Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-18/2023 23.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən köhnə xəstəxana binasında təmir edib düzəltdiyi baytarlıq aptekinin cavabdeh tərəfindən dağıdılması nəticəsində ona dəymiş 21860 (iyirmi bir min səkkiz yüz altmış) manat məbləğində maddi ziyanın, 65000 (altmış beş min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 136860 (bir yüz otuz altı min səkkiz yüz altmış) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən köhnə xəstəxana binasında təmir edib düzəltdiyi baytarlıq aptekinin cavabdeh tərəfindən dağıdılması nəticəsində ona dəymiş 21860 (iyirmi bir min səkkiz yüz altmış) manat məbləğində maddi ziyanın, 65000 (altmış beş min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 136860 (bir yüz otuz altı min səkkiz yüz altmış) manatın cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin mümkünlük iclasları keçirilmiş və məhkəmənin 23 noyabr 2022-ci il tarixli, 2-1(122)-257/2022 nömrəli sərəncamı ilə işin hazırlıq icraatına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2- 1(122)-257/2022 nömrəli qərardadı ilə Kəngərli Rayon Qarabağlar Bələdiyyəsi üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək 23 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə 18 yanvar 2023-cü il tarixli ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 18 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən köhnə xəstəxana binasında təmir edib düzəltdiyi baytarlıq aptekinin cavabdeh tərəfindən dağıdılması nəticəsində ona dəymiş 21860 (iyirmi bir min səkkiz yüz altmış) manat məbləğində maddi ziyanın, 65000 (altmış beş min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 136860 (bir yüz otuz altı min səkkiz yüz altmış) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia qaldırıldığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müraciətdən görünür ki, iddiaçı və onun nümayəndəsi iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadırlar və iddia tələbinə baxılmasını arzu etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırkı mübahisədə də İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının və onun nümayəndəsinin diqqətinə çatdırılır ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi Nümayəndə 18 yanvar 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən köhnə xəstəxana binasında təmir edib düzəltdiyi baytarlıq aptekinin cavabdeh tərəfindən dağıdılması nəticəsində ona dəymiş 21860 (iyirmi bir min səkkiz yüz altmış) manat məbləğində maddi ziyanın, 65000 (altmış beş min) manat həcmində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş 50000 (əlli min) manat həcmində zərərin əvəzinin, ümumilikdə 136860 (bir yüz otuz altı min səkkiz yüz altmış) manatın cavabdehdən onun xeyrinə tutulması tələbi” barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-18/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-18/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver