Məhkəmə qərarları › İş №2-1(122)-21/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-21/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-21/2025 12.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X4 mülkiyyətinə verilmiş Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin dəyəri olan 50000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 mülkiyyətinə verilmiş Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin dəyəri olan 50000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 12 mart 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 məhkəməyə ünvanlanmış etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Orderdən görünür ki, Naxçıvan Şəhər XDM İK-nın 17 dekabr 1986-cı il tarixli, 503 nömrəli qərarı ilə X5 bağ üçün Uzunoba gölü ətrafındakı ərazidən 600 kv.m. torpaq sahəsi verilmişdir. - Naxçıvan Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 17 dekabr 1986-cı il tarixli, 25/503 nömrəli qərarının tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri üzrə 63 müəssisə və təşkilatdan ümumi üzvləri 1068 nəfərdən ibarət İİ tərəfdaşlıq 1 saylı əlavəyə uyğun olaraq təsdiq edilmiş və sahəsi 53.8 hektar və 15.0 ha və müvafiq olaraq Uzunoba və “Sirab” su hövzələri ərazilərində ayrılmış torpaq sahələrinin tərəfdaşlıqlar arasında bölüşdürülməsinin Baş planları ortaqlığın hər bir üzvü üçün 600 kv.m. hesabı ilə təsdiq edilmişdir. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 09 iyul 2024-cü il tarixli, 3-2- 4/2-1042/2024 nömrəli məktubundan görünür ki, “Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Naxçıvan şəhər XDS icraiyyə komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında” Naxçıvan MSSR Nazirlər Sovetinin 27 yanvar 1986-cı il tarixli, 24 №-li qərarında qismən dəyişiklik edilməsi haqqında” Naxçıvan MSSR Nazirlər Sovetinin 231 nömrəli qərarı 1986-cı il 23 iyun tarixində qəbul edilmişdir və hazırda qüvvədə deyildir. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli, 18 nömrəli Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının "Naxçıvan şəhərinin “Böyükdüz” ərazisindən ayrılmış 150,0 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında" 2009-cu il 19 fevral tarixli, 35 nömrəli və "Uzunoba" və "Sirab" gölü ətrafında kollektiv bağçılığın təşkili üçün ayrılmış 93,0 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında" 2009-cu il 19 fevral tarixli, 36 nömrəli sərəncamlarının təsdiq edilməsi barədə qərarından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının "Naxçıvan şəhərinin "Böyükdüz" ərazisindən ayrılmış 150,0 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında" 2009-cu il 19 fevral tarixli, 35 nömrəli və "Uzunoba" və "Sirab" gölü ətrafında kollektiv bağçılığın təşkili üçün ayrılmış 93,0 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında" 2009-cu il 19 fevral tarixli, 36 nömrəli sərəncamları təsdiq edilmiş və Naxçıvan MSSR Nazirlər Sovetinin "Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında" Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında" 1986-cı il 23 iyun tarixli, 231 nömrəli, "Kollektiv bağçılıq təşkil olunması məqsədilə Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinə torpaq sahəsi ayrılması haqqında" 1987-ci il 28 avqust tarixli, 293 nömrəli, "Babək rayonunun idarə, müəssisə və təşkilatlarında işləyən Naxçıvan şəhərində yaşayan vətəndaşların bağçılıq yoldaşlığı təşkil edilməsi üçün Babək Rayon XDS İcraiyyə Komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında" 1988-ci il 07 iyul tarixli, 128 nömrəli, "Kollektiv bağçılıq təşkil olunması məqsədilə Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinə torpaq sahəsi ayrılması haqqında" 1988-ci il 08 iyul tarixli, 129 nömrəli, "Kollektiv bağçılıq təşkil olunması məqsədilə Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinə torpaq sahəsi ayrılması haqqında" 1990-cı il 31 yanvar tarixli, 24 nömrəli və "Kollektiv bağçılıq Cəmiyyətləri yaradılması üçün Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinə ayrılmış torpaq sahəsindən istifadə olunması haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 sentyabr tarixli, 168 nömrəli qərarları qüvvədən düşmüş hesab edilmişdir. - Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 nömrəli Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında" Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında" qərarından görünür ki, Naxçıvan şəhər XDS icraiyyə komitəsinə Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılıq təşkili üçün Babək rayonunun ərazisində yerləşən, lakin Şahbuz rayonundakı “XXİİ partiya qurultayı” sovxozun istifadəsində olan qış otlaq sahəsindən 89.4 hektardan istifadə hüququna xitam verilmiş, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinə Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılıq təşkili üçün Babək rayonunun ərazisində olan “Uzunoba” gölünün X2 İdarəsinin istifadəsinə aid olan, lakin meşə idarəsi tərəfindən istifadə olunmayan 53.8 hektar, o cümlədən 29.3 hektar dinc, 24.5 hektar örüş sahəsinin, həmin rayonun ərazisindəki Babək adına sovxozun Sirab kənd yaxınlığından isə 15 hektar dincə qoyulan, cəmi 68.8 hektar torpaq sahəsi ayrılması barədə Babək rayon XDS icraiyyə komitəsinin 17 iyun 1986-cı il tarixli, 174 nömrəli qərarı nəzərə alınmışdır. - Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılıq təşkili üçün Naxçıvan şəhər XDS icraiyyə komitəsinin istifadəsində olan torpaq sahəsi ayrılması haqqında qərarından görünür ki, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinə Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılıq təşkili üçün Babək rayonunun ərazisində yerləşən lakin Şahbuz rayonundakı “XXİİ partiya qurultayı” sovxozun istifadəsində olan qış otlaq sahəsindən 89.4 hektar torpaq sahəsi ayrılması barədə Babək rayon XDS icraiyyə komitəsinin 21 yanvar 1986-cı il tarixli, P-71 nömrəli razılıq məktubu nəzərə alınmış və Şahbuz rayon XDS icraiyyə komitəsinin 22 yanvar 1986-cı il tarixli, 2-24 nömrəli qərarı təsdiq edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 mart 2024-cü il tarixli, 04/74 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X4 adına məktubda bəhs olunan ünvanda daşınmaz əmlak qeydiyyata alınmamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 36 nömrəli sərəncamından görünür ki, Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 №-li, 28 avqust 1987-ci il tarixli, 293 N-li, 08 iyul 1988-ci il tarixli, 129 №-li qərarları ilə kollektiv bağçılıq təşkil olunması məqsədilə Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinə Babək rayonunun “Uzunoba” və “Sirab” gölü ətrafında 93,0 hektar torpaq sahəsi ayrılmışdır. Lakin Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi tərəfindən Naxçıvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatlara kollektiv bağçılığın təşkili üçün ayrılmış “Uzunoba” və “Sirab” gölü ətrafında yerləşən 93,0 hektar torpaq sahəsindən səmərəli istifadə olunmamış və heç bir torpaq vergisi ödənilməmişdir. Yuxarıda göstərilənləri və 16 fevral 2009-cu il tarixli aktını nəzərə alaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasını və 4-cü bəndini nəzərə alaraq “Uzunoba” və “Sirab” gölü ətrafında yerləşən 93,0 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsinə və Babək rayon inzibati ərazisinə daxil edilməsinə sərəncam verilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin mərhum əri X4 mülkiyyətinə verildiyini iddia edərək həmin yaşayış evinə və torpaq sahəsinə görə müvafiq kompensasiya ödənilməsini tələb edir. İş materiallarına isə hüquq müəyyənedici sənəd qismində Naxçıvan Şəhər XDM İK-nın 17 dekabr 1986-cı il tarixli, 503 nömrəli qərarı ilə X5 bağ üçün Uzunoba gölü ətrafındakı ərazidən 600 kv.m. torpaq sahəsi verildiyini ifadə edən order əlavə edilmişdir. Məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun mövcudluğunun müəyyənləşdirilməsi üçün iddiaçının mərhum ərinin mübahisəli ev və torpaq sahəsi üzərində mülkiyyət hüqununun mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, məhkəmə tərəfindən bu istiqamətdə müvafiq araşdırma aparılmış, aidiyyəti orqanlara sorğular verilmiş, iddiaçı tərəf məhkəmə tərəfindən aparılmış prosessual hərəkətlər barədə məlumatlandırılmışdır. Belə ki, iddia tələbinin məzmununda Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin mövcudluğundan bəhs edilsə də, bu barədə hər hansı sübut iş materiallarına əlavə edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da ortaya çıxmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əsas hüquq müəyyənedici sənəd order olsa da, orderin verilməsinə əsas olmuş inzibati akt araşdırılarkən aydın olmuşdur ki, həmin inzibati akt və onun əsasında qəbul edilmiş sonrakı inzibati aktlar hazırda qüvvədə deyil. Belə ki, iddiaçının mərhum əri X5 Naxçıvan Şəhər XDM İK-nın 17 dekabr 1986-cı il tarixli, 503 nömrəli qərarı ilə 600 kv.m. torpaq sahəsi verilmiş, həmin qərarın verilməsinə isə Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli və Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 nömrəli qərarları əsas olmuşdur. Torpaq sahələri uzun illər vətəndaşların istifadəsində olsa da, sonradan müvafiq araşdırmalar aparılmış, torpaq sahələrindən təyinatına uyğun istifadə edilmədiyi və uzun illər torpaq vergisinin ödənilmədiyi aşkarlanmışdır. Bundan sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 36 nömrəli sərəncamı ilə vətəndaşların 93,0 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmiş və Babək rayon inzibati ərazisinə daxil edilməsi qərara alınmışdır. Torpaqların bölüşdürülməsinə əsas olmuş Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 nömrəli qərarı isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli, 18 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin iddiaçının mərhum ərinə verilməsinə əsas olmuş inzibati akt 2009-cu il tarixdən artıq öz hüquqi qüvvəsini itirmişdir. Bu hal isə özlüyündə iddiaçının subyektiv hüquqa malik olması faktını istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə birbaşa nəzərdə tutulduğu halda, iş materiallarından iddiaçının həmin ərazi üzərində mülkiyyət hüquqlarının olmamasını öz təsdiqini tapır. İddiaçı mərhum ərinin həmin daşınmaz əmlaklar üzərində hüququnu təsdiq edən sübutları iş materiallarına əlavə etmədiyi kimi iddiaçı və onun vəkili əlavə hər hansı sübutunun və sənədinin olmadığını, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdirlər. Bununla da, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının müvafiq mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olubolmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə istər yazılı, istərsə də məhkəmə iclaslarında müvafiq yardımlar edilmiş, mümkünlük məsələsi dəfələrlə müzakirə edilmiş, verilmiş müvafiq vəsatətlərin təmin edilməsi və araşdırmalar aparılması zərurəti yarandığından məhkəmə iclasları təxirə salınmışdır. Lakin hazırki vəziyyətdə iddianın mümkünlüyü ilə bağlı halın aradan qaldırılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X4 mülkiyyətinə verilmiş Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X4 mülkiyyətinə verilmiş Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin dəyəri olan 50.000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar