üzərinə qoyulması barədə Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldırdıqlarını, lakin hazırda iş üzrə cavabdehin dəqiqləşdirilməsi zərurəti yarandığını bildirib, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsini nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılmasını istəyir və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı tərəfin ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinə qarşı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan- Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinə qarşı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı müharibə əlilliyinin müəyyən edildiyi xx.xx.2012-ci il tarixdən ona şamil olunaraq, Prezident təqaüdünün xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 il 6 ay) olan dövr üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan- Naxçıvan MR Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1688/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1688/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver