Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-20/2021 04.02.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Culfa Rayon Dövlət Notariat Kontorasına qarşı “orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan, avqust 1993-cü il tarixdə mərhum atası X2 adına özəlləşmənin etibarsız hesab olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa Rayon Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa Rayon DNK-da Fərəcov Fərəc ilə X6 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın – qeydiyyat yazısının ləğv olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili vasitəsilə cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Culfa Rayon Dövlət Notariat Kontorasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan, avqust 1993-cü il tarixdə mərhum atası X2 adına özəlləşmənin etibarsız hesab olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa Rayon Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa Rayon DNK-da Fərəcov Fərəc ilə X6 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın – qeydiyyat yazısının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx xxxxxx 2021-ci il tarixli ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim edilən ərizədə iddia ərizəsinin baxılmadan qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina edilmişdir. Məhkəmə iddia ərizəsinin verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi iddiadan imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq-aşkar müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPMin 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Culfa Rayon Dövlət Notariat Kontorasına qarşı “orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan, avqust 1993-cü il tarixdə mərhum atası X2 adına özəlləşmənin etibarsız hesab olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa Rayon Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa Rayon DNK-da Fərəcov Fərəc ilə X6 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın – qeydiyyat yazısının ləğv olunması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıya, iddiaçının nümayəndəsi və vəkilinə izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması yenidən məhkəməyə müraciət edilməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Culfa Rayon Dövlət Notariat Kontorasına qarşı “orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan, avqust 1993-cü il tarixdə mərhum atası X2 adına özəlləşmənin etibarsız hesab olunması, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa Rayon Dövlət Notariat Kontorasında qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa Rayon DNK-da Fərəcov Fərəc ilə X6 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın – qeydiyyat yazısının ləğv olunması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkili Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-20/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-20/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver