Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-182/2023 22.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X15 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah Evinə qarşı “Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən X3 adına 14 yanvar 1993-cü il tarixdə 35 saylı doğum haqqında akt qeydinə düzəliş edilməklə X1 Bayramova, adının Tünzalə, ata adının isə Məhərrəm kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən X3 adına 14 yanvar 1993-cü il tarixdə 35 saylı doğum haqqında akt qeydinə düzəliş edilməklə X1 Bayramova, adının Tünzalə, ata adının isə Məhərrəm kimi qeyd edilməsi barədə öhdəliyin cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 fevral 1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, bu barədə 1993-cü il 14 yanvar tarixində Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 35 nömrəli doğum haqqında akt qeydində atası X7, anası X8 olaraq qeyd edilmişdir. İddiaçı təhsil almaq üçün doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçəndə şəhadətnamədə adları düzgün gəlmədiyindən qeydiyyat şöbəsindən doğum akt qeydindən çıxarışın alınması bildirilmişdir. O, Naxçıvan Şəhər 2 saylı Nikah evinə müraciət etmiş, həmin zaman məlum olmuşdur ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib olunmuş 35 saylı doğum haqqında akt qeydində uşağın soyadı Hüseynova, adı Şəbnəm, ata adı Canbağış oğlu, doğum tarixi xx.xx.1981-ci il, ata haqqında məlumat X10, ana haqqında məlumat X2 qeyd olunmuşdur. Bundan sonra doğum akt qeydində düzəlişlərin aparılması üçün Naxçıvan şəhər 2 saylı Nikah Evinə müraciət etmiş, Naxçıvan şəhər 2 Nikah Evi 21 dekabr 2022-ci il tarixli, 05/Q-477/15 nömrəli məktubunda "Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından düzəliş olunmasının mümkün olmadığı bildirilmiş, doğum akt qeydində düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən X3 adına 14 yanvar 1993-cü il tarixdə 35 saylı doğum haqqında akt qeydinə düzəliş edilməklə X1 Bayramova, adının Tünzalə, ata adının isə Məhərrəm kimi qeyd edilməsi barədə öhdəliyin cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan 27 fevral 2023-cü il tarixli, 05/Q- 80/13 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib olunmuş, 35 saylı doğum haqqında akt qeydində uşağın soyadı Hüseynova, adı Şəbnəm, ata adı Canbağış, doğum tarixi xx.xx.1981-ci il, ana haqqında məlumat X8, ata haqqında məlumat X10 yazılmışdır. Vətəndaşa onun digər sənədlərdə adının İddiaçı kimi dəyişilməsinin səbəbinin onlara məlum olmadığı izah edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən vətəndaşa ad qrafasında İddiaçı yazılmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 may 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan şəhər 2 saylı Nikah Evinin 21 dekabr 2022-ci il tarixli, 05/Q-477/15 nömrəli məktubundan məlum olur ki, Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib olunmuş, 35 saylı doğum haqqında akt qeydində uşağın soyadı Hüseynova, adı Şəbnəm, ata adı Canbağış oğlu, doğum tarixi xx.xx.1981-ci il, ata haqqında məlumat X10, ana haqqında məlumat X5 yazılmışdır. Təqdim edilən doğum haqqında şəhadətnamədə hansı əsasla adın Tünzalə, soyadın Bayramova, ata adının X7 yazılması onlara məlum deyildir. Bu səbəbdən doğum haqqında akt qeydinə düzəliş olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparıldığı bildirilərək doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. - 17 sentyabr 2002-ci il tarixdə verilmiş, BN seriyalı, 569001 nömrəli əsas təhsil haqqında şəhadətnamədən aydın olur ki, İddiaçı C.Naxçıvanski adına 11 №-li orta məktəbdə oxumuş və 1996-cı il tarixdə həmin məktəbi bitirmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 9152 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Vətəndaşlıq X4 Şöbəsi tərəfindən verilmiş 14 yanvar 1993-cü il tarixli, X-ЖГ seriyalı, 385739 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı 02 fevral 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X7, ana X8 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 yanvar 1993-cü il tarixdə 3515 nömrə ilə qeyd edilmişdir. - 472036 nömrəli respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı azərbaycanlıdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından aydın olur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 mart 2023-cü il tarixli, 2/2898 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx.xx.1981-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və məhkumluğu barədə məlumat yoxdur Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-ci bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Naxçıvan şəhər VVAQ şöbəsində 14 yanvar 1993-cü il tarixdə tərtib olunmuş 35 saylı doğum haqqında akt qeydində X3 ad qrafasında yanlışlıqla “Tünzalə” əvəzinə “Şəbnəm”, soyadı qrafasında “Bayramova” əvəzinə “Hüseynova”, ata adı qrafasında isə “Məhərrəm” əvəzinə “Canbağış” yazılmışdır. Eyni zamanda məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 14 yanvar 1993-cü il tarixli, 35 saylı nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliyin olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Qeyd olunan hal üzrə orqanın imtinası isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassız olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah Evinə qarşı “Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən X3 adına 14 yanvar 1993-cü il tarixdə 35 saylı doğum haqqında akt qeydinə düzəliş edilməklə X1 Bayramova, adının Tünzalə, ata adının isə Məhərrəm kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən X3 adına 14 yanvar 1993-cü il tarixdə 35 saylı doğum haqqında akt qeydinə düzəliş edilməklə X1 Bayramova, adının Tünzalə, ata adının isə Məhərrəm kimi qeyd edilməsi barədə öhdəlik cavabdeh Naxçıvan şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-182/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-182/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver