Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-197/2024 28.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ona məxsus Qıvraq qəsəbəsində 660 kv.m. torpaq sahəsində yerləşmiş, ümumi sahəsi 527.2 kv.m. olan (2 saylı uşaq baxçasının) qeyriyaşayış binasının sökülməsi ilə bağlı ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 350000 (üç yüz əlli min) manat pulun ona ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Qıvraq qəsəbəsində 660 kv.m. torpaq sahəsində yerləşmiş, ümumi sahəsi 527.2 kv.m. olan (2 saylı uşaq baxçasının) qeyri-yaşayış binasının sökülməsi ilə bağlı ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 350000 (üç yüz əlli min) manat pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 iyun 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 27 iyun 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək ona məxsus Qıvraq qəsəbəsində 660 kv.m. torpaq sahəsində yerləşmiş, ümumi sahəsi 527.2 kv.m. olan (2 saylı uşaq baxçasının) qeyri-yaşayış binasının sökülməsi ilə bağlı ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 350000 (üç yüz əlli min) manat pulun ona ödənilməsi tələbinə dair iddia qaldırdığını, 3000 kv.m torpaq sahəsi ilə təmin olunmasına Cavabdeh tərəfindən razılıq verildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ ona məxsus Qıvraq qəsəbəsində 660 kv.m. torpaq sahəsində yerləşmiş, ümumi sahəsi 527.2 kv.m. olan (2 saylı uşaq baxçasının) qeyri-yaşayış binasının sökülməsi ilə bağlı ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 350000 (üç yüz əlli min) manat pulun ona ödənilməsi tələbi"nə dair iddiası üzrə İddiaçı 27 iyun 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 27 iyun 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “ona məxsus Qıvraq qəsəbəsində 660 kv.m. torpaq sahəsində yerləşmiş, ümumi sahəsi 527.2 kv.m. olan (2 saylı uşaq baxçasının) qeyriyaşayış binasının sökülməsi ilə bağlı ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 200000 (iki yüz min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldənçıxmış fayda qismində 100000 (yüz min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 350000 (üç yüz əlli min) manat pulun ona ödənilməsi tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-197/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-197/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver