Məhkəmə qərarları › İş №2-1(122)-210/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-210/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-210/2025 13.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən xəsərət alıb hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alıb "Kəşfiyyat və Əks Kəşfiyyat" subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən xəsərət alıb hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alıb "Kəşfiyyat və Əks Kəşfiyyat" subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 13 yanvar 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 09 yanvar 2025-ci il tarixli ərizə göndərərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Kəşfiyyat və Əks Kəşfiyyat" subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsinə dair iddia qaldırdığını, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tələbi təmin edildiyindən, iddiadan imtina etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəni özünün yazdığını və düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən xəsərət alıb hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alıb "Kəşfiyyat və Əks Kəşfiyyat" subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 09 yanvar 2025-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 09 yanvar 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən xəsərət alıb hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alıb "Kəşfiyyat və Əks Kəşfiyyat" subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar