Məhkəmə qərarları › İş №2-1(122)-2/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-2/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-2/2022 18.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlu, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 08 saylı imtinasının qanunsuz hesab edilməsi və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 24 sentyabr 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə İddiaçı 12 aprel 2022-ci il tarixli ərizəsini Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 08 saylı imtinasının qanunsuz hesab edilməsi və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 24 sentyabr 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş və İPM-nin 49-cu maddəsinə əsasən işin hazırlıq icraatına başlanmışdır. Məhkəmənin 21 dekabr 2020-ci il tarixli, 2-1(122)-128/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 08 saylı imtinasının qanunsuz hesab edilməsi və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 24 sentyabr 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraat Şahid İddiaçı qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” barədə Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan mülki işə baxılaraq qəbul edilmiş yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 12 aprel 2022-ci il tarixli ərizəsindən aydın olur ki, o, məhkəmədə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia qaldıraraq qeyriyaşayış sahəsinə dair 24 sentyabr 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsini xahiş etdiyini, iş üzrə qəbul ediləcək məhkəmə qərarının Şahid ona qarşı Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan mülki iş üzrə məsələnin həllindən asılı olduğundan məhkəmə tərəfindən iş üzrə icraatın dayandırıldığını, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan mülki işə nəticə verildiyini və qəbul edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığını bildirib Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı olan inzibati iş üzrə icraatın təzələnməsini və iddia tələbindən imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 18 aprel 2022-ci il tarixli, 2-1(122)-2/2022 nömrəli qərardadı ilə hazırki işin dayandırılmasına səbəb olmuş hal aradan qaldırıldığından inzibati iş üzrə icraat təzələnmişdir. İddiaçının ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları yazılı icraat qaydasında qəbul edilə bilər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 08 saylı imtinasının qanunsuz hesab edilməsi və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 24 sentyabr 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 12 aprel 2022-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 08 saylı imtinasının qanunsuz hesab edilməsi və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 24 sentyabr 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. HAKİM: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar