Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-206/2023 14.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı "ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəyə cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 14 mart 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı 19 dekabr 2022-ci il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinə ərizə ilə müraciət etdiyini, ərizəyə cavabdeh tərəfindən cavab verilmədiyinə görə məhkəmədə iddia qaldırdığını, bundan sonra cavabdehin 23 fevral 2023-cü il tarixdə ona cavab verdiyini bildirib işin icraatına xitam verilməsini xahiş edərək bu barədə yazdığı 14 mart 2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X2 Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 06 mart 2023-cü il tarixli, 101-021/0xxxx/000860 nömrəli məktuba uyğun izahat verərək İddiaçı 23 fevral 2023-cü il tarixdə qanunvericiliyə uyğun cavab verildiyini bildirərək, iş üzrə icraata xitam verilməsininə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi və hüquqi marağı onun tərəfindən Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin cavablandırılması ilə bağlıdır. Hazırki işin hallarından, tərəflərin məhkəmə iclasındakı izahatlarından, Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 06 mart 2023-cü il tarixli, 101-021/0xxxx/000862 nömrəli məktub ilə məhkəməyə göndərilmiş cavab məktubuna dair poçt göndərişinin çatdırılması barədə xəbərnamədən aydın olur ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi 14 mart 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi məktubla da təsdiq olunur. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçının işin icraatına xitam verilməsini xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə hazırkı iş üzrə icraata İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı "ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-206/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-206/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver