Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-18/2020 05.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğlu, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı fərdi yaşayış evinə çıxarışın verilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı fərdi yaşayış evinə çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. 19 fevral 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin təmin olunması, inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün 10 gün müddət verilməsini xahiş etmişdir. Məhkəmənin 19 fevral 2020-ci il tarixli sərəncamı ilə iddia tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə 02 mart 2020-ci il tarixədək müddət təyin edilmişdir. İddiaçı 02 mart 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı fərdi yaşayış evinə çıxarışın verilməsi barədə iddia qaldırdığını, iddia tələbinin cavabdeh orqan tərəfindən təmin edildiyindən qaldırdığı iddiadan imtina edərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 04 may 2020-ci il tarixdə məhkəməyə daxil olmuş 18 mart 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı vərəsəlik hüququ ilə əldə etdiyi, Şərur rayonunun Kərimbəyli kəndində, 0.325 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 64.35 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə 12 mart 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və onun adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin müraciətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işlə bağlı mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Qeyd olunanlara əsasən İddiaçı iddiadan imtina etməsini əsaslı və həmin imtinanın qəbul edilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının tələbi təmin olunduğu və mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hesab edirəm ki, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 111.3-cü maddəsinin tələbinə əsasən şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Odur ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 67.1, 67.2, 67.3, 80, 85.1 və 111.3-cü maddələrini rəhbər tutaraq, qərar v e r d i m: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı fərdi yaşayış evinə çıxarışın verilməsi tələbinə dair işin icraatına xitam verilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. HAKİM: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-18/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-18/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver