Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-21/2022 16.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yaşayır və Şahbuz rayonunun Güney Qışlaq kənd tam orta məktəbində fizika müəllimi işləyir. Əmək fəaliyyətinə 01 fevral 2020-ci il tarixdə başlamışdır. 01 oktyabr 2021ci il tarixdə hamiləlik və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü müddətinə sosial məzuniyyətə buraxılmışdır. 01 oktyabr 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək sosial məzuniyyətdə olmuş və ona işlədiyi səkkiz ay nəzərə alınmaqla 1737.40 manat məbləğində vəsait hesablanmış və ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsi 21 sentyabr 2021-ci il tarixdə xəbərdarlıqla ona müraciət etmiş, hamiləliyə və doğuşa görə müavinət təyin edilərkən ona 596.70 manat artıq ödəniş edildiyini bildirmiş, həmin məbləğin geri qaytarılması xahiş olunmuşdur. X3 Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsi 21 oktyabr 2021-ci il tarixdə 2 nömrəli qərar qəbul etmiş və 596.70 manat məbləğində pulun ondan tutulması qərara alınmışdır. İnzibati orqan tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndinin tələbləri pozulmuşdur. Lakin hüquqi şəxs Əsasnamənin tələblərinin hansı qaydada pozulmasını izah etməmişdir. İddiaçı hesab edir ki, hüquqi şəxsin tələbi və qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə tamamilə ziddir və həmin qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndində kimin müavinət almaq hüququnun olması, hansı halda şəxsin müavinət almaq hüququnun yaranması, müavinətin kim tərəfindən ödənilməsi və s. hallar qeyd edilmişdir. İddiaçı araşdırma zamanı müəyyən etmişdir ki o, səkkiz ay, yəni 01 fevral 2020-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək işləmişdir, iş günlərinin sayı 159 gün olmuş, müavinət hesablanmış və ona 1737.40 manat məbləğində pul ödənilmişdir. Yəni səkkiz ay ərzində aldığı əməkhaqqının məbləği 3249.20 manat olmuşdur. Səkkiz ay ərzində iş günlərinin sayı 159 gün, məzuniyyət müddətində isə iş günlərinin sayı 85 gün olmuşdur. Hesablama bundan ibarətdir ki, onun səkkiz ay ərzində aldığı əməkhaqqı 3249.20 manat, səkkiz ay ərzində olan iş günlərinin sayına, yəni 159 günə bölünərək hər iş gününə düşən orta qazanc məbləği 20.44 manat olmuşdur. Bu məbləğ onun məzuniyyətdə olduğu 126 təqvim gününün 85 iş gününə vurulmaqla onun aldığı 1737.40 manatı təşkil etmişdir (3249.20 man/159 gün=20.44 manX85 gün=1737.40 man). Buna baxmayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin rəhbəri onun səkkiz ay ərzində iş günlərinin sayının 159 gün olmasına baxmayaraq, onun məzuniyyət haqqını hesablayarkən 12 ay işləməməsi və əməkhaqqı almamasına baxmayaraq 12 ay ərzində olan iş günlərinin sayına, yəni 242 iş gününə bölməklə ona 1140.70 manat müavinət verməli olduqlarını bildirməklə 596.70 manat məbləğində pulun ondan geri alınması barədə qərar qəbul etmişdir (3249.20 man/242 gün=13.42 manX85 gün=1140.70 man). İddiaçı üçün qaranlıq məqam ondan ibarətdir ki, o, səkkiz ay ərzində 159 iş günü işləməklə 3249.20 manat, bir gün 20.44 manat aldığı halda, hüquqi şəxsin rəhbəri heç bir əsas olmadan ümumiyyətlə işləmədiyi aylara görə, yəni onun 242 gün işlədiyini qeyd etməklə bir gün üçün 13.42 manat almısan deyərək ondan hansı əsasla 596.70 manat pulun geri qaytarılmasını tələb edir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125, 140 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə istinad edərək öz tələbini əsaslandırmışdır. Həmin Əsasnamənin 28-ci bəndinə göstərilənlərdən də belə nəticəyə gəlmək olar ki, hər bir halda müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Yəni hər bir halda iddiaçıya müavinət hesablanarkən 12 ay ərzində olan iş günlərinin sayına deyil, onun işlədiyi iş günlərinin sayına bölünməklə müəyyən edilməlidir ki, ona ödənilən müavinət də bu qaydadda, yəni düzgün hesablanmış və ödənilmişdir. Ona görə də iddiaçı hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021ci il tarixli, 2 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı yuxarıda göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 17 noyabr 2021-ci il tarixli, 2-1(122)-243/2021 nömrəli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29 noyabr 2021-ci il tarixli, 07/484 nömrəli məktuba əsasən xx.xx.1998-ci ildə Şahbuz şəhərində anadan olmuş, Şahbuz rayonu Qızıl Qışlaq kəndində yaşayan İddiaçı iddia tələbini Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsində 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanması ilə əsaslandırmışdır. Göstərilən bu hesablama əmək məzuniyyətinə aid olduğundan iddia tələbinin əsası kimi qəbul edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Bu maddə məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması ilə yanaşı, ödənilməsi qaydasını da müəyyən edir. Əmək Məcəlləsinin 140cı maddəsinin 2-ci bəndində müəyyən olunmuş qaydanın predmeti orta əmək haqqıdır. İddiaçının mübahisələndirdiyi məsələdə nəzərdə tutulan ödəniş isə əmək haqqı deyil, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” 18 fevral 1997-ci il tarixli, 250-İQ nömrəli Qanununun 9-cu maddəsində müəyyən edilən sosial sığorta ödəmələrindən biri olan hamiləliyə və doğuma görə müavinətdir. Bununla yanaşı, Əmək Məcəlləsinin 142-ci maddəsindən aydın olur ki, əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait işəgötürən tərəfindən formalaşdırılır. Lakin hamiləliyə və doğuma görə müavinət sosial sığorta ödəməsi olduğundan məcburi dövlət sosial sığortası hesabına ödənilir. Ümumiyyətlə, sosial sığorta ödəmələrinin, o cümlədən, hamiləliyə və doğuma görə müavinətin məbləği, hesablanması, təyin edilməsi və ödənilməsi şərtləri ilə bağlı məsələlər Əmək Məcəlləsi ilə deyil, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sosial sığorta haqqında” Qanunun 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Qanunvericilik dedikdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə nəzərdə tutulur. Hamiləliyə və doğuma görə müavinət həmin Əsasnamənin 3-cü hissəsinə əsasən müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur və Əsasnamənin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın hesablanması qaydasını özündə əks etdirən 28-ci bəndinə əsasən hesablanır. Əsasnamənin 28-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər işçinin qazancına və sosial sığorta stajına görə hesablanır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün tələb olunan əsas göstəricilərdən biri sığortaolunanın qazancıdır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında bütün günləri əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı işçinin həmin dövrdə faktiki qazancın işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında olan iş günlərinin sayına bölünməklə tapılır. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; - hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; - uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; - məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər dedikdə, əmək müqaviləsi olan sığortaolunanın müavinətin hesablanması zamanı nəzərə alınan, yəni həmin dövrdə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrü nəzərdə tutulur. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən qaldırılan iddia əsassız və qanunazidd olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 26 yanvar 2022ci il tarixli, 2-1(122)-21/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 16 fevral 2022-ci il tarixə təyin edilmişdir. Hazırki iş üzrə İddiaçı şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan şifahi məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin iddiaçıya 21.10.2021-ci il tarixli, 07/423 nömrəli məktubla ünvanladığı qərarı, xəbərdarlıq məktubunu, Şahbuz Rayon İcra Hakimiyyəti Qızıl Qışlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 noyabr 2021-ci il tarixli, 03-313 nömrəli arayışını, Naxçıvan MR Şahbuz Rayon Təhsil Şöbəsinin 12.11.2021-ci il tarixli, 45 nömrəli arayışını və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin “Artıq ödənilmiş müavinətin tutulması barədə” 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarından görünür ki, 01.10.2020-ci il tarixdən 03.02.2021-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı hamiləliyə və doğuma görə artıq ödənilmiş 596.70 manat (beş yüz doxsan altı manat yetmiş qəpik) məbləğində müavinətin təyin olunması barəsindəki iş materialları nəzərdən keçirilərək Şahbuz rayonu, Güney Qışlaq kəndində yaşayan İddiaçı artıq ödənilmiş 596.70 (beş yüz doxsan altı manat yetmiş qəpik) müavinət məbləğinin tutulması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsi tərəfindən 21 sentyabr 2021-ci il tarixli, 07/380 nömrəli məktubla Şahbuz rayon Güney Qışlaq kənd sakini İddiaçı ünvanlanan xəbərdarlıqdan görünür ki, ona hamiləliyə və doğuma görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarının 6-cı bəndinin tələbləri pozularaq artıq ödənilmiş 596.70 (beş yüz doxsan altı manat yetmiş qəpik) məbləğində pul vəsaitinin könüllü olaraq Fondun büdcəsinə geri qaytarılması xahiş olunmuş, borcu könüllü olaraq 10 (on) gün müddətində ödəmədikdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən barəsində inzibati akt qəbul edilərək məcburi qaydada alınması üçün yaşayış yeri üzrə Şahbuz Rayon İcra və Probasiya Şöbəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin Qızıl Qışlaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli, 03-313 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də Şahbuz rayon, Qızıl Qışlaq kəndində yaşayır və pasport qeydiyyatında dayanır. - Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli, 45 nömrəli arayışdan görünür ki, İddiaçı Şahbuz Rayon Təhsil X9 kənd tam orta məktəbində fevral-sentyabr ayları ərzində cəmi 3249.2 manat (üç min iki yüz qırx doqquz manat iyirmi qəpik) əməkhaqqı almışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1998-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - İddiaçı tərəfindən göndərilmiş cavabdehin iddiaya dair etirazına qarşı iddiaçının 18 dekabr 2021-ci il tarixli iddia ərizəsi ilə eyni məzmunlu yazılı münasibətindən görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarını ləğv etməklə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 07 fevral 2022-ci il tarixli, 07/85 nömrəli məktubundan görünür ki, 2021-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 Hüquqi Şəxsin daxili Audit sektorunun əməkdaşları tərəfindən şöbədə aparılan illik yoxlama zamanı İddiaçı 596.70 manat artıq vəsait ödənildiyi qeyd edilmişdir. Audit sektorunun əməkdaşlarının hesablamasına əsasən İddiaçı orta gündəlik qazancının tapılması üçün səkkiz aylıq əmək haqqının 8 aydakı iş günlərinin sayına deyil, 12 aydakı iş günlərinin sayına bölünməli olduğu bildirilmişdir. İddiaçı artıq ödənilmiş vəsait yoxlamanın nəticəsi ilə əlaqədar tərtib olunmuş akta salınmışdır. Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün şöbəyə müvafiq tapşırıq verilmişdir. Yoxlamanın nəticəsi haqqında tərtib edilmiş arayış və hamiləliyə və doğuma görə müavinət sənədləri məktuba əlavə olunaraq məhkəməyə ünvanlanmışdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 01 oktyabr 2021-ci il tarixdə hamiləlik və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü müddətinə sosial məzuniyyətə buraxılmışdır. İddiaçıya xəstəlik vərəqəsinə əsasən 1737.40 manat müavinət ödənilmiş, sonradan müavinətin 596,70 manat (beş yüz doxsan altı manat yetmiş qəpik) məbləğinin artıq ödənildiyi bildirilərək mübahisəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Şahbuz rayonu Güney Qışlaq kəndində yaşayan İddiaçı artıq ödənilmiş müavinət məbləğinin tutulması qərara alınmışdır. Hazırda iddiaçı qeyd olunan qərarın ləğv edilməsini tələb edir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, ilk öncə, iddiaçıya hamiləliyə və doğuma görə müavinət hesablanarkən yanlışlığa yol verilmiş, Audit yoxlaması zamanı aşkar olunmuş yanlışlığın aradan qaldırılması məqsədilə mübahisəli qərar qəbul edilərək artıq ödənilmiş 596,70 manat (beş yüz doxsan altı manat yetmiş qəpik) müavinətin geri qaytarılması tələb edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin imtinasına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 112-ci maddəsinin 1-ci bəndinin a yarımbəndi üzrə işçilərin məzuniyyət hüququ təmin edildiyi məzuniyyət növlərinin siyahısında sosial məzuniyyətlərin də olması göstərilmişdir. - 19-cu fəsli üzrə hamiləliyə və doğuşa görə məzuniyyətlər sosial məzuniyyətlər siyahısına aid edilmişdir. - 125.1-ci maddəsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. - 131.4-cü maddəsinin a) yarımbəndinə əsasən qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. - 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. - 140.2-ci maddəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığoıtaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra – sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. - 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclər sadalanmış və həmin ödənclərin arasına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) və hamiləliyə və doğuma görə müavinət ayrı-ayrılıqda müəyyən edilmişdir. - 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; - hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; - uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; - məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. - 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. İşin hallarından görünür ki, iddiaçı 01.02.2020-ci il tarixdən Şahbuz rayonunun Qızıl Qışlaq kənd tam orta məktəbində müəllim kimi işə başlamış və 01.10.2021-ci il tarixdə hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. Ona işlədiyi səkkiz ay nəzərə alınmaqla 1737,40 manat vəsait hesablanmış və ödənilmişdir. Sonradan cavabdeh tərəfindən məzuniyyətə görə müavinət hesablanarkən, iddiaçının işlədiyi 8 aylıq müddət üzrə əmək haqqının toplanması nəticəsində alınan vəsait 12 aydakı iş günlərinin sayına bölünmüş, cavabdeh 21.09.2021-ci il tarixdə xəbərdarlıqla iddiaçıya müraciət etmiş, hamiləliyə və doğuşa görə müavinət təyin edərkən ona 596,70 manat (beş yüz doxsan altı manat yetmiş qəpik) artıq ödəniş edildiyini bildirmiş, həmin məbləğin geri qaytarılması xahiş olunmuş və cavabdeh tərəfindən Şahbuz rayonu Güney Qışlaq kəndində yaşayan İddiaçı artıq ödənilmiş 596,70 manat (beş yüz doxsan altı manat yetmiş qəpik) müavinət məbləğinin tutulması barədə 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərar qəbul olunmuşdur. İddiaçının 01.02.2020-ci il tarixdən Şahbuz rayonunun Güney Qışlaq kənd tam orta məktəbində işə başlaması və 01.10.2020-ci il tarixdən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxması işin mübahisəsiz hallarına aiddir. Hazırki iş üzrə mübahisə iddiaçının işlədiyi dövr ərzində əldə etdiyi qazanc əsasında onun orta gündəlik qazancının hesablanması ilə bağlıdır. Göründüyü kimi, iddiaçı yalnız 8 ay işləmiş və həmin aylarda ona məcburi dövlət sosial sığorta haqqı hesablanmış, ona işlədiyi səkkiz ay nəzərə alınmaqla 1737.40 manat məbləğində vəsait hesablanmış və ödənilmişdir. Sonradan cavabdeh vəsaiti 12 aydakı iş günlərinin sayına bölmüş və mübahisələndirilən qərarı qəbul etmişdir. Belə olan halda məlum olur ki, orta gündəlik qazancın hesablanması zamanı cavabdeh iddiaçının işləmədiyi və məcburi dövlət sosial sığorta haqqı hesablanmayan 4 ayı iş günlərinin sayından çıxmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinin məzmunundan görünür ki, orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır və orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrə düşən iş günləri çıxılmalıdır. İddiaçı da işləmədiyi dövrün məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövr olduğunu, bu səbəbdən də orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından həmin dövrün çıxılmalı olduğunu hesab edir. Cavabdeh isə bununla razılaşmır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndində göstərilən normaya istinad edərək son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə müavinət hesablayır. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, istinad edilən normanın məzmunundan aydın olur ki, qanunvericilik orta gündəlik qazancın hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmış dövlərin iş günlərinin sayına əlavə edilməsini nəzərdə tutur. İddiaçının işləmədiyi 4 ay ərzində isə onun məcburi dövlət sosial sığorta haqqı hesablanmadığından cavabdehin həmin müddəti iş günlərinin sayına əlavə etməsi qanunauyğun deyil. Belə ki, əmək qanunvericiliyinin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Belə olan halda iddiaçıya məzuniyyət hesablanarkən ağırlaşdırıcı hal olaraq 8 aylıq əməkhaqqı toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi əsassız olmuşdur. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1252/2021 nömrəli iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanmalı olduğundan, iddiaçı cavabdehin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında yazılı şəkildə əsaslandırılmalı olduğu halda, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Həmçinin həmin Qanunda inzibati aktdan şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilməsi nəzərdə tutulmuşdur. Lakin mübahisələndirilən qərarda hüquq müdafiə vasitələri düzgün göstərilməmiş, qərardan 10 gün müddətində şikayət verilməsi göstərilmişdir. Qeyd olunanlar bir daha sübut edir ki, inzibati akt qəbul edilərkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X6 X7 Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarı ləğv edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-21/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-21/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver