Məhkəmə qərarları › İş №2-1(122)-181/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-181/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-181/2025 24.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olmuş Şərur şəhəri, Sabir küçəsində yerləşən 125.5 m2 sahədən ibarət mağaza binasının Cavabdeh qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi ilə birlikdə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş Şərur şəhəri, Sabir küçəsində yerləşən 125.5 m2 sahədən ibarət mağaza binasının Cavabdeh qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 24 fevral 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə 28 dekabr 2024-cü il tarixli, **********206 nömrəli ərizə göndərərək, Cavabdehnə qarşı iddia qaldırdığını, iddiadan imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı 28 dekabr 2024-cü il tarixli, **********206 nömrəli ərizəni müdafiə edərək, iddiadan imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi barədə ərizəyə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olmuş Şərur şəhəri, Sabir küçəsində yerləşən 125.5 m2 sahədən ibarət mağaza binasının Cavabdeh qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbi”nə dair iddiası üzrə İddiaçı nümayəndəsi Nümayəndə 28 dekabr 2024-cü il tarixli, **********206 nömrəli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfə izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə 28 dekabr 2024-cü il tarixli, **********206 nömrəli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “onun mülkiyyətində olmuş Şərur şəhəri, Sabir küçəsində yerləşən 125.5 m2 sahədən ibarət mağaza binasının Cavabdeh qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlaka görə kompensasiya ödənilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar