Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-180/2025 20.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Vəkil adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmas tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən vəfat etmiş Vəkil adına verilən 03 oktyabr 2023-cü il tarixli qeydiyyat və daşınmaz əmlakın texniki pasportunun ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şahbuz rayonu, X36ində mərhum nənəsi X22 adına həyətyanı torpaq sahəsi və onun üzərində yaşayış sahəsi olmuşdur. Q. Hümbətova 2001-ci il tarixdə vəfat etmişdir. Q. Hümbətova vəfat etdikdən sonra Şahbuz rayonu, X36inin 2001-2005-ci illərə aid 5 saylı təsərrüfatbaşına kitabın 179 №-li şəxsi hesab və 89-cu səhifəsində həmin ev və həyətyanı torpaq sahəsi ailə başçısı olmaqla onun mülkiyyətinə keçmişdir. Vəkilnın adına olan həmin mülki o qəbul etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən onun mülkiyyətində olan ev və torpaq səhvən 03 oktyabr 2023-cü il tarixdə vəfat etmiş nənəsi Vəkilnın adına qeydiyata alınmışdır. 15 noyabr 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon şöbəsinə vəfat etmiş Q. Hümbətovanın adına səhvən verilən daşınmaz əmlakın texniki pasportun ləğv edilməsi və onun adına daşınmaz əmlakın texniki pasportun verilməsi barədə ərizə ilə müraciət etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şəbəsi ərizəni 29 noyabr 2023-cü il tarixdə alsa da, cavab verməmişdir. 16 dekabr 2023-cü il tarixdə təkrarən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinə müraciət etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Dövlət Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi ərizəni 25 dekabr 2023-cü il tarixdə almışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi ərizəni alsa da, bugünə kimi ona cavab verməmişdir. İddiaçının qeyd etdiklərinə əsasən ölmüş adamın adına verilən qeydiyyat ləğv edilməli mülkün sahibi o olduğumdan onun adına qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunu Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Qüvvədə olan mülki qanunvericiliyə görə kəndlərdə kənd üzrə olan təsərrüfatbaşına kitabdan çıxarış vətəndaşın adına olan mülkin qeydiyyata alınması üçün əsas hesab edilərək hüquqi sənətdir. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda ölmüş adamın adına çıxarış verilməsi nəzərdə tutulmamışdır. Bu hal qanun pozuntusudur. İddiaçı göstərilənlərə əsasən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən vəfat etmiş Vəkil adına verilən 03 oktyabr 2023-cü il tarixli qeydiyyat və daşınmaz əmlakın texniki pasportunun ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2- 1(122)-740/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Vəkil adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İddia tələbi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2- 1(122)-740/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 23 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair 23 avqust 2024-cü il tarixli, 04/162 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, mərhum X23 mülkiyyətinə Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-135A, JN-135B, JN-135C və JN-135D nömrəli şəhadətnamləri ilə torpaq sahələri verilmişdir. Əlavə olaraq JN-135B nömrəli torpaq sahəsində 1985-ci ildə tikilən fərdi yaşayış evi mövcuddur. 18 sentyabr 2023-cü il tarixdə mərhum X16 Hümbətova ərizə ilə Şahbuz Rayon Şöbəsinə anasına məxsus fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsinə məqsədilə müraciət etmişdir. Müraciət əsasında yaşayış evinə 03 oktyabr 2023-cü il tarixli, 927 inventar nömrəli texniki pasport verilmişdir. İddiaçı bildirdiyinə görə 2001-ci ildə nənəsi vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evi və digər torpaq sahələri vərəsə kimi onun mülkiyyətinə keçmişdir. Ona məxsus olan fərdi yaşayış evinə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi əsassız olaraq nənəsinin adına çıxarış vermişdir. İddiaçı izah edilmişdir ki, əmlakın onun adına keçməsi barədə heç bir rəsmi sənəd yoxdur. Vərəsəlik hüququ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vasitəsi ilə əldə olunur. İddiaçı Şahbuz Rayon Dövlət Arxivinin 01 sentyabr 2023-cü il tarixli 02/283 saylı arayışını təqdim etməklə həmin arayışa əsasən onun adına X36inin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabında ümumi sahəsi 70.00 m2 olan tikili qeydiyyata alınmışdır. Lakin mərhum X27 aid tikilinin ümumi sahəsi 21.48 m2-dir. İddiaçı qanunvericiliyin tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq arxiv arayışını əlində əsas tutaraq mərhuma aid əmlakların onun mülkiyyətinə verildiyini iddia edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 92-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hüquqların qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair qeyd olunan sənədləri təqdim etdikdən sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təmin edilə bilər. İddiaçı yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə riayət etməklə tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim etməklə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması həyata keçirilə bilər. Məktuba 18 sentyabr 2023-cü il tarixli ərizə, 25 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın müayinəsinə dair akt, mərhum X23 vərəsələri barədə məlumatı özündə əks etdirən arayış əlavə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-180/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 20 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X24 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, çıxarışın, şəhadətnamənin və texniki pasportun surətlərini, arxiv arayışlarını, ərizələri və yaşayış yeri haqqında arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın elektron imza ilə təsdiq edilmiş surətindən görünür ki, Şahbuz rayonu, X36ində yerləşən 0.061 ha torpaq sahəsi və 21.48 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində 22/5 nömrəli reyestr kitabının 935 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi- **********94-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2023). - JN-135D KOD 10505028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 19 nömrəli qərarı ilə X27 0.12 ha torpaq sahəsi verilmişdir. - 03 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş 927 inventar nömrəli, **********94-10301 reyestr nömrəli Şahbuz rayonu, X36ində yerləşən fərdi yaşayış evinin hüquq subyekti kimi X30 qeyd edilmişdir. - Şahbuz Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 01 sentyabr 2023-cü il tarixli, 02/283 nömrəli arxiv arayışından görünür ki, Şahbuz rayon X36inin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarına baxdıqda 2001-2005-ci illərə dair 5 №-li əsərrüfatbaşına kitabın 179 №-li şəxsi hesab və 89-cu səhifəsində İddiaçı ailə başçısı olmaqla adına ümumi sahəsi 70 kv.m., o cümlədən yaşayış sahəsi 60 kv.m. tikili qeyd edilmişdir. - Şahbuz Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 01 sentyabr 2023-cü il tarixli, 02/284 nömrəli arxiv arayışından görünür ki, Şahbuz rayonu, X36inin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarına baxdıqda 2001-2005-ci illərə dair 04 №-li təsərrüfatbaşına kitabın 85 №-li şəxsi hesab və 86-cı səhifəsində X14 ailə başçısı olmaqla adına ümumi sahəsi 60 kv.m., o cümlədən yaşayış sahəsi 48 kv.m. tikili və 0.468 (dörd min altı yüz səksən kv.m.) ha torpaq sahəsi qeyd edilmişdir. Arayışın qeyd hissəsində X14nın 25 noyabr 2001-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinə ünvanlanmış noyabr və 15 dekabr 2023-cü il tarixli ərizələrdən görünür ki, Şahbuz rayonu, X36ində onun adına olan ev və həyətyanı torpaq sahəsinin adına mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli, 105 nömrəli arayışdan görünür ki, Mahmudov X29 şəhəri, 56-cı məhəllə, döngə 3, ev 2A ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş: - İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 08 sentyabr 2024-cü və 11 iyun 2025ci il tarixli iddia ərizəsi ilə eyni məzmunlu məktublardan görünür ki, iddiaçı tələbini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2024-cü il tarixli, 8/65 nömrəli arayışdan görünür ki, X30 23 noyabr 2001-ci ildə vəfat etmişdir, aşağıdakı vərəsələri vardır: 1. X1 qızı-1949; 2. X3 qızı- 1951; 3. X10 qızı-1954; 4. X4 qızı-1956; 5. Oğlu-Vəkil-1959; 6. X5 qızı-1961; 7. Oğlu- Vəkil-1963: 8. X11 qızı-1966: 9. X9-1968. - Şahbuz Rayon Dövlət Arxivinin 12 sentyabr 2024-cü il tarixli, 02/88 nömrəli məktubundan görünür ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz rayon X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təsərrüfatbaşına kitablarına baxdıqda İddiaçı adına illər üzrə aşağıdakı qaydada daşınmaz əmlakları olmuşdur: 2003-2005-ci illər-sahəsi 70 kv.m. ümumi tikililər, o cümlədən 60 kv.m. yaşayış sahəsi olan yaşayış evi; 2006-2010-cu illər-1969-cu ildə tikilmiş sahəsi 70 kv.m. ümumi tikililər, o cümlədən 60 kv.m. yaşayış sahəsi olan yaşayış evi; 2011-2015-ci illər-1969-cu ildə tikilmiş sahəsi 70 kv.m. ümumi tikililər, o cümlədən 60 kv.m. yaşayış sahəsi olan yaşayış evi. X23 25 noyabr 2001-ci ildə rəhmətə getməsi və təsərrüfatın ləğv edildiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 dekabr 2024-cü il tarixli, 02/1278 nömrəli məktubdan görünür ki, Şahbuz rayon Qızılqışlaq kəndinin 1985-2005-ci illərə aid təsərrüfatbaşına kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. Şahbuz rayon X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 1986-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X14nın təsərrüfatı haqqında məlumatların qeyd olunduğu səhifələrin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Şahbuz Rayon Dövlət Arxivinin 19 dekabr 2024-cü il tarixli, 5- 27-31/2-46/2024 nömrəli məktubundan görünür ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz rayon X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 1986- 1990, 1991-1995, 1996-2000, 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X14nın təsərrüfatı barədə məlumatların olduğu səhifələrin surətləri göndərilmişdir. X14 xx.xx.2001-ci il tarixdə vəfat etdikdən sonra təsərrüfatı ləğv edilmişdir. Şahbuz rayon X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sənədlərinə baxdıqda təsərrüfat ləğv edildikdən sonra X14nın daşınmaz əmlaklarının hər hansı şəxsə köçürülməsi barədə heç bir məlumata rast gəlinməmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 dekabr 2024-cü il tarixli, 5-27-26/2-105/2024 nömrəli məktubdan görünür ki, X14nın təsərrüfatı haqqında məlumat X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində yoxdur. Qeyd hissədə göstərilmişdir ki, 1985-1990, 1990-1995, 1995- 2000, 2000-2005-ci illərə dair Şahbuz rayon X36inin təsərrüfatbaşına kitabları Şahbuz Rayon Dövlət Arxivinə təhvil verilmişdir. - Şahbuz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 14 mart 2025-ci il tarixli, 5-27-23/2-23/2025 nömrəli məktubdan görünür ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz rayon X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına baxdıqda İddiaçı adına 2003-2005-ci illərdə sahəsi 70 kv.m. ümumi tikililər, o cümlədən 60 kv.m. yaşayış sahəsi olan daşınmaz əmlakın olması qeyd edilmişdir. Lakin həmin daşınmaz əmlakın X14na aid olması ilə bağlı hər hansı məlumata rast gəlinməmişdir. Müvafiq səhifələrin surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 10 aprel 2025-ci il tarixli, 04/192 nömrəli məktubdan görünür ki, qanunvericiliyə əsasən 2001-ci ilin yanvar ayının 1-dək təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasverici sənəd hesab olunur. Sonrakı illərə dair təsərrüfatbaşına kitablardan çıxarış əsasverici sənəd hesab olunmur. İddiaçı adına olan təsərrüfatın X22 adına olan təsərrüfatla eynilik təşkil edib-etməməsi, eləcə də X22 adına olan təsərrüfatın İddiaçı adına keçib-keçməməsi barədə publik hüquqi şəxsin informasiya bazasında məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 17 iyun 2025-ci il tarixli, 04/320 nömrəli məktubla göndərilmiş JN-135A KOD 10505028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X28 Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 19 nömrəli qərarı ilə 0.01 hektar, JN-135B KOD 10505028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X28 Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 19 nömrəli qərarı ilə 0.06 hektar, JN-135C KOD 10505028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X28 Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 19 nömrəli qərarı ilə 0.02 hektar, JN-135D KOD 10505028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X28 Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 19 nömrəli qərarı ilə 0.12 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı 16 oktyabr 2023-cü il tarixdə mərhum nənəsi Vəkil adına aparılmış qeydiyyatın ləğv edilməsini və onun adına qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının mərhum nənəsinin adına aparılmış qeydiyyatın ləğvi və onun adına qeydiyyatın aparılması üçün hər hansı əsasverici hal və sənədin olmamasına istinad edərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı mərhum nənəsinin adına aparılmış qeydiyyatın ləğv edilərək, həmin əmlakların onun adına qeydiyyata alınmasından ibarətdir. İşin faktiki hallarından aydın olur ki, iddiaçının mərhum nənəsi X27 Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-135A, JN-135B, JN-135C və JN- 135D nömrəli şəhadətnamələr ilə torpaq sahələri verilmişdir. JN-135B nömrəli şəhadətnamə ilə X23 mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində isə 1985-ci ildə tikilmiş fərdi yaşayış evi mövcud olmuşdur. X30 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Şəxsin vəfatından sonra təsərrüfatbaşına kitablarda aparılmış qeydlərə əsasən onun təsərrüfatı ləğv edilmişdir. Bu barədə müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, mərhumun ölümündən sonra təsərrüfatında digər şəxslər olmadığından təsərrüfatı hər hansı vərəsəlik münasibətlərinə məruz qalmayaraq ləğv edilmişdir. Sonradan 18 sentyabr 2023-cü il tarixdə mərhumun qızı Kəmalə Hümbətova ərizə ilə hüquqların dövlət qeydiyyatının aparan orqana müraciət edərək, Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş şəhadətnamələrə əsasən mərhum anasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq araşdırma aparmış və mərhumun sənədləri mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas verdiyindən 03 oktyabr 2023-cü il tarixdə yaşayış evinə 927 inventar nömrəli texniki pasport, 16 oktyabr 2023-cü il tarixdə isə Şahbuz rayonu, X36ində yerləşən 0.061 ha torpaq sahəsinə və 21.48 kv.m. fərdi yaşayış evinə çıxarış verilmişdir. İddiaçı mərhum nənəsinin ölümündən sonra ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin vərəsə kimi onun mülkiyyətinə keçdiyini iddia edir. Tələbinin hüquqi əsası kimi 2003-2005, 2006-2010 və 2011-2015-ci illərə dair Şahbuz Rayon İcra Hakimiyyətinin X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitablarında aparılmış qeydlərə istinad edir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən və məhkəmə tərəfindən aparılmış uzun müddətli araşdırmalar nəticəsində mərhum X30 ilə İddiaçı arasında vərəsəlik münasibətlərini təsdiq edən hər hansı sübut əldə edilməmişdir. Belə ki, bununla bağlı müvafiq şəhadətnamə, vəsiyyətnamə, digər vərəsələrin iddiaçının xeyrinə imtinası və s. mövcud deyil. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi 2003-2005, 2006-2010 və 2011-2015-ci illərə dair Şahbuz Rayon İcra Hakimiyyətinin X36 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitablarında aparılmış qeydlərə münasibətdə qeyd edilməlidir ki, həmin qeydlərin hansı əsasa aparılması, həmin tikililərin iddiaçının mərhum nənəsinin mülkiyyətində olmuş tikililər ilə eynilik təşkil etməsi mübahisəli olaraq qalmışdır. Göründüyü kimi, iddiaçının ləğv edilməsini tələb etdiyi mərhum X23 adına aparılmış qeydiyyat qanunvericiliyin tələbləri baxımından düzgün olduğundan ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. Mərhumun adına aparılmış qeydiyyatın ləğvi üçün əsas olmadığından həmin əmlakların iddiaçının adına qeydiyyata alınması üçün də hər hansı əsas yoxdur. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan Vəkil adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Vəkil adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmas tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Vəkil adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və onun adına daşınmaz əmlakın qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmas tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-180/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-180/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver