Məhkəmə qərarları › İş №2-1(122)-200/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-200/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-200/2021 10.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı4, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakları olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X3 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X3 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, sonrakı hüquqi nəticələrin fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 20 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. 20 oktyabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında İddiaçı4, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil məhkəməyə 20 oktyabr 2021-ci il tarixli ərizə təqdim edərək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X3 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, sonrakı hüquqi nəticələrin fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərini, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X3 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” tələbi olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdirlər. Məhkəmənin 20 oktyabr 2021-ci il tarixli, 2-1(122)-200/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq iclası ilə bağlı məhkəmə iclası 10 dekabr 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı4 və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia qaldırdıqlarını bildirib iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edərək bu barədə yazdıqları 10 dekabr 2021-ci il tarixli ərizələri məhkəməyə təqdim etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçı tərəfin vəsatətinə etirazı olmadığını bildirdi. Məhkəmə İddiaçı4 və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil ərizələrini nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı4 və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdikləri müraciətlərindən görünür ki, onlar iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadırlar və iddia tələbinə baxılmasını arzu etmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X3 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, onların ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 111.3-cü maddəsinə əsasən şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 tərəfindən ödənildiyindən ona aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80, 81 və 111.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı4 və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili və nümayəndəsi Vəkil 10 dekabr 2021-ci il tarixli ərizələri təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X3 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı4 geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar