Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-183/2021 29.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qarabağ döyüşçüsü olaraq döyüş yoldaşlarının əksəriyyətinin Bakı şəhərində yaşamasını və onun müharibə iştirakçısı olması faktını təsdiq edə biləcəklərini nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. O, xx xxxxxx N96N-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, ailəlidir, üç övladı və dörd nəvəsi vardır. Təxminən N2ci ilin fevral ayının N2-ci günündən sonra Naxçıvan şəhərindən Ağdam rayonuna getmiş və Ağdam rayonunda Milli Qəhrəman Allahverdi Bağırovun yaratdığı könüllülərdən ibarət dəstənin tərkibinə daxil olmuşdur. Bundan sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirinin 083 saylı, N9 mart N2-ci il tarixli əmrinə əsasən Eldar Bağırov adına yaradılmış N saylı hərbi hissədə könüllü olaraq N mart N2-ci ildən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Xidmət etdiyi dövrlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə olunmasında fəal iştirak etmiş, həmçinin Xocalı hadisələrində döyüşçü yoldaşları X7, X8, XNN, X4 və digərlərinin iştirakı ilə Xocalı sakinlərinin düşmənin terror təcavüzündən xilas olunmalarında yaxından iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 28 dekabr 2020-ci il tarixli, 9/2-NN095 nömrəli arxiv arayışından aydın şəkildə görünür ki, N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli, N nömrəli, N may N2-ci il tarixli, N2 nömrəli, N4 iyun N2-ci il tarixli, N nömrəli əmrilə onun hərbi hissənin tərkibinə daxil olması və nəzərdə tutulan təchizat növləri ilə təmin olunaraq kəşfiyyat tağımında kəşfiyyatçı vəzifəsinə təyin edilməsi və xəstəliyi ilə əlaqədar olaraq N saylı hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli, N7N nömrəli əmrilə 0N noyabr N2-ci il tarixdən hissə əsgərliyindən azad edilməsi qeyd edilmişdir. Bundan başqa Müdafiə Nazirliyinin E.Bağırov adına N saylı hərbi hissə tərəfindən verilmiş N3 sentyabr N2-ci il tarixli, 992 nömrəli arayışda həqiqətən, onun N saylı hərbi hissədə qulluq etməsi qeyd edilmişdir. Həmçinin mənzil sahəsinə ehtiyacı nəzərə alınaraq Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin Naxçıvan Mənzil-İstismar İdarəsinə ünvanladığı N7 avqust N2-ci il tarixli, 35N nömrəli məktubunda N saylı hərbi hissənin əsgəri İddiaçı mənzillə təmin olunması xahiş olunmuş, sonradan döyüşlərdə fəal iştirakı nəzərə alınaraq mənzillə təmin olunmuşdur. İddiaçı əlavə olaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublikasında yaradılan X2 sədri kimi də fəaliyyət göstərmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran Adlarının və X3 üzrə Komissiya”ya müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq cavabdeh orqanın Şəxsi Heyət Baş İdarəsi tərəfindən 07 may 202N-ci il tarixli, N/S-NN250 saylı ona ünvanlanan imtina məktubunda bildirilmişdir ki, "döyüş əməliyyatları aparılan zaman N noyabr N2-ci il tarixdən sonra hərbi xidməti, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına və Xəzər Rayon Məhkəməsinin N9 mart 202N-ci il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Ərizəçiyə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati məhkəmə qaydasında şikayət hüququna malik olduğu izah olunmuşdur. İddiaçı cavabdehin imtinasını tamamilə əsassız hesab etdiyindən öz hüquqlarının və qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyul 202N-ci il tarixli, 2-N(NN2)-726N/202N nömrəli qərardadı ilə İddiaçı ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 02 iyul 202N-ci il tarixli, 2-N(NN2)- 726N/202N nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 09 sentyabr 202N-ci il tarixli, NN/4323 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsasız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən "N988-ci il fevralın N-dən N4-cü ilin mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Müdafiə nazirinin 06 yanvar N8-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş "Müharibə veteranı", "Silahlı qüvvələr veteranı" və "Əmək veteranı" adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, "Müharibə veteranı" adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı", "Silahlı qüvvələr veteranı" və "Əmək veteranı" adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əlavə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə "Müharibə veteranı" adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 dekabr 2020-ci il tarixli, 9/2-NN095 nömrəli arayışına əsasən İddiaçı barəsində döyüş əməliyyatları aparılan zaman N noyabr N2-ci il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N noyabr N2-ci il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Həmçinin, N nömrəli hərbi hissə komandirinin iyul-sentyabr N2-ci tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N6-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 24 yanvar N6-cı il tarixli əmrinin N–ci bəndində qeyd edilmişdir ki, N0 fevral N6-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüququ olan, lakin hərbi hissəni özbaşına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materialllarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı "Müharibə veteranı" statusu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət etməsinin sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin NN noyabr 202N-ci il tarixli, 2-N(N22)-N83/202N nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 noyabr 202N-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə 20 noyabr 202N-ci il tarixli məktub göndərərək sağlamlığı ilə əlaqədar məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. NN noyabr 202N-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin N9 mart 202N-ci il tarixli, 2(003)- N764/202N nömrəli qərardadından aydın olur ki, İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş 28 dekabr 2020-ci il tarixli, 9/2-NN095 nömrəli arxiv arayışının surətindən məlum olur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin tərkibinə daxil edilmiş və nəzərdə tutulan təchizat növləri ilə təmin olunaraq kəşfiyyat tağımında kəşfiyyatçı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N may N2-ci il tarixli, N nömrəli əmrində hərbi hissənin kəşfiyyat tağımının əsgəri İddiaçı Babək Rayon DİŞ-nin 04 aprel N2-ci il tarixli müvafiq məktubuna əsasən N0 fevral N2-ci il tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N23-cü maddəsi ilə təqsirli bilinib Babək Rayon Xalq Məhkəməsi tərəfindən N il 6 ay azadlıqdan məhrum edilmədən şərti məhkum olunduğuna görə, həmin məktubdakı xahişlər geri qaytarılmaq şərti ilə hissə əsgərliyindən azad edilməsi barədə məlumat qeyd edilmişdir. Hərbi hissənin kəşfiyyat tağım komandirinin və kəşfiyyatçıların zəmanəti, Qarabağdakı vəziyyəti nəzərə alaraq N nömrəli hərbi hissə komandirinin N may N2-ci il tarixli, N2 nömrəli əmrilə İddiaçı kəşfiyyat tağımına qəbul olunmuşdur. Kəşfiyyat tağımının əsgəri İddiaçı hərbi qayda-qanunu pozduğuna görə bölük komandirinin təqdimatı əsasında N nömrəli hərbi hissə komandirinin N9 may N2-ci il tarixli, N9 nömrəli əmrilə hissə əsgərliyindən azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin N4 iyun N2-ci il tarixli, N nömrəli əmrilə İddiaçı kəşfiyyat tağımına qəbul edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hospitalının 25 sentyabr N2-ci il tarixli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin 0N oktyabr N2-ci il tarixli, N3N nömrəli əmrilə kəşfiyyat tağımının əsgəri İddiaçı 24 sentyabr N2-ci il tarixdən 07 noyabr N2-ci il tarixədək məzuniyyətə buraxılmışdır. Kəşfiyyat tağımının əsgəri İddiaçı xəstəliyi ilə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli, N7N nömrəli əmrilə əmək haqqı ödənməmək şərti ilə 0N noyabr N2-ci il tarixdən hissə əsgərliyindən azad edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin iyul-sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı (Mirzəmməd) oğlunun yaralanması barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin E.Bağırov adına N nömrəli hərbi hissəsi tərəfindən verilmiş NN sentyabr N2-ci il tarixli, 99N nömrəli arayışın surətindən aydın olur ki, İddiaçı həqiqətən, N nömrəli hərbi hissədə qulluq etmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03 fevral 202N-ci il tarixli, N/S-N70N nömrəli məktubdan məlum olur ki, ona "Müharibə veteranı" vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayış, şəxsiyyət vəsiqəsinin surətini, hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə və nə vaxt xidmət etdiyini qeyd etməklə ətraflı ərizəni Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və X3 üzrə komissiya"ya göndərdiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07 may 202N-ci il tarixli, N/S-NN250 nömrəli məktubdan məlum olur ki, ona "Müharibə veteranı" vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və X3 üzrə komissiya”nın 05 may 202N-ci il tarixli iclasında baxılmış və İddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan zaman N noyabr N2-ci il tarixdən sonra hərbi xidməti, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına və Xəzər Rayon Məhkəməsinin N9 mart 202N-ci il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur - Elektron məhkəmə informasiya sistemindən çıxarılmış, Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən N7 iyul 20N2-ci il tarixdə verilmiş AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, xx xxxxxx N96N-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş Səfərov X5 şəhəri, Xətai məhəlləsi, döngə N7, ev 28 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 03 noyabr 202N-ci il tarixli, 960 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx N96N-ci il təvəllüdlü İddiaçı 05 may N980-ci ildən 09 iyun N982-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına dair məlumat aşkarlanmamışdır. - Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 sentyabr 202N-ci il tarixli, NN/4323 nömrəli iddia ərizəsinə etiraz məktubuna qarşı İddiaçı məhkəməyə ünvanladığı 09 noyabr 202N-ci il tarixli yazılı münasibətindən məlum olur ki, o, N96N-ci ildə Naxçıvan şəhərində ləyaqətli və zəhmətkeş on minlərcə ailələrdən birində doğulub böyümüş, dünyaya ləyaqət və barış töhfəsi verən Naxçıvanda yaşamışdır. Vətənimizin üzərini qara buludlar aldığı zaman Ulu Öndərin çağırışına qoşulub hər bir naxçıvanlı kimi müharibədə iştirak etmişdir. Təxminən N ilə yaxındır ki, Müdafiə Nazirliyinin onu əlaqədar edən şöbələri ilə məktubla ünsiyyətdədir. Müdafiə Nazirliyi dedikdə ağlına ilk düşən xain Rəhim Qazıyev və canını qurtarmaq üçün X9 sığınan Səfər Əbiyev düşür. Dünya imperialist dövlətləri ABŞ, Fransa və Rusiyanın yaratdığı Ermənistan üzərində 44 günlük savaşda Ali Baş Komandanımızın MN-də oturanlara etibar etmədən oranı və medianı blok etmişdir. İnformasiya əlaqələrini dondurmuş və Türkiyədə təlim almış zabit və əsgərlər üzərindən xalqımıza zəfər sevinci yaşatmışdır. Tapdalanmış ləyaqətimizi qurtarmışdır. O, müharibənin mərkəzi olan Ağdamda N saylı hərbi hissədə könüllü olsa da, and içərək vətənini son nəfəsinədək vuruşub mübarizə edəcəyinə söz vermişdir. XN0 dəstəsində, sonra komandir olduğu N saylı hərbi hissədə kəşfiyyatçı olmuşdur. İddiaçı qeyd edir ki, Müdafiə Nazirliyinin Arxiv İdarəsinin onun adına verdiyi arayış bunu təsdiq edir. İddiaçı tərəfindən məktuba 28 dekabr 2020-ci il tarixli arxiv arayışı, N2 avqust N2-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş ev sənədi, 20 iyul N2-ci il tarixli Mərkəzi Hospital epiqrizi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının USM kabinəsinin sənədi əlavə olunmuşdur. Hazırki iş üzrə iddiaçı məhkəmədən ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. Lakin iddiaçının ona veteran adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilərHəmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 7N-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 7-ci maddəsinin N-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Hazırki iş üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunması faktı iş materialları ilə, o cümlədən məhkəmənin araşdırması nəticəsində öz təsdiqini tapmamış, iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmrini və ya arxiv arayışını), həmçinin hərbi biletini və ya onun surətini təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə maneə olur. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Belə olan halda, məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.N, 33.N, 58.7, 68, 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-183/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-183/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver