Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-17/2023 30.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və üçüncü şəxslər X11, X4, X8 və X15 vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs Şərur Rayon Çərçiboğan Bələdiyyəsinin nümayəndəsi X12 və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şərur rayonu, Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X24 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayonu, Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X24 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur rayon Çərçiboğan adına kolxozun, kolxozçuların 24 sentyabr 1995-ci il tarixli, 24 nömrəli ümumi iclas protokolunda çıxarılmış qərar əsasında 1982-ci ildə tikilmiş hamam binası, 48439 manat balans dəyərində atası Mehdiyev Qafar, Mehdiyeva Raziyə, Mehdiyev Məhərrəm, Mehdiyeva İlhamə və Mehdiyeva Gülnarəyə satılmşdır. Həmin hamam binası və ərazisi sayılan 07 (sıfır yeddi) hektar torpaq sahəsi 10 iyun 2004-cü il tarixli, 10/06 nömrəli Şərur rayon Çərçiboğan Bələdiyyə şurasının qərarı əsasında üç milyon iki yüz altmış doqquz min, iki yüz on manat dəyər əsasında mərhum atası X3. O, mərhum atası X20 birinci dərəcəli vərəsəsi olaraq qeyd olunan sənədləri toplayıb Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinə müraciət etmişdir. Şərur rayon idarəsində sənədlərə baxmadan qeydiyyata almayacaqlarını bildirdilər. Bundan sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. 29 sentyabr 2022-ci il tarixli 6/557 nömrəli məktubu ilə qeydiyyata alınması qanunvericiliyin tələbinə uyğun olmadığı qeyd olunmuşdur. Mərhum atası X20 adına Şərur rayon Çərçiboğan kolxozun, kolxozçuların 24 sentyabr 1995-ci il tarixli, 24 nömrəli ümumi iclas protokolunda çıxarılmış qərar, 10 iyun 2004-cü il tarixli, 10/06 nömrəli Şərur rayon Çərçiboğan Bələdiyyə şurasının protokolu və qərarı Çərçiboğan bələdiyyəsinin fonduna üç milyon iki yüz altmış doqquz min, iki yüz on manat ödəməklə satılmışdır. Mərhum atası X20 ölümündən sonra həmin torpaq sahəsini sənədləşdirmək istədikdə həmin zaman onda olan Şərur rayon Çərçiboğan kolxozun, kolxozçuların 24 sentyabr 1995-ci il tarixli, 24 nömrəli ümumi iclas protokolunda çıxarılmış qərar, 10 iyun 2004-cü il tarixli, 10/06 nömrəli Şərur rayon Çərçiboğan Bələdiyyə şurasının protokolu və qərarı Çərçiboğan bələdiyyəsinin fonduna üç milyon iki yüz altmış doqquz min, iki yüz on manat ödəniş etdiyi qəbiz və digər sənədlərin əsası olmadığını bildirdilər. İdarənin cavabında həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılacaq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi – rəhbərinin(direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda ''Milli Arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər müvafiq sxem, plan və ya onlardan çıxarış,torpaq sahəsinin təhkim aktı,yaxud torpaq sahəsinin yerləşdiyi yeri müəyyən eıməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, yuxarıda qeyd olunanlara, Azərbaycan Respublikası İPM-ni 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq Şərur rayonu, Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X24 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 27 oktyabr 2022-ci il tarixli, 04/626 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Şərur rayon Çərçiboğan kəndində yerləşən 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən "Əfsər" kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyeva Gülnarəyə satılmışdır. Bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən "Əfsər" kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilərdi. Lakin torpaq sahəsi Çərçiboğan bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli 6 nömrəli qərarına əsasən X3. Yuxarıda qeyd olunan uyğunsuzluğa və kolxozun ümumi yığıncağının qərarının təsdiq olunması barədə müvafiq sənəd təqdim olunmadığına görə həmin əmlak və yerləşdiyi torpaq sahəsinin X20 adına qeydiyyata alınması mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2- 1(122)-253/2022 nömrəli qərardadı ilə X21, X6, X13 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2- 1(122)-17/2023 nömrəli qərardadı ilə Şərur Rayon Çərçiboğan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 24 yanvar 2023cü il tarixli, 2-1(122)-17/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 30 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X21, X6, X13 və X18 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməyərək nümayəndələri vasitəsilə təmsil edilmişdirlər. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslər X15, X4, X8 və X11 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və üçüncü şəxslər X11, X4, X8 və X15 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin imtinasını əsassız hesab edır. Beli kı, qanunvericiliyin tələbinə uyğun müvafiq sənədlər cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh Şərur rayon Çərçiboğan kəndində yerləşən 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən "Əfsər" kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satıldığı, bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən Əfsər" kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilməsini bildirmişdir. Təmsil etdiyi şəxslərin adından bildirir ki, hamam binasının və hamam binasının yerləşdiyi torpaq sahəsinin X2 onların heç bir etirazı olmamış və hazırda da etirazları yoxdur. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X16 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat vermiş və əlavə olaraq onun və Yerquruluşu Geodeziya və X9 Cəmiyyətinin Yerquruluşu şöbəsinin rəisi Z.Bayramovun, Çərçiboğan kənd bələdiyyəsi C.Hüseynovun, Çərçiboğan kənd icra nümayəndəsi C.Əsgərovun və iddiaçı Ü. Mehdiyevin iştirakları ilə xx.xx.2023-cü il tarixdə mübahisəli ərazidə ölçmə işləri apardıqlarını, müəssisəyə verilən bina və altının torpaq sahəsi ölçülərək, ümumi sahənin müəyyən olunduğunu, bələdiyyə qərarı ilə satılan ərazinin heç kimin marağına toxunmadığını, bələdiyyənin də söylədiklərinə görə, satılan torpaq sahəsinin tam qanuna uyğun şəkildə aparıldığını, heç bir qanun pozuntusuna yol verilmədiyini, İcra nümayəndəsi də öz münasibətini bildirərək, ərazidə hamam binasını uzun müddət mərhum Qafarın işlətdiyini bildirərək müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Şərur Rayon Çərçiboğan Bələdiyyəsinin nümayəndəsi X19 məhkəmədə verdiyi izahatında 2019-cu il tarixdən Şərur Rayon Çərçiboğan Bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, hamam binasının yerləşdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən 10 iyun 2004-cü il tarixli qərar əsasında mərhum X7 dövrdə bələdiyyə sədri vəzifəsində işləmədiyini, həmin vaxt Şərur Rayon Çərçiboğan Bələdiyyəsinin sədri vəzifəsində Xaliq Abbasovun işlədiyini, bələdiyyə qərarı ilə torpaq sahəsinin mərhum X1 bələdiyyədə olan sənədlər əsasında məlumatı olduğunu, lakin bələdiyyə sədri olmamışdan əvvəl də hamam binasının yerləşdiyi torpaq sahəsindən mərhum X29 tərəfindən istifadə edildiyini gördüyünü, bələdiyyə sədri olaraq torpaq sahəsinin mərhum X20 adına rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin məktubunu, ödəmə qəbzini, bələdiyyə protokollarından çıxarışlaır, kolxozun qərarını, torpaq sahəsinin planını, ölüm haqqında şəhadətnamənin surətini, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı 29 sentyabr 2022-ci il tarixli, 06/557 nömrəli məktubun məzmunundan görünür ki, Şərur rayon Çərçiboğan kəndində yerləşən 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən "Əfsər" kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satıldığı, bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən Əfsər" kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilməsi, lakin torpaq sahəsi Çərçiboğan bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli 6 nömrəli qərarına əsasən X5 və kolxozun ümumi yığıncağının qərarının təsdiq olunması barədə müvafiq sənədin təqdim olunmaması nəzərə alınaraq əmlakın və yerləşdiyi torpaq sahəsinin X20 adına qeydiyyata alınması qanunvericiliyin tələbinə uyğun olmaması bildirilmişdir. - 19 oktyabr 2004-cü il tarixli, 11 nömrəli nağd ödəniş üçün qəbzin surətindən görünür ki, X26 X27 Şərur rayon filialına, Çərçiboğan bələdiyyəsinin hesabına üç milyon iki yüz altmış doqquz min iki yüz on manat ödənilmişdir. - Çərçiboğan bələdiyyə şurasının 10 iyun 2004-cü il tarixli 6 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, kolxozda gedən özəlləşmə zamanı kəndin hamamı X5 nəzərə alınmış, həmin hamama aid olan və ərazisi sayılan 0,7 ha torpaq sahəsi X29 tərəfindən qorunub saxlandığından özünə satılması və qərarın təsdiqi Naxçıvan MR Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. - Çərçiboğan adına kolxozun, kolxozçularının 24 sentyabr 1995-ci il tarixli, 24 nömrəli ümumi iclas protokolundan çıxarış qərarınin surətindən görünür ki, Respublika prezidentinin fərmanına əsasən təsərrüfatlar və müəssisələrdə lazımsız olan tikililərin özəlləşdirilməsini nəzərə alıb, kolxozda 1982-ci ildə tikilmiş 48439 manat balans dəyərində olan hamam binasında istifadə edilməsi yanacaq hesabına mümkün olmadığını nəzərə alıb kolxozun balansında olan hamam binası yeni artırılmış qiymətdə “ƏFSƏR” kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satılmışdır və qərarın təsdiqi Şərur rayon icra hakimiyyətindən xahiş edilmişdir. - 17 iyun 2022-ci il tarixdə Şərur rayon Nikah Evi tərəfindən verilmiş, AZ-İ nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2022-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin iyun ayının 256 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş: - Şərur rayon İcra Hakimiyyəti Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 11 oktyabr 2022-ci il tarixli, 11/10 nömrəli arayışından görünür ki, İddiaçı 04 aprel 2022-ci ildə vəfat etmiş X20 vərəsəsidir. - Naxçıvan MR Dövlət Vergi Xidmətinin məhkəmənin elektron sənəd dövriyyəsi sisteminə ünvanladığı məktubundan görünür ki, “Əfsər” kiçik müəssisəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 may 1994-cü il tarixdə 544 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı 16 yanvar 2023-cü il tarixli, 32 nömrəli məktubundan görünür ki, “Əfsər” kimik müəssisəsi ilə qeyri-kommersiya hüquqi şəxslərin arxivində axtarış edilmiş, lakin heç bir məlumat tapılmamışdır. - Şərur rayonunun Çərçiboğan kəndində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqşünası X10, Yerquruluşu Geodeziya və X9 Cəmiyyətinin Yerquruluşu şöbəsinin rəisi Z.Bayramovun, Çərçiboğan kənd bələdiyyəsi C.Hüseynovun, Çərçiboğan kənd icra nümayəndəsi C.Əsgərovun və iddiaçı Ü. Mehdiyevin iştirakları ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, mübahisəli ərazidə ölçmə işləri aparıldı. Müəssisəyə verilən bina və altının torpaq sahəsi ölçüldü. Ümumi sahə müəyyən olundu. Bələdiyyə qərarı ilə satılan ərazi heç kimin marağına toxunmur. Bələdiyyənin də söylədiklərindən belə nəticəyə gəlmək olar ki, satılan torpaq sahəsi tam qanuna uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib. İcra nümayəndəsi də öz münasibətini bildirərək, ərazidə hamam olub və onu da uzun müddət mərhum Qafar kişi işlədib. Ərazinin sərhədləri iddiaçının iştirakı ilə ölçüldü və ölçülər izah olundu. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanlanmış 15 mart 2023-cü il tarixli, 04/185 nömrəli məktubundan görünür ki, Şərur rayon Çərçiboğan kəndində yerləşən 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən “Əfsər” kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyevə Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satılmışdır. Bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən “Əfsər” kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilərdi. Lakin torpaq sahəsi Çərçiboğan bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli 6 nömrəli qərarına əsasən X3. Çərçiboğan kəndində yerləşən, hamam binasının altında və onun ətrafında olan 8071,9 m2 torpaq sahəsi ehtiyat fondu torpaqları kateqoriyasına aid olmaqla, bələdiyyə mülkiyyətində qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - 19 oktyabr 2004-cü il tarixli, 11 nömrəli qəbzin təsdiq edilmiş surətindən görünür ki, Mehdiyev Qafar tərəfindən hamama aid olan 07 ha torpaq sahəsinin dəyəri olan 3.629.210 (üç milyon iki yüz altmış doqquz min iki yüz on) manat Çərçiboğan bələdiyyəsinin hesabına X17 Şərur rayon filialına ödənilmişdir. - Şərur rayon Çərçiboğan kənd sakini X20 özəlləşdirdiyi hamam binasının altında və ərazisində olan torpaq sahəsinin planı Çərçiboğan kənd İƏD-nin rəhbəri Ə.Mehdiyev, Çərçiboğan bələdiyyəsinin sədri X.Abbasov, Şərur rayon torpaq şöbəsinin mütəxəssisi x.Əliyev tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf Şərur rayonu, Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X20 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə Şərur rayon Çərçiboğan kəndində yerləşən 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən "Əfsər" kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satıldığı, bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən “Əfsər" kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilməsi, lakin torpaq sahəsi Çərçiboğan bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli 6 nömrəli qərarına əsasən X5 və kolxozun ümumi yığıncağının qərarının təsdiq olunması barədə müvafiq sənədin təqdim olunmaması nəzərə alınaraq əmlakın və yerləşdiyi torpaq sahəsinin X20 adına qeydiyyata alınması qanunvericiliyin tələbinə uyğun olmaması bildirilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ Şərur rayon Çərçiboğan kəndində yerləşən 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən "Əfsər" kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satıldığı, bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən Əfsər" kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilməsi, lakin torpaq sahəsi Çərçiboğan bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli 6 nömrəli qərarına əsasən X5 və kolxozun ümumi yığıncağının qərarının təsdiq olunması barədə müvafiq sənədin təqdim olunmaması nəzərə alınaraq əmlakın və yerləşdiyi torpaq sahəsinin X20 adına qeydiyyata alınmasının qanunvericiliyin tələbinə uyğun olmaması ilə bağlıdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X24 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh 1982-ci il tarixdə tikilmiş hamam binası Çərçiboğan kolxozunun ümumi yığıncağının 24 sentyabr 1995-ci il tarixli 24 saylı qərarına əsasən "Əfsər" kiçik müəssisəsinə, Mehdiyev Qafara, Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarəyə satıldığı, bu halda hamam binasının yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən “Əfsər” kiçik müəssisəsinə və adları yuxarıda qeyd olunan şəxslərə satıla bilməsi, lakin torpaq sahəsi Çərçiboğan bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli, 6 nömrəli qərarına əsasən X5 və kolxozun ümumi yığıncağının qərarının təsdiq olunması barədə müvafiq sənədin təqdim olunmaması nəzərə alınaraq əmlakın və yerləşdiyi torpaq sahəsinin X20 adına qeydə alınmasından imtina etmişdir Məhkəmə cavabdehin imtina dəlillərinə münasibət bildirərək qeyd edir ki, Çərçiboğan Bələdiyyəsinin 10 iyun 2004-cü il tarixli, 6 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə özəlləşmə zamanı hamamın X29 tərəfindən alınması nəzərə alınaraq, həmin hamamın altında və ətrafında olan 0.7 ha torpaq sahəsi X29 tərəfindən qorunub saxlandığından, həmin torpaq sahəsi X3. Cavabdeh tərəfindən də həmin torpaq sahəsinin qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu bildirilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, həmin torpaq sahəsi heç kimin marağına toxunmur və 1995-cildən bu günədək iddiaçının istifadəsindədir. Üçüncü şəxslər Mehdiyeva Rozaya, Mehdiyev Məhərrəmə, Mehdiyevə İlhaməyə, Mehdiyevə Gülnarənin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında həmin torpaq sahəsinin X20 adına qeydiyyata alınmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına 04 oktyabr 2016-cı il tarixli qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. ...”İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın ...”İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi rəhbər tutaraq bildirir ki, hazırkı işdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “Şərur rayonu, Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X24 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”ndən imtina edilməsi əsaslı olmamışdır. Buna görə də iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Şərur rayonu, Çərçiboğan kəndində ayrılmış 8071 kv.m. torpaq sahəsinin X24 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-17/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-17/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver