Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-17/2021 25.02.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeyd kitabında düzəliş edilərək İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeyd kitabında düzəliş edilərək İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuşdur. X1, atası isə X6r. İddiaçı yeni doğum haqqında şəhadətnamə əldə etmək üçün Naxçıvan MR, Cavabdehnə müraciət etmiş, lakin sözügedən qurumdan ona xx xxxxxx 2020-ci il tarixli imtina məktubu verilmişdir. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda ərizəçi ali təhsil müəssisəsinə qəbul olunmaq üçün sənəd yığdığından, ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona müəyyən maneələr yaradır. Ona görə də, doğumun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi onun üçün və bütün ailəsi üçün vacib əhəmiyyət daşıyır. Məsələnin başqa yolla həll edilməsi mümkün deyil. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsi zərurəti meydana gəlmiş, onun xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğumunun qeydə alınma faktı müəyyən edilməsi, şəhadətnamədə doğulduğu tarix xx xxxxxxx 1988-ci il, doğulduğu yer Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndi, ata adı X10, ana adı X3, milliyyəti azərbaycanlı kimi qeydə alınması zəruridir. İddiaçı yuxarıda qeyd olunanları nəzərə alaraq, doğum haqqında akt qeyd kitabında düzəliş edilərək İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2020-ci ildə Cavabdehnə müraciət edərək doğum tarixi xx.xx.1988ci il, doğulduğu yer Naxçıvan MR, Şərur rayon Sədərək kəndi, ata adı X10, ana adı X2 qeydə alınaraq yeni doğum haqqında şəhadətnamənin verilməsini istəmişdir. xx.xx.1990cı il Şərur rayon Sədərək kənd İN tərəfindən tərtib olunan 166 saylı doğum haqqında akt qeydinə əsasən doğulduğu vaxt xx xxxx 1990-cı il qeyd edilmişdir. Vətəndaşın şəxsiyyət vəsiqəsində isə doğulduğu tarix xx.xx.1988-ci il yazıldığından sənədlər arasında uyğunsuzluq aşkar olunmuş və doğum haqqında yeni şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas olmadığından vətəndaşın tələbinin Qeydiyyat şöbəsi tərəfindən icrası mümkün olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında şəhadətnamənin surətini, orta təhsil haqqında attestatın, hərbi biletin, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, Sədərək Rayon İcra Hakimiyyətinin Qaraağac Kənd X14 üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 21/519 nömrəli arayışını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPMnin 34.2-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarında olan: - Cavabdeh İddiaçı ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 80/02 nömrəli məktubundan görünür ki, doğum tarixi xx xxxxxxx 1988-ci il, doğulduğu yer Naxçıvan MR Şərur rayon, Sədərək kəndi, ata adı X10, ana adı X2 qeydə alınaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi istənilmişdir. xx xxxxxx 1990-cı il Şərur rayon Sədərək kənd İN tərəfindən tərtib olunan 166 saylı doğum haqqında akt qeydinə əsasən doğulduğu vaxt xx xxxx 1990-cı il qeyd edilmişdir. Vətəndaşın şəxsiyyət vəsiqəsində isə doğulduğu tarix xx.xx.1988-ci il yazıldığından sənədlər arasında uyğunsuzluq aşkar olunmuş və doğum haqqında yeni şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. - xx xxxxxx 1990-cı il tarixli, XV-ЖГ 372711 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxx 1988-ci il tarixdə İlic rayonunun, Sədərək kəndində anadan olmuşdur. - xx xxxx 2007-ci il tarixli, 001401 nömrəli orta təhsil haqqında attestatın təsdiq olunmuş surətindən görünür ki, 1988-ci ildə anadan olmuş İddiaçı 2007-ci ildə X15 əla qiymətlərlə bitirmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası Sədərək rayon şöbəsi tərəfindən verilmiş, xx xxxxxx 2015-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən aydın olur ki, xx xxxxxxx 1988-ci il tarixdə anadan olmuş İddiaçı hərbi xidmət keçmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1988-ci il tarixdə Şərur rayonu, Sədərək kəndində doğulmuş və Şərur rayonu, Qaraağac kəndində qeydiyyatdadır. - Sədərək rayon İcra Hakimiyyəti Qaraağac kənd X14 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 21/519 nömrəli arayışdan görünür ki, İddiaçı Qaraağac kənd X14 üzrə Nümayəndəliyinin qeydiyyatında təsərrüfatbaşına qeydiyyatı kitabında doğulduğu tarix xx.xx.1988-ci il, qardaşı X4 doğulduğu tarix isə xx.xx.1990-cı il kimi göstərilmişdir. İddiaçı ilə ata-ana bir qardaşdırlar. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx xxxx 1990-cı il tarixdə İlic rayonunun, Sədərək kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 164-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir Həmin Müddəaların 13, 14 və 16-cı bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, doğum haqqında akt qeyd kitabında düzəliş edilərək İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınmasından Cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı xx xxxxxxx 1988ci ildə Şərur rayonu, Sədərək kəndində doğulmuşdur. Lakin səhvlik nəticəsində doğum akt qeydində onun doğulduğu tarix xx xxxx 1990-cı il kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum akt qeydindəki səhvlik aradan qaldırılmalı və doğum akt qeydində İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və doğum haqqında akt qeyd kitabında düzəliş edilərək İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınması vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 14.3, 23.1, 52, 58.7, 68-69, 73.1, 75, 78, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum haqqında akt qeyd kitabında düzəliş edilərək İddiaçı xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulması kimi qeydə alınması vəzifəsi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarıı (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-17/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-17/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver