Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-185/2022 03.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Ekspressbank" ASC ilə onun arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 103840- 0064/14 saylı "islehlak krediti" müqaviləsinə əsasən "xxxx" ASC-ə olan 998,78 manat faiz borcunun və 20 manat dövlət rüsumunun əsas borc hesab edilməsini və kreditin qalıq məbləğinin fərmanın qaydalarına əsasən silinməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Ekspressbank" ASC ilə onun arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 103840-0064/14 saylı "islehlak krediti" müqaviləsinə əsasən "xxxx" ASC-ə olan 998,78 manat faiz borcunun və 20 manat dövlət rüsumunun əsas borc hesab edilməsini və kreditin qalıq məbləğinin fərmanın qaydalarına əsasən silinməsi vəzifəsinin cavabdeh Ekspressbank" ASC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Nəsrəddin Tusi küçəsi, 1/27A ünvanında yerləşən müəssisənin fəaliyyətinin bərpası məqsədi ilə sözü gedən çörək sexinin, 2007-ci ildə aidiyyəti rayon rəhbərliyinin müvafiq razılığı əsasında tikintisi və fəaliyyəti gerçəkləşdirilmiş, digər sənədlər istehsal prosesinin rəsmiləşdirilməsinə uyğun olaraq, aidiyyəti orqanlar tərəfindən rəsmi qaydada təsdiq edilmişdir. 2012-ci ilin may ayında fəaliyyət dövründə aidiyyəti orqanların heç bir iradı və müvafiq məhdudiyyət qərarı olmadan, iş dövründə, heç bir xəbərdarlıq edilmədən, qeyri-rəsmi şəkildə elektrik təchizatı dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-7732/2022 nömrəli qərardadı ilə Ekspressbank" ASC cavabdehlər sırasından xaric edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-7732/2022 nömrəli digər qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə müvafiq olaraq 27 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş inzibati iş həmin gündən icraata qəbul edilmiş və inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların hərəkət və hərəkətsizliyi nəticəsində insan və vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə bağlı mübahisələrə baxıldığı, məhkəməyə daxil olmuş iddia ərizəsinə baxış keçirilərkən iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Mərkəzi Bankının göstərildiyini, Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda Mərkəzi Bankın inzibati orqan kimi təsnif edilmədiyini, həmçinin iddia tələbinin məzmunundan hazırkı iş üzrə mübahisənin müqavilə öhdəliklərindən irəli gəldiyinin məlum olduğunu, göstərilənlərə əsasən qeyd olunan məsələlərlə bağlı iddianın mümkünlüyünü məsələsinə münasibət bildirilməsi və 09 avqust 2022-ci il tarixdə, saat 09:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edilməsi xahiş olunmuşdur. Tərəflər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının mümkünlüyü ilə bağlı növbəti məhkəmə iclası 03 oktyabr 2022-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir.Lakin iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-nin tələbinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə bağlanmış 103840-0064/14 saylı istehlak müqaviləsinə əsasən "xxxx" ASC-ə olan 998,78 manat faiz borcunun və 20 manat dövlət rüsumunun əsas borc hesab edilməsini və kreditin qalıq məbləğinin fərmanın qaydalarına əsasən silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında olan hüquqi marağı tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, müvafiq borcun və qalıq məbləğin silinməsinə dair qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisədə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı olsa da, o, inzibati orqan kimi təsnif olunmamış və hazırkı mübahisə onun inzibati fəaliyyətinin nəticəsi deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan sayılmadığından və mübahisə tərəflər arasında bağlanmış müqavilə öhdəliklərindən yarandığına görə, işə inzibati məhkəmə icraatında baxıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların Təsnifatı”nda Mərkəzi Bank inzibati orqan kimi göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil edilir. - 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. - 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati məhkəmə icraatı qaydasında aparılan inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 4.1-ci bəndində qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. - 17-ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan qanunun normasının məzmunundan və tələbindən görünür ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması, irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olubolmaması, mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqe ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması və belə iradə ifadəsinin iddiaçının hüquqlarına toxunmasının və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2012-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən, məhkəmə iddiaçıya qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında yardım etsə də, iddiaçı iddia ərizəsi və ona əlavə edilən sənədlər əsasında baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçıya qaldırdığı mübahisəli məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Ekspressbank" ASC ilə onun arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 103840-0064/14 saylı "islehlak krediti" müqaviləsinə əsasən "xxxx" ASC-ə olan 998,78 manat faiz borcunun və 20 manat dövlət rüsumunun əsas borc hesab edilməsini və kreditin qalıq məbləğinin fərmanın qaydalarına əsasən silinməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Ekspressbank" ASC ilə onun arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 103840- 0064/14 saylı "islehlak krediti" müqaviləsinə əsasən "xxxx" ASC-ə olan 998,78 manat faiz borcunun və 20 manat dövlət rüsumunun əsas borc hesab edilməsini və kreditin qalıq məbləğinin fərmanın qaydalarına əsasən silinməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. İddiaçıya qaldırdığı mübahisəli məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah edilir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-185/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-185/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver