Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-212/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "İ qrup əlil X4 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 noyabr 1995-ci il tarixdə anadan olmuş, 26 avqust 2018-ci il tarixdə vəfat etmiş X4 əlil kimi uşaqlıqdan vəfat etdiyi tarixədək qulluq göstərməklə ilə bağlı təqaüdün verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 16 noyabr 1995-ci ildə anadan olmuşdur. Oğlu uşaqlıqdan birinci qrup əlil olmuşdur. İddiaçı qeyd edir ki, o, uşaqlıqdan əlil övladına qulluq göstərmişdir. O, 26 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Uşaqlıqdan əlil övladına qulluq göstərdiyi üçün müavinətin alınması ilə bağlı mən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 09 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-B-1094/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 2023-cü il 8 yanvar tarixli, 3- 17-9-1/1-B-158/2024 nömrəli qeydiyyat-nəzarət vərəqəsi ilə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Ona ümumilikdə 4 il 7 ay sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb olunan 25 sığorta stajından az olduğu və fərdi şəxsi hesabınızın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı olmadığından, yaşa görə əmək pensiyası təyin etməyin qanunvericilik xaricində olduğu, məlumat üçün onun "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2.-ci maddəsinə (yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) əsasən 1 yanvar 2024-cü il tarixdən yaşa görə sosial müavinət hüququ olduğu bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən 16 noyabr 1995-ci il tarixdə anadan olmuş, 26 avqust 2018-ci il tarixdə vəfat etmiş X4 əlil kimi uşaqlıqdan vəfat etdiyi tarixədək qulluq göstərməklə ilə bağlı təqaüdün verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə 28 iyun 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, "İ qrup əlil X4 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı 58 yaşının tamam olduğu 01 iyul 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 iyul 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 03 iyul 2024-cü il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxx 1965-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 08 yanvar 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sağlamlıq imkanları məhdud olan uşağına vəfat etdiyi 23 yaşınadək qulluq edən ana kimi yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 09 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-B-1094/2024 saylı məktubu ilə İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajının olmadığı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitali qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından az olduğu qeyd edilmişdir. Bu da əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, 01 yanvar 2024-cü il tarixdən onun yaşa görə sosial müavinət almaq hüququ vardır. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona vəfat etmiş övladına qulluq etdiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan 22 dekabr 1995-ci il tarixli, XİX-X 349916 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 16 noyabr 1995-ci il tarixdə anadan olmuşdur. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Qeydiyyat Şöbəsinin 27 sentyabr 2018ci tarixli, AZ-İ seriyalı, 598793 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 31 avqust 2018-ci il tarixli, 03/298 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Bağırova X7 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla övladı X4 xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 18 yaşınadək uşaqlıqdan əlil kimi mərkəz tərəfindən sosial müavinət ödənilmişdir. İddiaçı tərəfindən Fonda əmək kitabçası təqdim edilməmişdir. Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Dövlət Arxivində verilmiş arayışdan görünür ki, İddiaçı 1980-cı il tarixdən 1989-cu il tarixədək M.Əzizbəyov adına sovxozda işləmişdir. Fond tərəfindən müəyyən edilmişdir ki, iddiaçı arxiv arayışında göstərilən illərin heç birində kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunu (200 adam/gün, yaxud 1400 adam/saat) yerinə yetirməmişdir. Onun sadalanan illərdə kolxozda faktiki işlədiyi müddətlər toplandıqda 6376 adam/saat təşkil etmişdir. İddiaçının kolxozda faktiki işlədiyi müddəti kolxozda müəyyən edilmiş əmək iştirakı minimumuna böldükdə (6376:1400=4 il 6 ay) onun kolxozda iş stajının cəmi 4 il 6 ay olduğu müəyyən edilmişdir. Lakin İddiaçı oğlu X4 qulluq etməsini təsdiqləyən və yuxarıda adı çəkilən normaların tələbinə uyğun olaraq səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktı yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "İ qrup əlil X4 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı 58 yaşının tamam olduğu 01 iyul 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan 27 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “İ qrup əlil X4 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadələri: 09 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X5 ona ünvanlanmış suallları cavablandıraraq İddiaçı tanıdığını, İddiaçı ilə 34 ildir qonşu olduqlarını, hazırda ünvan 4 ünvanda 1984-cü ildən yaşadığını, İddiaçı uşağının anadan olandan əlil olduğunu, İddiaçı oğlunun yeriyə bilmədiyini, anadan olandan ölənə qədər nə yeriyə, nə də danışa bilmədiyini, İddiaçı uşaq doğulandan ölənə qədər ona qulluq etdiyini bildirmişdir. 09 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X6 ona ünvanlanmış suallları cavablandıraraq İddiaçı tanıdığını, qonşusu olduğunu, hazırda ünvan 5 ünvanında yaşadığını, İddiaçı oğlu X2 1995-ci ildə anadan olduğunu, onun doğulandan anadangəlmə xəstə olduğunu, İddiaçı oğlunun yeriyə bilmədiyini, X2 anadan olandan ölənə qədər nə yeriyə, nə də danışa bilmədiyini, oğluna anası İddiaçı baxdığını, X2 xəstə olduğu üçün hərbi xidmətə də aparılmadığını, onun təxminən 2017- 2018-ci illərdə rəhmətə getdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yaşayan İddiaçı ünvanladığı 09 fevral 2024cü il tarixli, 3-17-9-1/2-B-1094/2024 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilir ki, ümumilikdə 4 il 7 ay sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb olunan 25 sığorta stajından az olduğu və fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin etmək qanunvericilik xaricindədir. Məlumat üçün bildirilir ki, onun "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) əsasən 1 yanvar 2024-cü il tarixdən yaşa görə sosial müavinət hüququ vardır. - 22 dekabr 1995-ci il tarixdə tərtib edilmiş XİX-ЖГ seriyalı, 349916 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X8 16 noyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı qrafasında X1, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. - 27 sentyabr 2018-ci il tarixdə tərtib edilmiş AZ-İ seriyalı, 598793 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X8 26 avqust 2018-ci il tarixdə Naxçıvan şəhərində spastik serebral iflic səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 sentyabr 2018-ci tarixdə 332 nömrə ilə qeyd edilmişdir. - 03 iyun 1994-cü il tarixli, Vİ-ЖГ seriyalı, 311498 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, 06 yanvar 1959-cu il təvəllüdlü X1 ilə xx xxxx 1965-ci il təvəllüdlü X9 03 iyun 1994-cü il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Nikah şəhadətnaməsinə əsasən ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 31 avqust 2024-cü il tarixli, 03/298 nömrəli arayışdan görünür ki, İddiaçı mərkəzin qeydiyyatında durmaqla övladı X4 görə xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 18 yaşadək uşaqlıqdan əlil kimi, həmin tarixdən isə İ qrup (müddətsiz) əlil kimi ona Mərkəz tərəfindən sosial müavinət ödənilmişdir. - 23 noyabr 2011-ci il tarixli 18 yaşına qədər uşaqlara sosial müavinət təyin edilməsi üçün TSEK-ə göndərişdən məlum olur ki, 16 noyabr 1995-ci il təvəllüdlü X4 uşaq serebral iflicinin qalığı tetraplejik forma diaqnozu qoyulmuşdur. - Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 07 noyabr 2013-cü il tarixli, 098760 nömrəli vəsiqədən aydın olur ki, X8 uşaqlıqdan birinci qrup əlildir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 mart 2000-ci il tarixli, 53 nömrəli arayışda İddiaçı M.Əzizbəyov adına sovxozda işləməsi faktı və 1980-1989-cu illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur. - 10 fevral 2018-ci il tarixdə verilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X8 hərbi xidmət keçməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6966/2024 nömrəli məktubdan aydın olur ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində İddiaçı heç bir növ müavinət təyin edilməmişdir. Həmçinin, Fondun arxivində saxlanılan ödənişi dayandırılmış müavinət işləri bölməsində müvafiq araşdırma aparılmış, lakin İddiaçı aid hər hansı müavinət işi aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 avqust 2024-cü il tarixli, 02/712 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Nərimanov adına xəstəxananın Travmatologiya, Reanimasiya, Nevroloji şöbələrinin 1995-1996-cı illərə aid sənəd materiallarında X2 xəstəlik tarixçəsinə rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Kəngərli Rayon Dövlət Arxivinin 06 avqust 2024-cü il tarixli, 39 nömrəli arxiv arayışından görünür ki, Bağırova (Cəfərova) Nəzakət Yəmən qızının Xok kənd M.Əzizbəyov sovxozunda işləməsi faktı və 1980-1989-cu illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarında adının, soyadının və ata adının “X10” kimi qeyd edildiyi, 1980 və 1989-cu illərin əmr kitablarında (işə girmə və işdən azad edilmə əmrlərinə) adına rast gəlinmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 avqust 2024-cü il tarixli, 02/1049 nömrəli məktubdan məlum olur ki, X2 valideyni Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə dəvət olunmuşdur. Valideynin verdiyi məlumata görə xx.xx.1995-ci il təvəllüdlü X8 1996-cı ildə “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X14” publik hüquqi şəxsinin Nevrologiya şöbəsində stasionar müalicə alıb. “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X14” publik hüquqi şəxsinin təqdim etdiyi məlumata əsasən mərhum X4 aid bütün tibbi sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 sentyabr 2024-cü il tarixli, 02/835 nömrəli məktubla X4 aid 1996-cı il tarixli, 74 nömrəli tibbi kart və əlavələrinin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-9386/2024 nömrəli məktubdan aydın olur ki, Z.Bağırov üçün Naxçıvan şəhər sakini Bağırova (Cəfərova) Nəzakət Yəmən qızına Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2000-ci il tarixdən (ilkin əlillik müəyyən olunan tarix) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşağa görə müavinət təyin edilərək ödənilmişdir. Z.Bağırova xx.xx.2013-cü il tarixdən müddətsiz olaraq İ qrup əlillik müəyyən edildiyindən həmin tarixdən ona İ qrup əlilliyə görə müavinət təyin edilmiş və ödənilmişdir. Həmçinin, ona 17 mart 2014-cü il tarixli, 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “İ qrup əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və Z.Bağırov vəfat edənədək ona müavinət və Prezident təqaüdü məbləği ödənilmişdir. Məktuba əlavə edilmiş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də müayinə aktından çıxarışların məzmunundan aydın olur ki, xx.xx.1995-ci il təvəllüdlü X8 uşaq serebral iflicinin qalığı diaqnozu ilə İ qrup əlil kimi başqasının qulluğuna ehtiyacı olub, onun qəyyumu kimi Cəfərova Nəzakət göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 oktyabr 2024-cü il tarixli, 3-17-9-4/2-1810/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı övladı X4 Naxçıvan Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 2000-ci il 30 oktyabr tarixində “Uşaq serebral iflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 16 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu təyin olunmuşdur. Z.Bağırova sonuncu dəfə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü il 28 noyabr tarixində “Uşaq serebral iflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - 21.2.4-cü maddəsinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; 4.1.7. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajının olması. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina iddiaçının ümumilikdə 4 il 7 ay sığorta stajının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb olunan 25 il sığorta stajından az olması və fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı olmaması ilə əsaslandırılmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, İddiaçı 1980-ci ilin oktyabr ayından 1989-cu ilin may ayınadək Xok kənd M.Əzizbəyov Sovxozunda işləməsi faktı məhkəmənin sorğusuna əsasən dövlət arxivi tərəfindən təqdim edilmiş 15 avqust 2024-cü il tarixli, 02/784 nömrəli arxiv arayışında olan qeydlərlə təsdiqini tapır. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən bu məlumatları daşıyan sənəd kimi müvafiq arayış mötəbər hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən iş stajı üzrə (müvafiq arayış üzrə) dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı qəbul edildikdən) sonra qüvvədə olan qanunvericilik normaları əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabibnetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq, həmin norma iddiaçının 26 aprel 1994cü il tarixədək olan iş stajına münasibətdə tətbiq edilməlidir. Cavabdeh orqanın İddiaçı oğlu X3 qulluq etməsini təsdiqləyən sənədlərin olmaması barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın özü tərəfindən məhkəməyə təqdim olunmuş 25 sentyabr 2924-cü il tarixli, 3-17-9-1/2-9386/2024 nömrəli məktubdan görünür ki, Zəki Bağırov üçün Bağırova (Cəfərova) Nəzakət Yəmən qızına xx.xx.2000-ci il tarixdən (ilkin əlillik müəyyən olunan tarix) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşağa görə müavinət təyin edilərək ödənilmişdir. Z.Bağırova xx.xx.2013-cü il tarixdən müddətsiz olaraq İ qrup əlillik müəyyən edildiyindən həmin tarixdən ona İ qrup əlilliyə görə müavinət təyin edilmiş və ödənilmişdir. Həmçinin, ona 17 mart 2014-cü il tarixli, 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “İ qrup əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və Z.Bağırov vəfat edənədək ona müavinət və Prezident təqaüdü məbləği ödənilmişdir. Eyni zamanda iş materiallarında olan Naxçıvan MR Tibbi Ekspert Komissiyasının qərarı ilə xx.xx.2000-ci il tarixində Uşaq serebral iflicinin qalığı tetraplegiya diaqnozu ilə ümumi və sonuncu dəfə 28 noyabr 2013cü il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin olunmuş və Zəki Bağırov vəfat edənədək (xx.xx.2018-ci il tarixədək) ona müavinət və Prezident təqaüdü ödənilmişdir. Bundan başqa Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsinin 1 nömrəli Mənzil- İstismar Sahəsi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 2277 nömrəli arayışdan aydın olur ki, İddiaçı, həqiqətən, Naxçıvan şəhəri, 2 nömrəli hərbi şəhərcik, mənzil №-36da 1994-cü il tarixdən yaşayır və oğlu mərhum X8 xx.xx.1995-ci il tarixdə anadan olub, anası İddiaçı xx.xx.2018-ci il tarixədək qulluq edib, xx.xx.2018-ci il tarixdə X8 vəfat etmişdir. Beləliklə İddiaçı xx.xx.1995-ci il təvəllüdlü X4 vəfat etdiyi xx.xx.2018-ci il tarixdək 18 yaşadək sağlamlıq imklanları məhdud və 1-ci dərəcəli əlil uşağa özü qulluq etmiş, onu dövlət təminatında olan hər hansı müəssisəyə təhvil verməmişdir. İddiaçının öz övladı X4 vəfat etdiyi xx.xx.2018-ci il tarixədək qulluq etməsi faktını məhkəmə iclasında şahid qismində iştirak edən X5 və X6 da təsdiq etmişdirlər. Göründüyü kimi Zəki Bağırov üçün Bağırova (Cəfərova) Nəzakət Yəmən qızına xx.xx.2000-ci il tarixdən (ilkin əlillik müəyyən olunan tarix) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşağa görə müavinət təyin edilərək ödənilmişdir. xx.xx.2013-cü il tarixdən Zəki Bağırovun vəfat etdiyi xx.xx.2018-ci il tarixədək müddətsiz olaraq İ qrup əlillik müəyyən edildiyindən ona İ qrup əlilliyə görə müavinət təyin edilmiş və ödənilmişdir. Göstərilən bütün bu hallar İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığorta stajı götürülməsinə imkan verir. Beləliklə, İddiaçı 1980-1989-cu illərdə Xok kənd M.Əzizbəyov sovxozunda işlədiyi və 2000-2018-ci illərdə sağlamlıq imkanları məhdud 18 yaşınadək və İ qrup əlil uşağa qulluq etdiyi dövrlər nəzərə alınmaqla, ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Onun “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə əsasən (63 il 6 ay) 5 il azaldılmaqla 58 il 6 ay yaşına çatdığı 01 yanvar 2024-cü il tarixdən pensiya hüququ yaranmışdır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin araşdırılması zərurəti yaranmadığından, məhkəmə icraatında həmin xüsusatlara toxunulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Vurğulanmalıdır ki, inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. Odur ki, məhkəmə cavabdeh orqanın qərarında qeyd olunan dəlillərini əsaslı saymır. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "İ qrup əlil X4 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İ qrup əlil X4 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev