Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-170/2022 29.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Pensiya təminat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının 23 sentyabr 2021-ci il tarixdən yenidən hesablanaraq son tarixədək ona ödənilməsi, ona verilən maddi zərərə görə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən 200 manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsi və dövlət qurumu olaraq ona dolğun cavab vermədiyi üçün Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının hansı məbləğdə olduğu barədə Müdafiə Nazirliyinə sorğu verilməsi tələbi”nə inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Pensiya təminat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının 23 sentyabr 2021-ci il tarixdən yenidən hesablanaraq son tarixədək ona ödənilməsi, ona verilən maddi zərərə görə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən 200 manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsi və dövlət qurumu olaraq ona dolğun cavab vermədiyi üçün Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının hansı məbləğdə olduğu barədə Müdafiə Nazirliyinə sorğu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 01 noyabr 2022ci il tarixli, 2-1(122)-170/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 dekabr 2022-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı pensiya təminatının düzgün ödənilməməsi ilə əlaqədar iddia qaldırdığını, iddia tələbinin birinci hissəsi, yəni “Pensiya təminat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının 23 sentyabr 2021-ci il tarixdən yenidən hesablanaraq son tarixədək ona ödənilməsi, tələbinin üçüncü hissəsi, yəni dövlət qurumu olaraq ona dolğun cavab vermədiyi üçün Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının hansı məbləğdə olduğu barədə Müdafiə Nazirliyinə sorğu verilməsi icra olunduğundan müvafiq qərar verilməsini və iddia tələbinin ikinci hissəsi, yəni ona vurulan maddi zərərə görə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən 200 (iki yüz) manat təzminat ödənilməsinin çəkilmiş prosessual xərc hesab olunaraq baxılmasını xahiş etmiş və bu barədə yazdığı 29 dekabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 “Əmək pensiyalarına əlavələrin verilməsi Qaydası”nın tətbiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 avqust tarixli, 173 nömrəli Qərarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli, 213 nömrəli Qərarına əsasən İddiaçı tərxis olunduğu tarixdən vəzifə maaşından hesablanan əlavələr və digər əlavələr nəzərə alınmaqla ona yenidən 1834,20 (bir min səkkiz yüz otuz dörd manat iyirmi qəpik) məbləğində əmək pensiyası təyin olunduğunu, həmin dövr üzrə ödənilməmiş pensiya məbləği vətəndaşın müvafiq kart hesabına köçürüldüyünü bildirərək, 19 dekabr 2022-ci il tarixli, 01/592 nömrəli məktubu məhkəməyə təqdim etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2022-ci il tarixli, 01/529 nömrəli məktubdan görünür ki, “Əmək pensiyalarına əlavələrin verilməsi Qaydası”nın tətbiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 avqust tarixli, 173 nömrəli Qərarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli, 213 nömrəli Qərarına əsasən, İddiaçı pensiya işi tərəflərindən yenidən araşdırıldığı üçün şifahi məhkəmə baxışının vaxtının 15 iş günündən sonraya təyin olunmasını xahiş olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş ərizəni və sənədləri araşdıraraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçı 29 dekabr 2022-ci il tarixli ərizəsində tələbi cavabdeh inzibati orqan tərəfindən icra olunduğundan müvafiq qərar verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 23 noyabr 2022-ci il tarixli, 01/529 nömrəli məktubundan görünür ki, pensiyanın yenidən hesablanması məqsədilə 15 gün müddət təyin edilməsini xahiş etmişdir. Hazırkı vəziyyətdə iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında mübahisə artıq mövcud deyildir. Məhkəmə iddiaçının yuxarıdakı məzmunlu ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, inzibati məhkəmə icraatında iddiaçının iradə ifadəsi üstün səciyyə daşıdığından məhkəmə bu halı iddiadan imtina kimi qiymətləndirilməli və tələbin birinci və üçüncü hissələrinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hazırkı tələbin ikinci hissəsi olan-ona verilən maddi zərərə görə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən 200 manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsi hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsinə əsasən həmin hissəyə prosessual xərc hesab olunaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 200 manat məbləğində çəkilmiş prosessual xərcin ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, qüvvədə olan inzibati prosessual qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı iddiadan imtina etdikdə prosessual xərcləri ödəmək vəzifəsi də onun üzərinə qoyulur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. - 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 111.3-cü maddəsinə əsasən şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. -115.2-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə tələbin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iradə ifadəsi məhkəmə tərəfindən iddiadan imtina kimi qiymətləndirildiyindən, cavabdeh inzibati orqan tərəfindən onun tələbi icra edildiyində və artıq mövcud olmadığından iş üzrə prosessual xərclər də iddiaçıya aid edilməli və bütövlüklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3, 80 110.1 və 111.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Pensiya təminat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının 23 sentyabr 2021-ci il tarixdən yenidən hesablanaraq son tarixədək ona ödənilməsi, ona verilən maddi zərərə görə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən 200 manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsi və dövlət qurumu olaraq ona dolğun cavab vermədiyi üçün Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən onun üçün təyin olunan pensiya təminatının hansı məbləğdə olduğu barədə Müdafiə Nazirliyinə sorğu verilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. İş üzrə icraata xitam verildiyindən prosessual xərclər iddiaçıya aid edilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-170/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-170/2022
29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver