Məhkəmə qərarları › İş №2-1(122)-213/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-213/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-213/2023 20.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ilin sentyabr ayında torpaq sahəsi verilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir və müraciətinin əsasında onun ad, soyad və ata adını soruşub qeydiyyata almışlar. 1993-cü ilin dekabr ayında ona Naxçıvan şəhəri, 59-cu məhəllədə torpaq sahəsinin ayrıldığı bildirilmişdir. İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı ilə həmin torpaq sahəsinin ayrıldığı əraziyə getdiklərini və torpaq sahəsinin yeri-koordinatlarının və həmin torpaq sahəsinin ayrılmasına-ünvanına dair torpaq sahəsinin planının ona təqdim edildiyini qeyd etmişdir. Həmin sənəddə Naxçıvan şəhəri 59-cu məhəlləsində 34-№-li torpaq sahəsinin İddiaçı Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№- li qərar ilə verildiyinə dair Naxçıvan şəhər XDM İK-nin ştamplı möhürü ilə təsdiqli məlumat əks olunmuşdur. Həmçinin ona verilən torpaq sahəsinin planı Naxçıvan şəhər XDM İK-nin sədr rmüavini Ə.Hüseynov və baş memar Q.Cəfərov tərəfindən imzalanaraq təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan şəhəri 59-cu məhəlləsində 34-№-li torpaq sahəsi üzərində yaranan əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və X10 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə ərizə ilə müraciət etmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak vəX10 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi də 24 yanvar 2023-cü iltarixli, 02/21 nömrəli məktubla ona Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993cü il tarixli qərarından çıxarışın təqdim ediləcəyi təqdirdə müvafiq müraciətinə qanuna müvafiq baxılacağını göstərmişdir. Həmçinin, iddiaçı qeyd etmişdir ki, Naxçıvan şəhər XDM İK-nın vəzifəli şəxsləri- sədr müavini Ə.Hüseynov və baş memar Q.Cəfərov tərəfindən imzalanaraq təsdiqlənmiş torpaq sahəsinin planına və ünvanına dair sənədin ona verilməsindən sonra Naxçıvan şəhəri 59-cu məhəllə, 34 №-li torpaq sahəsinə köçmüş, fərdi yaşayış evi tikmiş, bu günədək o və ailə üzvləri həmin ünvanda yaşamış və həmin ünvan üzrə pasport qeydiyyatına alınmışlar. Torpaq sahəsinin plan cizgisində Naxçıvan şəhər XDM İK-nin ştamplı möhürü ilə təsdiqli qeydiyyatdan aydın görünür ki, Naxçıvan şəhəri 59-cu məhəlləsində 34-№-li torpaq sahəsi İddiaçı Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№ li qərarına əsasən verilmişdir. Həmin dövrdə qeyd edilən qərar ona təqdim edilməmiş, müvafiq qərarın lazımi qavdada saxlanılması və arxivləşdirilməsi üçün onun hər hansı öhdəliyi olmamışdır. İddiaçı bir sıra qanunvericilik aktlarına istinad edərək qeyd olunanlara əsasən məhkəmədən Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(122)-213/2023 nömrəli sərəncamı ilə əlaqədar bildirmişdir ki, Mədətov X2 şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən yaşayış evinin inventarlaşdırılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xidmətə müraciət etmişdir. Lakin hüquqların qeydiyyatı üçün əsas olan Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№-li qərarını və ya müvafiq arxiv arayışını təqdim edə bilmədiyi üçün hüquqların qeydiyyatı aparılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(122)- 213/2023 nömrəli qərardadı ilə İddiaçı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidməti ilə əvəz edilmişdir. Həmçinin məhkəmə 28 mart 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə xx.xx.1993-cü il tarixli, 517 nömrəli qərarın surətinin məhkəməyə təqdim olunması barədə sorğu göndərmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 08 iyun 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 07 iyul 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə prosesində İddiaçı və iddiaçının vəkili Vəkil müvafiq orqana sorğu verib məhkəməyə sübut təqdim etmələri üçün məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etdilər. Buna görə də şifahi məhkəmə baxışı iclası 20 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iddiaçının vəkili Vəkil bildirmişdir ki, torpaq sahəsinin ayrılmasına dair məhkəməyə təqdim olunan torpaq sahəsinin plan cizgisində İddiaçı həmin torpaq sahəsinin Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 517 nömrəli qərarı əsasında verildiyi qeyd olunmuşdur. Lakin həmin qərar və siyahının iddiaçıda olmadığını, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən verilən sorğu əsasında Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan Şəhər XDM İK-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərarın surətində də iddiaçıya həmin tarixdə hər hansı torpaq sahəsinin verilməsi barədə qeyd olmadığını və cavabdeh inzibati orqanın hüquqların qeydiyyatı üçün əsas olan Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 517 nömrəli qərarının və ya müvafiq arxiv arayışının təqdim edilmədiyi səbəbindən hüquqların qeydiyyatını aparmasının mümkün olmadığını qeyd etmiş və məhkəmədən Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 517 nömrəli qərarı ilə təsdiq olunmuş torpaq sahəsinin plan cizgisi əsasında Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə İddiaçı müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin nümayəndəsi X3 bildirmişdir ki, Naxçıvan şəhəri 59-cu məhəllə, 34 ünvanda yerləşən fərdi yaşayış evinin texniki inventarlaşdırılmasının aparılması və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2 bəndinə əsasən şəhər, rayon, xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən Naxçıvan Şəhər XDM İK-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərar iddiaçı tərəfindən təqdim edilməlidir, lakin o, həmin qərarı cavabdeh orqana təqdim etməmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan Şəhər XDM İK-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərarın surətində iddiaçını adının olmadığına görə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, qərara əsasən verilmiş torpaq sahəsinin təsdiq edilmiş plan cizgisini, ailə tərkibi haqqında arayışı, yaşayış yeri haqqında arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkünlük iddia olsa da, mahiyyəti baxımından əsassızdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Naxçıvan şəhər, 59-cu məhəllə, ev 34-də yaşayan İddiaçı ünvanlanan 24 yanvar 2023-cü il tarixli, 02/21 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri 59-cu məhəllə, 34 ünvanında yerləşən fərdi yaşayış evinin texniki inventarlaşdırılmasının aparılması və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərman ilə təsdiq edilmiş ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2 bəndinə əsasən şəhər, rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən Naxçıvan Şəhər XDM İk-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərar təqdim edildikdə, tələbə baxılacağı qeyd olunmuşdur. - Naxçıvan Şəhər XDM İk-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərar əsasında təsdiq olunmuş torpaq sahəsinin plan cizgisindən görünür ki, Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli 517 nömrəli qərarı əsasında Mədətov X2 şəhəri 59-cu məhəllə, 34 №-li torpaq sahəsi ilə təmin olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 647 nömrəli arayışdan görünür ki, Mədətov X2 şəhəri 59-cu məhəllə, ev 34 ünvanında qeydiyyatdadır və X6 (həyat yoldaşı), X4 (oğlu) və X5 (oğlu) onun ailə üzvləridir. -Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 648 nömrəli arayışdan görünür ki, Mədətov X2 şəhəri 59-cu məhəllə, ev 34 ünvanında yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1954-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, ünvan 5 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş: -Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış, 04 aprel 2023-cü il tarixli 02/165 nömrəli məktubu ilə göndərdiyi Naxçıvan Şəhər XDM İK-nin 20 dekabr 1993-cü il tarixli 517 nömrəli qərarının surətindən görünür ki, 1993-cü il tarixdə İddiaçı hər hansı torpaq sahəsi verilməmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan, iddiaçının, onun vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəf Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçıya ünvanlandığı məktubda olduğu kimi, Naxçıvan şəhəri 59-cu məhəllə, 34 ünvanında yerləşən fərdi yaşayış evinin texniki inventarlaşdırılmasının aparılması və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2 bəndinə əsasən şəhər, rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən Naxçıvan Şəhər XDM İk-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərar təqdim edilməli olduğunu, yalnız bundan sonra müraciətə baxıla biləcəyini qeyd edir. Həmçinin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış, 04 aprel 2023-cü il tarixli 02/165 nömrəli məktub ilə göndərdiyi Naxçıvan Şəhər XDM İK-nin 20 dekabr 1993-cü il tarixli 517 nömrəli qərarının surətindən göründüyü kimi həmin qərarda İddiaçı hər hansı torpaq sahəsi verilməsi halına rast gəlinməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Belə ki, 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq sahəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. -11-ci maddəsinə əsasən torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. -23-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir:

1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək;

2. Torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq;

3. Torpaq kadastrının aparılmasını təşkil etmək. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin , onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ Naxçıvan Şəhər XDM İk-nin 20 dekabr 1993-cü il tarixli 517 nömrəli qərarı əsasında İddiaçı verilən torpaq sahəsi ilə bağlıdır. Belə ki, 1993-cü ilin dekabr ayında iddiaçıya Naxçıvan şəhəri, 59-cu məhəllədə torpaq sahəsinin ayrılmış, həmin torpaq sahəsinin yeri-koordinatlarının və ayrılmasına-ünvanına dair torpaq sahəsinin planı təqdim olunmuş və həmin sənəddə Naxçıvan şəhəri 59-cu məhəlləsində 34-№ li torpaq sahəsinin İddiaçı Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü iltarixli, 517-№-li qərarı ilə verildiyinə dair Naxçıvanşəhər XDM İK-nin ştamplı möhürü ilə təsdiqli məlumat əks olunmuşdur. Lakin Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№-li qərarında İddiaçı torpaq sahəsi verilməsi ilə bağlı hər hansı qeydə rast gəlinməmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda və nümayəndəsinin ilkin olaraq məhkəmə iclaslarında verdiyi izahatlarda İddiaçı müraciətinə baxılması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2 bəndinə əsasən şəhər, rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən o, Naxçıvan Şəhər XDM İk-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərarı təqdim etməlidir. Lakin yuxarıda da qeyd olunduğu kimi, Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№-li qərarında İddiaçı torpaq sahəsi verilməsi ilə bağlı hər hansı qeydə rast gəlinməmişdir Buna görə də, hazırkı vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilməməlidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrdə əsas məsələ məhkəmə tərəfindən cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə cavabdehin imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi qanunidir. Belə ki, iddiaçının iş materiallarında olan torpaq sahəsinin planında qeyd olunmuşdur ki, Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli 517 nömrəli qərarı əsasında Mədətov X2 şəhəri, 59-cu məhəllə, 34 №-li torpaq sahəsi ilə təmin olunmuş və həmin sənəd sədr müavini Ə.Hüseynov və baş memar Q.Cəfərovun imzaları ilə təsdiq edilmişdir. X13 Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilən Naxçıvan Şəhər XDM İK-nin 20 dekabr 1993-cü il tarixli 517 nömrəli “Naxçıvan şəhərində yaşayan bəzi vətəndaşlara torpaq sahəsinin ayrılması haqqında” qərarının surətindən də göründüyü kimi torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında İddiaçı adı öz əksini tapmamışdır. Buna görə də iddiaçıya Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanında yerləşən torpaq sahəsi üzərində hüququnu dövlət reyestrində qeydiyyata alaraq bu barədə müvafiq çıxarış verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, İPM-in 14.3-cü maddəsinin tələbləri baxımından məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə zəruri edən faktiki şərtlərin mövcudluğunu iddiaçı sübut edə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhər XDM İKsi tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar