Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-171/2025 02.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçı X1 və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 12.44 kv.m ölçüdə mağazasının (306 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 50000 (əlli min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəv-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 200000 (iki yüz min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində, qarajların cərgəsində) 24 kv.m ölçüdə qarajlarının qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 70000 (yetmiş min) manat ödənilməsi və mənəvipsixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 150000 (yüz əlli min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 24 kv.m ölçüdə mağazasının (558 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 60000 (altmış min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 210000 (iki yüz on min) manat pulun ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 12.44 kv.m ölçüdə mağazasının (306 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 50000 (əlli min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəv-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 200000 (iki yüz min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində, qarajların cərgəsində) 24 kv.m ölçüdə qarajlarının qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 70000 (yetmiş min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 150000 (yüz əlli min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 24 kv.m ölçüdə mağazasının (558 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 60000 (altmış min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 210000 (iki yüz on min) manat pulun ona ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 02 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırdığını, iddiası cavabdeh inzibati orqan tərəfindən təmin edildiyinə görə iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib bu barədə yazılmış 02 oktyabr 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 12.44 kv.m ölçüdə mağazasının (306 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 50000 (əlli min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəv-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 200000 (iki yüz min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində, qarajların cərgəsində) 24 kv.m ölçüdə qarajlarının qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 70000 (yetmiş min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 150000 (yüz əlli min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 24 kv.m ölçüdə mağazasının (558 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 60000 (altmış min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 210000 (iki yüz on min) manat pulun ona ödənilməsi tələbi”nə dair iş üzrə iddiaçı X1 ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 ərizəsi təmin edilsin. İddiaçı X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 12.44 kv.m ölçüdə mağazasının (306 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 50000 (əlli min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəv-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 200000 (iki yüz min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində, qarajların cərgəsində) 24 kv.m ölçüdə qarajlarının qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 30000 (otuz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 70000 (yetmiş min) manat ödənilməsi və mənəvipsixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 150000 (yüz əlli min) manat pulun, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 24 nömrəli binanın qarşısında (Ə.Əliyev küçəsi istiqamətində) 24 kv.m ölçüdə mağazasının (558 nömrəli sərəncamla) qanunsuz sökülməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 60000 (altmış min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 210000 (iki yüz on min) manat pulun ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-171/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-171/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver